Biektau rayonu

Biektau rayonu (tatar. Биектау районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayonlardan biri.

Biektau rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°54′00″ şm. e. 49°19′00″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 10 fevral 1935
Sahəsi
  • 1.701,2 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 56.047 nəf. (2021)[1]
Rəsmi sayt
Biektau rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Respublikanın şimal-qərbində yerləşir. Respublikanın Əntə, Arça, Pitrəç rayonları və Mari El Respublikası (Volski və Morkinski rayonları) ilə həmsərhəddir.

İnzibati mərkəzi Biektau qəsəbəsidir.

1920-ci ilə qədər rayon Kazan və Layış qəzalarının, 1920-1930-cu illərdə Arça və Layiş kantonlarının, 1930-1935-ci illərdə Kazan, Pitrəç, Dubyaz və Arça rayonlarının ərazisinə daxil olur.

Rayon 10 fevral 1935-ci ildə yaranmışdır. 10 Fevral 1963-cü ildə ərazisi Arça və Zelenodol rayonlarına verilməsi ilə ləğv edilir. 12 yanvar 1965-ci ildə keçmiş Dubyaz rayonunun ərazisi daxil olmaqla bərpa edilir.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Biektau rayonunda bələdiyyə islahatı zamanı 25 kənd inzibati vahidliyi qurulur[2].

2007-ci ildə Konstantinovskoye kənd yaşayış məntəqəsi ləğv edilir və Belyankino, Konstantinovka, Samosırovo, Çebaksa kəndləri Kazan şəhərinin tərkibinə daxil olur[3].

2007-ci ildən bəri Biektau rayonnunda, 25 kənd inzibati vahidliyi vardır ki, buraya da ümumilikdə 123 yaşayış məntəqəsi daxildir.

"Qərbi Avropa - Qərbi Çin" nəqliyyat dəhlizinin (Yoşkar-Ola - Şali (M-7) hissəsinin) magistral yolunun rayon ərazisində inşa edilməsi planlaşdırılır.

Rayonda “Vısokoqorskie Vesti” – “Biektau” regional qəzeti buraxılır. Qəzet rus və tatar dillərində nəşr edilir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Aleksey Axmanov (1897-1949) - Sovet hərbi rəhbəri, tank qüvvələrinin general-leytenantı (1944). Sovet İttifaqı Qəhrəmanı (1945).

Abdulxay Qayumoviç Vaxitov (1918-1978) - Tatar Sovet dramaturqu, şair, librettist.

Kərimulla Xakimoviç İbatullin (1928-2011) - Sosialist Əməyi Qəhrəmanı.

Bulat Rustəmoviç Latıpov - proqramçı, KİTAB şirkətinin həmtəsisçisi və eyni adlı onlayn kitabxananın sahibi.

Alexander Matveeviç Ponyatov (1892-1980) - maqnit səs və video qeydləri, televiziya və radio yayımı sahəsində bir sıra yeniliklər təqdim edən Rusiya və Amerika elektrik mühəndisi. Onun rəhbərliyi altında qurulan Ampex şirkət 1956-cı ildə ilk kommersiya məqsədli videomaqintofonlar istehsal etmişdir.

Ruzalia apa - Tatar müğənnisi.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Закон Республики Татарстан № 20-ЗРТ от 31 января 2005 года «Об установлении границ территорий и статусе муниципального образования „Высокогорский муниципальный район" и муниципальных образований»". 2020-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
  3. "Закон Республики Татарстан от 28.12.2007 № 69-ЗРТ «О преобразовании, изменении границ отдельных муниципальных образований и внесении изменений в некоторые законы Республики Татарстан»". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.