Hüseynbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Füzuli rayonunun Hüseynbəyli kəndi dəqiqləşdirmə qaydasında Mirzəcamallı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[2] 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Hüseynbəyli | |
---|---|
39°36′01″ şm. e. 47°08′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Füzuli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |