Böyük Şöllü Dəmirçi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
kənd
Böyük Şöllü Dəmirçi
40°05′41″ şm. e. 44°23′22″ ş. u.
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Böyük Şöllü Dəmirçi xəritədə
Böyük Şöllü Dəmirçi
Böyük Şöllü Dəmirçi

Böyük Şöllü Dəmirçi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[1]

Tarixi

Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 1969 - cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində olmuşdur.

Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol[2] etnonimindən[3] və dəmirçi türk etnonimindən[4] əmələ gəlmişdir.

Toponimin əvvəlindəki «böyük» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 338 nəfər[5], 1886-cı ildə 1318 nəfər[6], 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı kənddə yaşayan azərbaycanlılar 1948-53 - cü illərdə zorla Azərbaycana köçürülmüş, Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Kənddə yaşayan 3540 azərbaycanlı ailəsi isə 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. şol - İbrahim Bayramov
  3. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.112-114
  4. Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.466
  5. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547-548
  6. Свод статических данных о населении Закавказского края, Тифлис, 1893, № 101
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82-83, 152-153