Qaragüney (Comərd)

Tağılar (əvvəlki adı: Qaragüney) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir.[1] 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb.

Tağılar
40°08′35″ şm. e. 46°11′39″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Tağılar xəritədə
Tağılar
Tağılar

Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırlmişdir.[2] Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir.[3] Kəlbəcər rayonunun ərazisində iki Qaragüney kəndi olub. Onlardan biri Zülfüqarlı, digəri isə Comərd sovetliyinin ərazisində yerləşib. Zülfüqarlı kənd inzibati ərazi dairəsində yerləşən kənd hazırda da Qaragüney adlanır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən ş.-da dağətəyi ərazidə yerləşir.

Kənddə Novlu yurd, Böyükbiçənək yurdu, Qaratelli yurdu, Ortadüz yurdu, Yurdlar, Allahaman yurdu, Qayalıq yurdu, Meydandüzü yurdu, Qaradağlı yaylağı.

Sədr bulağı, Əziz bulağı, Yastı bulaq, Soyuq bulaq, Daş bulaq, Sarı bulaq, Şırran bulaq, Gözüaçılan bulaq, Söyüdlü bulağı.

Məşhur yerləri

[redaktə | mənbəni redaktə et]

Qala, Sarıqaya, Komanın dalı, Xeyir bəy güllə atan, Təkəvurulan, Buğavurulan, Qovuqqayası, Qalığın dərəsi, Alainəkqalan, Mollatutan, Əlik balası tutulan, Topallıgüney, Söyüdlü meşəsi, Novlunun meşəsi, Qayalığın meşəsi, Qaragüneyin yalı, Ağduzdax, Tağının tapı, Zoğallı tap, Yalyeri, Ortakövşən, Yuxarıkövşən, Kərbəlayı yerləri, Meşə yerin çayı, Qayalığın suyu, Qabaqqaya çayı.[3]

Binələri və qışlaqları

[redaktə | mənbəni redaktə et]

Binə yeri.[3]

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. Tağılar (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 3 Məzahir Təhməzov. Kəlbəcər. Ensiklopedik məlumatlar, Toponimlər, fotoşəkillər, xəritələr.