Çimən — Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Çimən | |
---|---|
39°33′44″ şm. e. 47°06′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Yaşayış məntəqəsi çəmənlikdə (yaşıl otla örtülmüş sahədə) salındığı üçün belə adlandırılmışdır. Oykonim çəmənli tayfasının adından da ola bilər. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər qeydə alınmışdır.[3]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.