Şeyx Mahmud Şəbüstəri

Mahmud Şəbüstəri, Səəd əd-Din Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbustəri Təbrizi - Azərbaycan alimi, filosof, sufizmin ən görkəmli nəzəriyyəçilərindən olmuşdur.

MAHMUD ŞƏBÜSTƏRİ
Səəd əd-Din Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbustəri Təbrizi
Doğum tarixi
Doğum yeri Şəbüstər, Təbriz
Vəfat tarixi
Vəfat yeri Təbriz
Elm sahələri sufilik[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səəd əd-Din Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbustəri Təbrizi Təbriz yaxınlığındakı Şəbüstər adlanan yerdə 1287-ci ildə ilahiyyatçı ailəsində anadan olmuşdur. Ensiklopedik savada malik olan Mahmud Şəbüstəri ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və başqa elm sahələrinə dərindən bələd olmuşdur.

Şəbüstəri Misir, Hicaz, Suriya, İraq və başqa ölkələrə səyyahətlər edib, oradakı alimlərlə tanış olmuş və onlarla məktublaşmışdır. Məhəmmədəli Tərbiyətin yazdığına görə, şirvanlı səyyahlardan biri Şəbüstərinin Kirmanda da olduğunu iddia edir. O, Kirmanda evlənmiş və orada uşaq və nəvələri də qalmışdır. Şəbüstərinin nəslindən çıxanlar arasında elm və ədəbiyyat xadimləri də vardı. Onun oğlu şair olmuş və atasının məşhur "Gülşəni-raz" əsərinə şərh yazmışdır.

Şəbustəri qədim yunan fəlsəfəsi, zərduştilik, butpərəstlik, xristianlıq, təbii ki, islam dini və onun muxtəlif mistik-fəlsəfi cərəyanları haqda da dərin bilik sahibi idi. O, 1320-ci ildə rəhmətə qovuşmuş və oz vətənində, Şəbustərdəki Gulşən qəbristanlığında müəllimi Bəha əd-Din Yaqub Təbrizinin yanında dəfn olunmuşdur. İndi də onun məzarı ziyarətgahdır. Məqbərəsi təkcə XIX əsrdə üç dəfə bərpa edilib. İlk restavrasiya 1850-1851-ci illərdə Hacı Mirzə Ağası tərəfindən aparılmışdır. Məzarın üzərinə mərmərdən xatirə lövhəsi vurulmuş və onun üzərində bu sözlər həkk edilmişdir:

"Böyük şeyx hicri tarixi ilə 720-ci ildə (1320) 33 yaşında bu cismani dünyadan əbədi dünyaya köçdü".

İkinci dəfə bərpa işlərini 1880-ci ildə Mirzə Hüseyn Xan, üçüncü dəfə isə nisbətən sonralar Həsən Müqəddəm aparmışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər"də göstərildiyi kimi, Şəbustəri özündən sonra zəngin bir ədəbi irs qoyub getmişdir.Səadətnamə, Kənzul-həqaiq (Həqiqətlər xəzinəsi), Həqqul-yəqin fi Mərifəti rəbbul aləmin (Aləmin yaradıcısını dərk etmək üçün şəksiz həqiqətlər), Miratul-Muhəkkikin (Həqiqət axtaranların aynası) və bir də dünya şöhrətli Gulşəni-raz (Sirlər gülşəni) poeması kimi əsərlər onun qələminə məxsusdur. Bunlardan başqa M. Tərbiyətin yazdığına görə, Şəbüstəri indiyə qədər dünyanın kitab saxlanclarında təsaduf olunmamış Şahidnamə adlı başqa bir poemanın da müəllifidir. O, həmçinin ərəb dilindən fars dilinə tərcümə ilə məşğul olmuşdur. Məşhur filosof İmam Qəzalinin Minhacul-abidin (Zəvvarların yolu) adlı əsərini farscaya məhz o çevirmişdir. Şəbüstərinin Xorasan mütəfəkkiri Hüseyni Səadətlə yazışmaları da bəllidir. Bütün bunlarla birlikdə Şəbüstəri yaradıcılığının araşdırıcıları, o cümlədən bu xəzinənin tanınmış bilicisi Şaiq İsmayılov Kənzul-həqaiq əsərinin ona məxsus olmadığını iddia edirlər.

