Əhmədbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Əhmədbəyli | |
---|---|
39°33′46″ şm. e. 47°33′04″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1920[1] |
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü il yanvar ayında Azərbaycan ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunub.
Əhmədbəyli Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Köndələnçayın (Araz çayının qolu) sol sahilində, düzənlikdədir. Kənd Əhməd adlı bəyin adı ilə adlandırılmışdır.[2]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.