Poladlı (Gədəbəy)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Poladlı
40°34′ şm. e. 45°40′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Poladlı xəritədə
Poladlı
Poladlı

PoladlıAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.

Toponimikası

Kənd dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, poladlıların bir hissəsi vaxtilə Qarabağdan köçərək Böyük Qaramurad kəndində məskunlaşmış və kəndin indiki ərazisindən binə kimi istifadə etmişdir. Sonralar onların bir qismi burada daimi məskunlaşmışdır. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax