Əgerce rayonu (tatar. Әгерҗе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-şərqində yerləşir. Udmurtiya Respublikası ilə qərb, şimal və şərqdən (Alnaş, Mojginski, Malopurqinski, Kiyasovski, Sarapulski, Karakulinski rayonları), cənubdan Nijnekamsk su anbarı hövzəsi ilə Tatarıstanın Minzələ, Tukay və Mendeleyevsk rayonları həmsərhəddir. Rayonun inzibati mərkəzi Əgerce şəhəridir.
Əgerce rayonu | |||||
---|---|---|---|---|---|
Әгерҗе районы | |||||
|
|||||
56°15′00″ şm. e. 52°49′59″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Aqrız | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1924 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 136 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayaon Sarapul yüksəkliyinin cənubunda, İj çayı vadisində yerləşir. Rayonun ərazisi 1796.62 km²-dir. Ərazisində Kiçke-Tan yasaqlığı vardır.
1920-ci ildə Sarapul qəzasının Əgerce və İsenbayev volostları Tatarıstan Muxtar Sovet Sosialist Respublikasına verildi.
1921-ci ildə Əgerce kantonu qurulur. 1924-cü ildə kanton Əgerce mahalına çevrildi, sərhədləri də müəyyən edildi[2].
28 oktyabr 1960-cı ildə ləğv edilmiş Krasnoborski rayonunun demək olar ki, bütün ərazisi Əgerce rayonuna verildi.
1 fevral 1963-cü ildə rayonların kənd təsərrüfatı və sənaye ərazilərinə bölünməsi üçün inzibati-ərazi bölgüsünün yenidən qurulması ilə əlaqədar olaraq Yelabuqa kənd təsərrüfatı bölgəsinə daxil edildi. Lakin 1964-cü il martın 4-də rayonların kənd təsərrüfatı və sənaye bölgüsünün ləğvi səbəbiylə əvvəlki sərhədləri bərpa edildi.
Şəhər şəraitində (Əgerce şəhəri) rayon əhalisinin 56.42% -i yaşayır.
Rayon ərazisində yaşayır:
58,1 % — tatarlar,
25,2 % — ruslar,
8,0 % — marilər (Tatarıstan ərazisində marilərin ən çox yaşadığı ərazi),
6,4 % — udmurtlar.
Azyavo, Baytuqanovo, Biktovo, Bima, Varzi-Omqa, Varzi-Pelqa, Varkled-Aul, Qaleevo, Zuevo, Kadırako, Kudaşevo, Kuleqaş, Madık, Madyar, Mordva, , Mukşur, Nazyar, Novoye Akkuzino, Novıye Bizyaki, Pelemeş, Rus Şarşada, Salauşi, Saxra, Sosnovo, Köhnə Çekalda, Köhnə Kzıl-Yar, Sukman, Tabarle, Tatar Çilçası, Tatar Tansarı, Tuba, Tukay, Urazaevo, Utyaqanovo, Xoroşi Klyuç, Şarşada, Yamurzino, Yanqa-Aul.
Əgerce dəmir yolu stansiyasının kəsişməsində yerləşir:Moskva - Kazan - Yekaterinburq, Əgerce - İjevsk və Əgerce - Naberejnıe Çelnı - Akbaş.
Əgerce xəbərləri adlı rayon qəzeti buraxılır. Qəzet tatar və rus dillərində buraxılır.