Şalıbulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad rayonunda kənd.[1]
Rayon mərkəzindən 9km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[2]
Erməni mənbələrində Şavarud kimi yazılır.[3]
Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən[4] və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə[5] -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur.
Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153
nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı
yaşamışdır[6].
1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri
qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk
etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 108
nəfər, 1926-cı ildə 106 nəfər, 1931-ci ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri olan azərbaycanlılar 1948-1949 cu
illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşdur. Kəndə xaricdən
köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.293
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.64
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.625
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984.s.113
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.64-65, 138-139
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.64-65, 138-139
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|