Gödəkdərə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gödəkdərə
40°36′ şm. e. 45°44′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Gödəkdərə xəritədə
Gödəkdərə
Gödəkdərə

GödəkdərəAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Gödəkdərə kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Toponimikası

Yaşayış məntəqəsini XIX əsrin ortalarında yaxınlıqdakı Sarıhəsənli kəndindən qarqarlı nəslinə mənsub ailələr Gödəkdərə adlı yerdə salmışlar. Sonralar Şəmkir rayonunun Qapanlı (indiki Məmmədalılar) kəndindən danaçılar nəslinə mənsub ailələr də buraya köçüb məskunlaşmışlar. Kənd salındığı yerin adını daşıyır. Güman etmək olar ki, bir zamanlar gödəkli nəslinə mənsub maldar ellər bu ərazidən otlaq kimi istifadə etmişlər.[2]

Coğrafiyası və iqlimi

Kənd dağlıq ərazidə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 313 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

  1. "Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  2. Gödəkdərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax