Bu adın digər istifadə formaları üçün bax:
Armudlu.
Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad
(Oktemberyan) rayonunda kənd.[1]
Böyük Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını
bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca
mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu)
qoyulmuşdur.
Kiçik Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad
(Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi. Qafqazın 5 verstlik
xəritəsində[2] qeyd edilmişdir.
Erməni mənbəyində göstərilir ki, kəndin qədim, ilkin adı Türk (tatar) Armutlusu (Armtlu türk
(tatar) olmuşdur[3].
1930-cu ildə rayondakı Böyük Armudlu kəndi ilə birləşdirilmişdir.
Toponim armud bitki adına mənsubluq bildirən -lu şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir.
«Kiçik» sözü fərqləndirici əlamət bildirir, fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Burada ermənilərdən başqa 1831-ci ildə 129 nəfər[4], 1922-ci ildə 52 nəfər[5] azərbaycanlı yaşamışdır.
1930 - cu ildə azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
Kənddə 1831-ci ildə 72 nəfər, 1873 - cü ildə 178 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 289
nəfər, 1904 - cü ildə 309 nəfər, 1914 - cü ildə 327 nəfər, 1916-cı ildə 225 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur və kəndə Türkiyənin Bayazid və Alaşkerd vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir.
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.19
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.579-580
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.138-139
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62-63, 138-139
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|