Ayıtala — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Ayıtala | |
---|---|
40°33′ şm. e. 45°48′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 336[1] nəfər |
Ayıtala oyk. Gədəbəy r-nunun Dəyəqarabulaq i.ə.v.-də kənd. Şəmkir çayının sol sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Bəzi mənbələrdə Aytala şəklində qeydə alınmışdar. Kənd 1935-ci ildə r-nun Musayal kəndinin ərazisi əlverişsiz olduğu üçün xeyli ailənin Ayıtalası adlı yerə köçməsi nəticəsində yaranmışdır. 1970-ci ildən kəndin adı əhali arasında və yerli rəsmi sənədlərdə Talakənd şəklində işlənir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 336 nəfər əhali yaşayır.[1]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.