Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3][4]
Kənd | |
Quzugedən | |
---|---|
40°04′ şm. e. 44°04′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Sərdarabad mahalı |
Rayon | Sərdarabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 855 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur[5]. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır"[6]. Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında[5], Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında[7] qeyd edilmişdir.
Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi[8] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur. Əsli Quzu-Kutan. Kənd qışlaq yerində quzuları saxlamaq üçün tikilmiş kutan əsasında yaranmışdır.[9]
Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və burada 1828–30-cu illərdə Türkiyənin Alaşkert, Sürməli, Muş vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir[5]. XIX əsrin ortalarından əhalisi qarışıq kənd idi. 1886-cı ilə aid mə'lumata görə kənddə Azərbaycan türkləri və ermənilər yaşayırdılar. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]