Kaybiç rayonu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Kaybiç rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°23′ şm. e. 48°06′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 19 aprel 1991
Sahəsi
  • 995,4 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.671 nəf. (2019)[1]
Rəsmi sayt
Kaybiç rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaybiç rayonu (tatar. Кайбыч муниципаль районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində yerləşir.

İnzibati mərkəzi Böyük Kaybiç kəndidir.

Respublikanın Zelenodol, Yuxarı Oslan, Apas rayonları və Çuvaşıstan (Urmarski, Yantikovski, Kanaşski, Komsomolski, Yalçikski rayonları) ilə həmsərhəddir.

Ən böyük çay Sviyaqadır. Ümumi uzunluğu 30 km-dən çox olan digər böyük çaylar (Sviyaqa hövzəsi): Bunya, Birlya, Uryum, Biya, Çeremşan, İmelli, Al.

Sviyaqanın sağ sahilində Müqəddəs Qeorqe dağları yerləşir.

Hazırda bölgədə neft yataqları bağlı kəşfiyyat işləri aparılır.

1920-ci ilə qədər rayon Sviyajsk və Təteş qəzalarına, 1920-1927-ci illərdə yalnız Sviyajsk kantonuna aid idi.

14 fevral 1927-ci ildə mərkəzi Ulyankovo kəndi olan Ulyanovsk rayonu qurulur. 1927-ci il avqustun 1-dən etibarən rayon mərkəzi Böyük Kaybiç kəndinə köçürülür və rayon Kaybiç adlandırılır.

17 may 1956-cı ildə Podberezinski rayonu ləğv edilir və ərazisi Kaybiç rayonuna verilir.

4 yanvar 1963-cü ildə Kaybiç rayonu ləğv edildi və ərazisi Apas rayonuna birləşdirilir.

19 aprel 1991-ci ildə Kaybiç rayonu yenidən bərpa edilir[2].

2011-ci ilin əvvəlinə olan məlumata görə rayon əhalisi 14 min 866 nəfər olmuşdur.

Milli tərkib: tatarlar 67,7%, ruslar 26,2%, çuvaşlar 5.3%.

Yerli özünü idarə etmə

[redaktə | mənbəni redaktə et]

19 mart 2012-ci ilə qədər rayon rəhbəri Zavdat Rəşitoviç Qaffarov olmuşdur[3].

Rayon sənayesi müəssisələri ilə təmsil olunur:

"Kaybiç meşə təsərrüfatı" dövlət müəssisəsi;

Kaybiç Balıqçılıq ASC;

“Kaibiçaqroximservis” ASC;

Kaybiç raipo;

Kulanqinski kərə yağı və süd fabriki ("Vamin Tatarıstan" ASC-nin filialı);

"Kulanqinski taxıl tədarük müəssisə" ASC.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

bitkiçilik;

ət və südlü heyvandarlıq;

donuzçuluq;

qoyunçuluq.

Ərazidə yazlıq buğda, qışlıq çovdar, arpa, yulaf, qarabaşaq yarması və noxud becərilir.

Böyük kənd təsərrüfatı qurumları:

Agrofirm "Qızıl qulaq",

Agrofirm "Kubnya";

Qızıl Niva MMC.

Rayonda "Kaybiç Tannarı" qəzeti tatar dilində nəşr olunur.

  1. http://tatstat.gks.ru/wps/wcm/connect/rosstat_ts/tatstat/resources/64ec280049620f14a900ff3fbd401489/МОчисл2019.pdf.
  2. "Краткая справка по административно-территориальному делению Республики Татарстан". 2014-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-24.
  3. "Главой Кайбицкого района РТ стал Альберт Рахматуллин". 2014-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-19.