Sərdarabad (kənd)

Sərdarabadİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad rayonunda kənd.[1]

Kənd
Sərdarabad
40°08′10″ şm. e. 44°00′50″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Sərdarabad mahalı
Rayon Sərdarabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 865 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 44 nəfər (1897)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Sərdarabad xəritədə
Sərdarabad
Sərdarabad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.

Toponim "bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncamı vermək hüququqna malik olan hakim" mənasında işlənən sərdar sözü ilə[3] abad sözünün birləşməsindən əmələ gəlib, "Sərdarın abad etdiyi, saldığı kənd" mənasını verir. Toponimin tərkibindəki "sərdar" İrəvan xanının adını əks etdirir. Həmin ərazi İrəvan xanının mülkü olmuşdur.

Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Oktember (Böyük Oktyabr Sosialist inqilabının şərəfinə) qoyulmuşdur.

Burada ermənilərlə yanaşı 1897-ci ildə 44 nəfər azərbaycanlı yaşamışdır.[4]

Azərbaycanlılar XX əsrin əvəllərində — 1905–1906-cı illərdə ermənilərin törətdikləri qırğınlar nəticəsində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913.s.219
  3. 12, s.59
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.64–65