Kama Tamaqı rayonu

Kama Tamaqı rayonu (tatar. Кама Тамагы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində, Volqanın sağ sahilində yerləşir. Təteş, Apas, Yuxarı Oslan rayonları ilə, Kuybışev su anbarı boyunca Layış və Spas rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Kama Tamaqı şəhər tipli qəsəbəsidir.

Kama Tamaqı rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

55°16′ şm. e. 49°02′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 12 yanvar 1965
Sahəsi
  • 1.199 km²
Əhalisi
Əhalisi
  • 14.460 nəf. (2021)[1]
Rəsmi sayt
Kama Tamaqı rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun relyefi orta hündürlüyü 170–190 m olan yüksək bir düzənlikdir. Volqa sahillərindəki yüksəkliklər ənənəvi olaraq "dağlar" adlanır: Yuryev dağları, Boqorodski dağları, Syukey dağları, Təteş dağları. Rayon ərazisindəki Lobaç dağı, Yuryevskaya mağarası da var. 1958-ci ilə qədər Syukeyevski mağaraları mövcud idi ki, oda su anbarının inşası nəticəsində su tərəfindən yuyulmuşdur.

Əsasən boz və tünd boz meşə torpaqları geniş yayılmışdır.

Rayonda dolomit, gil və gips (Kama Tamaqı respublikasının ən böyük yatağı daxil olmaqla) ehtiyatları tədqiq edilmişdir. Bəzi yataqlarda ehtiyatlar tükənmiş (Gipsi-1), Tenişevo və Syukeevoda isə hasilat davam edir.

Rayonun şərq və cənub sərhədləri Kuybışev su anbarı tərəfindən qurulur. Burada anbarın eni 16 km-ə çatır. Su anbarının yaranmasından əvvəl Volqa və Kamanın birləşməsi tamamilə bölgənin hüdudlarında idi.

Ən böyük çayları (ümumi uzunluğu 15 km-dən az deyil):

Sviyaqa hövzəsi - Suxaya Ulema və onun qolları Kiyarmetı, Böyük Şakyan.

Volqa hövzəsi - Karamalka, Mordovskaya, İşimovskaya.

Rayon ərazisi 1920-ci ilə qədər Təteş qəzasının, 1920-1927-ci illərdə Təteş kantonunun, 1927-1930-cu illərdə isə Bua kantonunun tərkibinə daxil olmuşdur.

Rayon 10 avqust 1930-cu ildə qurulmuşdur.

4 yanvar 1963-cü ildə Kama Tamaqı rayonu ləğv edilir. 12 yanvar 1965-ci ildə isə yenidən qurulur.

Milli tərkib

54% -i tatarlar, 43% -i ruslar, 1% -i çuvaşlar, 2% -i digər millətlərin nümayəndələridir.

Urbanizasiya

Şəhər şəraitində (Kama Tamaqı q, Kuybişevski Zaton və Tenişevo) rayon əhalisinin 50,63% -i yaşayır.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Kama Tamaqı rayonu ərazisinə 3 şəhər və 17 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 52 yaşayış məntəqəsi daxildir[2].

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Закон Республики Татарстан от 31 марта 2005 года № 26-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования "Камско-Устьинский муниципальный район" и муниципальных образований в его составе»". 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.