Güneypəyə (Kəlbəcər)

GüneypəyəAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Nadirxanlı kənd Sovetindən Güneypəyə kəndi Sarıdaş kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Güneypəyə
40°12′14″ şm. e. 46°08′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Güneypəyə xəritədə
Güneypəyə
Güneypəyə

Kəndin ərazisi əvvəllər Qılıclı kəndinin qoyun binəsi olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Qılıclı kəndindən gəlmiş ailələrin güneydə yerləşən bu binədə məskunlaşması nəticəsində yaranmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Şərqi Göyçə silsiləsinin ətəyində yerləşir.

Qonur yurd, Söyüdlü yaylağı, Palıdlıdərə yurdu, Ələmağacı yurdu, Kalvalılar yurdu, Ongözlər yurdu, Çırçır yurd, Sarıbulaq yurdu, Göydağ yurdu, Rüstəm ölən yurd, Atdaşı yurdu, Yalkənd yurdu.

Sərçə bulağı, Almalı bulağı, Əlif bulağı, Novlu bulaq, Mədinə bulağı, Yalkənd bulağı, Mal su içən bulaq, Bərəyə bulağı, Dəvədabanı bulağı, Yastının bulağı, Uçuğun bulağı, Neftli bulaq, Göydağ bulağı, Həsənqulular bulağı, Camışbatan bulaq, Hürü bulağı, Süleyman bulağı, Sarı bulaq, Şırşır bulaq, Cajıxlı bulaq, Ayğır bulağı, Ongöz bulaq, Söyüd biçənəyinin bulağı, Qarama bulağı, Məhəmməd bulağı, Palıdlıdərə bulağlı, Sarışırran bulağı, Şeytanlı dərəsinin bulağı, Qoşabulaqlar, Qiblə bulağı, Sızqa bulaq.

Məşhur yerləri

[redaktə | mənbəni redaktə et]

Ələmağacının düzü, Qoşabulaqların təpəsi, Ağduzdağ, Çırçır biçənəkləri, Giləuçan təpə, Sarıyal dağı, Həsənqulular biçənəyi, Yelliyal biçənəyi, Göydağ, Rüstəmölən, Söyüd biçənəkləri, Süleymanəmi qanadları, Cəngəotlayan, Uçuqbiçənəyi, Atdaşının əkin yerləri, Süleymanəminin dam yerləri, Böyükyer, Palaxalı, Sarıburun, Kazımyeri, Bərəyə yerləri, Qasımın armudluğu, Goruz yeri, Qəhrəmanlı yeri, Qaraşın biçənəkləri, Dardərə, Almalının çüxuru, Məmişin yeri, Ələkbərin bostan yeri, Yastılar, Mal su içən dərəsi, Aralıq dərəsi, Kolavat, İsgəndərli yeri, Damın meşəsi, Aralıq biçənəyi, Cıqqagüney, Əyriağac, Tofiqtəpəsi, Sarışırran, Ortadolayı, Ünün tili, Xamınbaşı, Dikkalafalıq, Daşyolunun dərəsi, Şeytanlı dərəsi, Yalkəndin tili, Alapalıdıq, Batığın dərəsi, Lənətdaşı, Yanıqkalafa, Nəcəfdamı, Böyüksu, Xamın suyu, Sarışırran çayı.[3]

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. Güneypəyə (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.