Erməni helikopterinin vurulması (2014)

Erməni helikopterinin vurulması12 noyabr 2014-cü il 13:45 radələrində Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Silahlı QüvvələriErmənistan Silahlı Qüvvələri arasında baş vermiş hadisə.

Erməni helikopterinin vurulması (2014)
Ermənistan Respublikasına məxsus Mi-24 tipli helikopterin vurulma anı
Ermənistan Respublikasına məxsus Mi-24 tipli helikopterin vurulma anı
Ümumi məlumatlar
Tarix
Qəza səbəbi Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub
Yer Kəngərli kəndi yaxınlığında, Ağdam rayonu, Azərbaycan
Komanda 8 nəfər
Yaralı sayı
  • 0
Ölü sayı 8 sağ çıxan olmayıb
Helikopter
Helikopter modeli Mil Mi-24
Havayolu şirkəti
Vurulan Mi-24 döyüş helikopterinin modeli

Silahlı insident 12 noyabr 2014-cü ildə Ağdamın Kəngərli kəndi yaxınlığında baş verib. Beləki, qondarma Dağlıq Qarabağ Respublikasına, daha dəqiq desək, Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd Mi-24 tipli döyüş helikopteri Ağdamın işğal olunmuş Uzundərə adlı poliqonunda keçirilən təlimlər zamanı qəflətən öz səmtini dəyişərək Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinə doğru döyüş kursuna çıxıb və mövqeləri atəşə tutmağa cəhd ediblər.[1] Nəticədə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov helikopterlərdən birini İQLA daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edib. Digər helikopter isə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində Ermənistan Silahlı qüvvələrində xidmət keçən üç nəfər pilot həlak olub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur[2].

Erməni tərəfinin iddiasına görə, noyabrın 12-də erməni hərbi helikopterinin düşdüyü yerdə 8 saatdan artıq intensiv döyüş davam edib və ermənilər helikopterin düşdüyü yerə yaxınlaşa və üç pilotun cəsədini çıxara bilməyiblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı isə öz növbəsində bu iddianı inkar edərək bildirib ki, "erməni hərbi helikopterinin vurulduğu ərazidə və qoşunların təmas xəttinin digər istiqamətlərində intensiv döyüşlər getmir", "həmişəki kimi, atəşkəs pozulur". Ermənilər ümid edirdi ki, vurulmuş helikopterin ekipaj üzvlərindən birinin sağ qalması mümkün ola bilər.[3] Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, helikopter Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərqdə vurulub və Ağdam rayonunun Çəmənli kəndi yaxınlığında, Azərbaycan mövqelərindən 500 metr aralıda Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə düşüb, hadisə yerinə Azərbaycan Silahlı Qüvvələrinin texnika və şəxsi heyəti göndərilib.

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Əsgərlərin "Vur, komandir vur!" deməsi sosial mediada və KIV-lərdə "partlayış" edib.[5][6] Bəzi sosial media istifadəçiləri Facebook və Twitter şəbəkələrində əsgərlərin cümləsini #VurKomandirVur heşteqilə şərh ediblər.[7] 2015-ci ildə Bakıda "Vətənin müdafiəsinə hazıram!" mövzusuna aid sərgidə "Vur, komandir, vur" əsəri diqqət çəkən rəsmlərdən biri olmuşdur.[8]

  1. "Erməni helikopteri rəsmi İrəvanın provokasiyalarının güdazına gedib - TƏHLİL". 2021-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-07.
  2. "Müdafiə Nazirliyi: Məhv edilən Mi-24 döyüş helikopteri Ermənistan Hərbi Hava Qüvvələrinin 15-ci helikopter bazasına məxsusdur". 2014-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-13.
  3. "Stepanakert: Qarabağın hava məkanı həqiqətən bağlıdır, lakin yalnız Azərbaycan HHQ üçün (Yenilənib)". 2014-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.
  4. "Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb". 2014-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
  5. "Yeni mahnı yazıldı: "Vur, komandir, vur..."". 2014-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
  6. ""Vur, komandir, vur!"". 2015-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
  7. ""O hadisədən sonra həyatın dəyərini anladım" - BRİFİNQ". 2015-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
  8. ""Vur, komandir, vur..."- Fotolar". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Ağdamda Ermənistan helikopterinin vurulma anıYouTube platformasında