Seyidlər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd.[1][2]
Seyidlər | |
---|---|
40°14′05″ şm. e. 46°04′54″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir[3].
Kənd dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi Gədəbəy rayonunun Arıqdam kəndindən gəlmiş Seyid İmamqulu adlı şəxs bina etmişdir. Ona görə də kənd belə adlandırılmişdir.[4]
Kəndin bünövrəsini Gədəbəy rayonunun Arıx kəndindən gələn Seyid Allahverdi, Seyid Məmmədalı, Seyid Nəbi və Seyid Bayram adlı şəxslər qoymuşlar. Ona görə də kəndin adı Seyidlər adlanır, yəni bünövrəsini seyidlər qoyan kənd.
Dəyirmi yurd, Orta yurd, Enəcək yurd, Çay yurd, Türpəkli yurdu, Çənli yurd, Şivirli yurdu, Molladərəsi yurdu, Təkqəbir yurdu, Gölünayağı yurd, Gendərə yurdu, Gölüntili yurd, Battaqlıq yurd, Qoşadaşlar yurdu, Yılbırt yurdu, Duzdax yurdu, Aşağıkı yurd, Tozluq yurd.
Daş bulaq, Mamırlı bulaq, Sarı bulaq, Novlu bulaq, Yılbırt bulağı, Qara bulaq, Şorun bulağı, Mahmudun bulağı, Qaragöl bulağı, Tala bulağı, Gur bulaq, Quzey damının altının bulağı, Çeyilin bulağı.
Qaraqaya, Topardış, Çubuqçəkilən, Baldırğanlı, Quzeydamı, Armudlu, Yayranın meşəsi, Palıdlıgüney, Dağtayaları, Qoşaarmud, Dağaralığı, Aşağı aralıq, Şırran, Kömüryanan, Açıqtomba, Şamındərəsi, Cökəli, Bərkinbaşı, Gilli, Bozlu, Boztəpə, Əkin, Tala, Yolunqırağı, Çayqovuşan Abbas ayıtdıyan, Orucayıtdıyan, Kalafalıq, Çotadaş, Alnıaçıq, Qozçəpəri, Quzeydamın çayı, Cəmilli çayı, Söyüdlü çayı, Qaraqaya dağı, Taxçayer, Qızılqaya, Qızıldar, Sızqılar, Çöplü, Qaranlıqdərə, Səmədin dağı, Qaragöl.[5]