Kəndyeri (Kəlbəcər)

KəndyeriAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Kəndyeri
40°09′21″ şm. e. 46°06′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Kəlbəcər rayonu
Xəritəni göstər/gizlə
Kəndyeri xəritədə
Kəndyeri
Kəndyeri
Kəndyeri xəritədə
Kəndyeri
Kəndyeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılıb.

Kəndyeri kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxaslı kəndindən köçmüş ailələr qədim kəndin xarabalıqlarının qalıqları olan və Kəndyeri adlanan ərazidə salmışlar. Həmin ərazinin adı da yeni kəndə verilmişdir.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Kəndyeri // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]