Ağcaarx

Ağcaarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[3]

kənd
Ağcaarx
40°06′02″ şm. e. 44°05′49″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Sərdarabad mahalı
Rayon Sərdarabad rayonu
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 850 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.427 nəf. (2011)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0917
Xəritəni göstər/gizlə
Ağcaarx xəritədə
Ağcaarx
Ağcaarx

Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə [4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edılmışdır.

Toponim Azərbaycan dilində «ağımtıl» mənasında işlənən ağca sözü ilə Azərbaycan dilində «su axıtmaq üçün qazılan yol»mənasında işlənən arx sözündən əmələ gəlmişdir. Fikrimizcə, kəndin ərazisindəki axan arxın şəffaflığına görə kənd Ağcaarx adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişedirilib Arevik qoyulmuşdur.

Kənddə 1831-ci ildə 129 nəfər, 1873 - cü ildə 508 nəfər, 1886-cı ildə 669 nəfər, 1897-ci ildə 822 nəfər, 1904 - cü ildə 720 nəfər, 1914 - cü ildə 763 nəfər, 1916-cı ildə 709 nəfər azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 137 nəfər, 1926-cı ildə 159 nəfər azərbaycanlı yaşamışdır[7].

Kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq 1930-cu ildə deportasiya olunmuşdur.

  1. https://www.citypopulation.de/en/armenia/armavir/.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  4. «İrəvan əyalətinin icmal dəftəri»ndə. s.91.
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.4
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62-63, 138-139
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.63, 139

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]