Şəbustəri ozunun ilk fəlsəfi əsərlərini nəsrlə yazmışdır. O yalnız ömrünün sonlarında şerə muraciət etmişdir. İlk mənzum əsəri (bundan sonra o, daha bir mənzum əsər yazıb) bütün dünyada şöhrət tapmış "Gülşəni-raz" poemasıdır. Poema 1317-1318-ci ildə yazılıb. Əsərin yazılma tarixi poemanın "Kitabın yazılma tarixçəsi" adlı xüsusi bölmədə təsvir olunub. 1317-ci ilin dekabrında onun yanına o zamanın ən savadlı filosoflarından olan Xorasanlı Mirhuseyni Səadətin məktubunu gətirən bir adam gəlir. Məktubda xahiş olunurdu ki, dövrün mütəfəkkirlərini məşğul edən bir sıra fəlsəfi məsələlərə o da öz münasibətini bildirsin. Həmin tarixçə "Gülşəni-raz"ın başlanğıcında təsvir olunur:

 
Hicri tarixin 700-cü ilindən on yeddi (il) keçirdi.
Şəvval ayında gözlənilmədən
Bir qasid min bir hörmət-ehtiram ilə
Xorasan camaatının yanından bizə gəldi.
Orada bir məşhur və böyük (şəxs) var
Mərifətlərinin çoxluğuna görə nur mənbəyinə bənzəyir
Bütün Xorasan əhli kiçikdən böyüyə qədər
Deyiblər ki, əsrin butun (mütəfəkkirlərindən) yaxşı
Məna haqqında o məktub yazıb
Mənalardan baş çıxaran adama göndərə bilər.
Orada mulahizələrdə bir çox ağırlıqlar var
"İşarət" əhlinin çətinliklərindəndir. Şeir yazaraq
O mənalar aləminin hər bir məsələsi haqda
Qısaca suallar göndərib. Xahişlə cavab gözləyir.
Qasid bu məktubu oxuyan kimi
Bu məsələ barədə söz-söhbət yayıldı.
Hörmətli adamlardan çoxu orada idi.
Hamının nəzərləri dərvişə (yəni, Şəbüstəriyə) dikildi.
Onlardan daha təcrübəli olan birisi
Bu mənalar haqda bizdən yüz dəfə eşitmişdi.
O mənə dedi: cavab ver ki
Dünyamızın adamları feyzyab olsunlar.

Şəbustəri əvvəlcə həmin suallara özünün əvvəlki əsərlərində toxunduğunu bildirməklə cavab yazmaqdan imtina edir. Sonra isə Ş. İsmayılovun yazdığına görə, müəllimi Əmin əd-Din Təbrizinin məsləhətinə qulaq asaraq, Xorasan aliminin suallarına mənzum cavab yazmaq qərarına gəlir. Bir müddətdən sonra ona yenidən müraciət olunur. Yalnız bundan sonra Şəbüstəri şeyx Hüseyninin suallarına cavab verir. Bu cavablar bədahətən verildiyindən qısa və konkretdir:

 
Mən ona dedim ki, buna ehtiyac yoxdur
Cunki bu haqda (oz) əsərlərimdə dəfələrlə yazmışam.
Söylədi ki, duzdur, ancaq edilən sorğularla bağlı
Səndən arzu etdiyimiz poemanı gözləyirik.
Bu israrlı xahişlərdən sonra mən
Məktuba qısa cavablar yazmağa başladım.
Bu sozlərimi nəcib insanların hüzürunda
Duşunmədən və təkrarlamadan soylədim.
Beləliklə, suallara cavabımı
Bir-bir yazdım.
Qasid məktuba cavablarımı alandan sonra
Minnətdarlıq edə-edə gəldiyi yolla da geri qayıtdı.

