Argentina–Türkiyə münasibətləri

Argentina—Türkiyə münasibətləri — Argentina ilə Türkiyə arasındakı ikitərəfli diplomatik əlaqələr.

Argentina—Türkiyə münasibətləri
Argentina və Türkiyə
 Argentina  Türkiyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1982-ci ildə, Türkiyənin Argentina ilə Folklend müharibəsi dövründə İngiltərənin hərəkətlərinə tam siyasi dəstək verməsi ilə ölkələr arasındakı münasibətlər kəskinləşdi. 1992-ci ildə Argentina Prezidenti Karlos Menem, Cənubi Amerikadan Türkiyəyə rəsmi səfərə gələn ilk dövlət başçısı oldu. 24 aprel 2007-ci ildə Argentina Milli Konqresi, Türkiyə tərəfinin diplomatik təzyiqlərinə baxmayaraq Osmanlı İmperiyası qüvvələri tərəfindən Erməni Soyqırımı faktını tanıdı. Türkiyə, Argentinanın erməni soyqırımı faktını tanımasına görə təəssüfləndi və bu da Ankara Xarici İşlər Nazirliyinin binasında mövcud Argentina-Türkiyə münasibətlərini təhlil etmək üçün Buenos-Ayresdən səfirin geri çağırılmasına səbəb oldu[1].

Argentina Milli Konqresi tərəfindən erməni soyqırımı faktının tanınmasından əvvəl, Türkiyə ilə münasibətlər kifayət qədər yaxşı səviyyədə idi, ölkələr BMT gündəmindəki beynəlxalq məsələlərin əksəriyyətində oxşar fikirdə idilər. İngilis mətbuatı, Türkiyənin Buenos-Ayresdə yerləşən səfirliyinin işinin o qədər də təsirli olmadığını, bunun Latın Amerikasının digər ölkələrində əlaqələrin daha da yaxşılaşdırılması və nüfuzun genişləndirilməsi imkanlarına kömək etmədiyini qeyd etdi. Argentinada yerləşən Argentina-Türkiyə Dostluq Vəqfi, millətlər arasında mədəni mübadiləni təşviq edir, Türk mətbəxi dərsləri, Türk dili seminarları keçirir və bəzən kasıblara yemək paylayır.[2]

Ticarət əlaqələri[redaktə | mənbəni redaktə et]

Ölkələr ticarət-iqtisadi əməkdaşlıq haqqında bir müqavilə imzaladılar. 2008-ci ildə Türkiyənin Argentinaya ihracatı 35 milyon ABŞ dolları, Argentinanın Türkiyəyə ixracatı 221 milyon ABŞ dolları oldu. Argentina, Braziliya və Meksikadan sonra Türkiyənin Latın Amerikasındakı üçüncü böyük iqtisadi ortağıdır[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "10th Anniversary of Argentina's Genocide Recognition Marked - Armenian National Committee of America". 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  2. 1 2 "Turkish Community in Buenos Aires". Turkish Daily News. 20 March 2007. 23 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-18.