Günəşli (Gədəbəy)
Günəşli | |
---|---|
40°31′24″ şm. e. 45°48′39″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2117[1] |
Günəşli (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Günəşli kəndi adlandırılmışdır.[2]
Toponimikası[redaktə | mənbəni redaktə et]
Keçmiş adı Ayıkənd olmuşdur. Yaşayış məntəqəsini Qazax rayonunun Ağköynək kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Sovetkənd adı ilə tanınmışdır.[3] Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Günəşli şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Şahdağ adlandırılmışdır.
Tarixi[redaktə | mənbəni redaktə et]
Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]
Kənd dağətəyi ərazidə yerləşir.[3]
Əhalisi[redaktə | mənbəni redaktə et]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 771 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ 1 2 Günəşli (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
Gədəbəy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |