Həşim Məhəmmədov

Həşim Məhəmməd oğlu Məhəmmədov (22 sentyabr 1999) — Azərbaycanı təmsil edən taekvondoçu.

Həşim Məhəmmədov
Şəxsi məlumatlar
Tam adı Həşim Məhəmmədov
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi 22 sentyabr 1999(1999-09-22) (24 yaş)
İdman növü Taekvondo

Həşim Məhəmmədov 2015-ci ildən Azərbaycanı təmsil edir. Həmin il yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bir il sonra isə yeniyetmələr arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. 2022-ci ildə bu səfər Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurdu.

2023-cü ilin iyununda Polşada Avropa Oyunlarının bürünc medalına sahib oldu, avqustda isə Estoniyada Avropa Çempionatının qalibi oldu.

Həşim Məhəmmədov 2023-cü ildə Çində baş tutan Grand Slam turnirində nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[1][2]

2024-cü ilin aprelində Belqrad şəhərində (Serbiya) Avropa Çempionatını bürünc medalla başa vurdu.

  1. Azerisport.com idman portalı. "Азербайджанский таэквондист снова победил чемпиона мира и завоевал олимпийскую лицензию". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  2. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Qaşım Maqomedov "Paris-2024"ə lisenziya qazanıb". www.azertag.az (az.)). 25.04.2024. 2024-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.