Berkaşat

Bərgüşad, Berkaşat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2] İrəvan xanlığının Sərdarabad mahalında kənd adı.[3]

Kənd
Berkaşat
40°03′ şm. e. 43°55′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Sərdarabad mahalı]]
Rayon [[Sərdarabad rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 900 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 520 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Berkaşat xəritədə
Berkaşat
Berkaşat

Bərgüşad İrəvan xanlığının Sərdarabad mahalında kənd adı[4][5] Ucar rayonunda Bərgüşad kəndinin adı kimi, XVI əsrdə Qızılbaş tayfalarından olan Bərgüşad tayfasının adını əks etdirir. Orta əsrlərdə Zəngəzurda yaşamış Sofulu tayfası ilə bərabər mənşəcə Naxçıvanın Kənkər tayfa birləşməsinə mənsubdur[6][7]. Tayfa orta əsrlərdə Zəngəzurun Bərgüşad mahalının adı ilə adlanmışdır. Mahalın adı mənbələrdə ilk dəfə XIV əsrdən çəkilir. Bərgüşad həm də QubadlıZəngilan rayonlarından axan çayın (yuxarı axınında Bazarçay) adıdır. Çay dağın adı ilə adlanmışdır. Dağın adı qədim türk dilində berik möhkəmləndirilmiş[8][9][10] və şat "qayalı yüksəklik", dağ beli, çoxlu dərəsi olan alçaq sıra dağlar, vadilərin birləşdiyi yer[11] sözlərindəndir. Ermənicə bəzi toponimlərdə şat (əsli farscadan olan şəhr ədalət, mahal sözü ilə bağlıdır) sözü ilə əlaqəsi yoxdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бәрҝүшад // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  4. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  5. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  6. Зелинский С.П. Экономический быт государственный крестьян Зангезурского уезда Елизаветпольской губернии. "Материалы для изучения экономического быта гос. крестьян Закавказского края". том. IV, 1886.
  7. Vəlixanlı N. IX–XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
  8. Древнетюркский словарь. М., 1969.
  9. Еремеев Д.Е. Юрюки. М., 1969.
  10. Древнетюркский словарь. М., 1969.
  11. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.