Huseyni Səadətinin sualları 22 beytdən ibarət idi. Şəbüstəri bunlara 49 beytlə cavab yazır. Bunlardan 35 beyti bilavasitə cavablardan, qalanları isə məktubun girişi və nəticəsindən ibarət idi.

Bir müddət sonra Şeyx Huseyni yenidən bir sıra suallar göndərir. Həmin suallar Şəbüstərinin cavab məktubunu oxuyarkən yaranmışdı. Bu dəfə müdrik sənətkar hər iki məktubdakı sualları 15 mövzuya bölüb "Gülşəni-raz" adlı poemasını qələmə alır:

Gələn dəfə əziz ustadım
Mənə dedi: məktuba səylədiyin
Başqa fikirləri də əlavə elə və izah ver,
Elmin gucu ilz bunlara əyanilik bəxş elə.
O vaxt mənim gecəm-gunduzum yox idi ki,
Bu işə həzz və həvəslə girişim
Həmin vəziyyətimi sözlə ifadə eləmək mumkunsuzdur.
Ancaq bilənlər bilir ki, bu nə vəziyyətdir.
Ancaq mən xeyirxahımın sözlərinə əməl etdim
Dinin xahişini rədd etmədim
Ancaq sirlərin daha cox aydınlaşması üçün
Mən oz bəlaqətimə guc verdim
Bunların hamısını bir neçə saatda söylədim.
Könlüm allahdan bu məktuba ad dilərkən
Cavab gəldi ki, bu,-bizim gülşənimizdir.

Bu, Şəbustərinin ilk mənzum əsəri olduğundan o burada fəlsəfi fikirləri mənzum formada ifadə etməkdə çətinlik çəkdiyini də söyləyir. Bu proses onun fikrincə, dəryanı bir qaba yerləşdirmək kimi bir şeydir. 1426-cı ildə "Gülşəni-raz" Azərbaycan şairi Şirazi tərəfindən ana dilimizə-Azərbaycan türkcəsinə cevrilir. 1944-cu ildə isə Əbdulbaqi Golpinarlı əsəri Osmanlı türkcəsinə tərcumə edir. XIX əsrdən başlayaraq, poema muxtəlif muəlliflər tərəfindən bir cox Avropa dillərinə cevrilir və dəfələrlə dərc olunur. Əsər yarandığı gündən bütün şərqin sufiləri arasında böyük rəqbətlə qarşılanır. Şəbüstərinin fəlsəfəsinə dair kitabında Şaiq İsmayılov XIV-XVIII əsrlər arasında həmin əsərə fars dilində şərh yazmış 18 müəllifin adını çəkir.Həmin şərhlər arasında Azərbaycan filosofu Şəmsəddin Lahicinin 1472-ci ildə yazdığı "Məfatih-ül Ecaz" ("Möcuzələrin acarı") əsəri bizim günlərə qədər öz populyarlıqını itirməmişdir. 1319-1320-ci ildə Şəbustəri özünün ikinci mənzum fəlsəfi əsəri olan "Səadətnamə"ni qələmə alır. Bu, həcmcə əvvəlki poemadan daha iri olub, üç min beytdən ibarət idi. Əsər hər biri fəsil və paraqraflardan ibarət səkkiz hissəyə bölünmüşdü. Şəbüstəri "Səadətnamə"də fəlsəfi düşüncələrindən başqa öz həyat və fəaliyyəti, səyahətləri haqda məlumatlar verir, oz muəllimləri və sevimli kitabları haqda söz açır.

Şəbustərinin yaradıcılığı Azərbaycanın orta əsrlər fəlsəfəsi tarixində mühüm yer tutur. Onun əsərləri AvropaAsiyanın bir çox ölkələrində nəşr olunmuşdur. Sufi fəlsəfəsinin davamçıları onu bu sahədə böyük bir nüfuz sahibi bilir və oz mulahizələrində tez-tez Şəbustəri irsinə istinad edirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Shabistarī, Maḥmūd ibn 'Abd al-Karīm // Çex Milli Hakimiyyət Məlumat bazası.