Tahir Salahovun ev-muzeyi — Azərbaycanlı rəssam, Sosialist Əməyi Qəhrəmanı[2], SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, professor Tahir Salahovun xatirə muzeyi. Muzey Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun İlyas Əfəndiyev küçəsində yerləşir.[3]
Tahir Salahovun ev-muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 2012 |
Açılış tarixi | 2012 |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, İlyas Əfəndiyev küçəsi |
Direktor | Səadət Mirzəyeva[1] |
Telefon | (+ 994 12) 492-10-80 |
İş rejimi | 09:00 -18:00 |
40°21′58″ şm. e. 49°50′04″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
2011-ci il oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tahir Salahovun Ev muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.[4] Muzey “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb.
Muzey ekspozisiyası Azərbaycan rəssamı Tahir Salahovun həyat və fəaliyyətinə həsr olunub. Rəssam ev muzeyinə 735 eksponat hədiyyə edib. Onlar arasında özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv var. Ekspozisiya 3 mərtəbədə yerləşir. Muzeyin 3-cü mərtəbəsində Tahir Salahovun emalatxanası yerləşir.
Muzeyin kolleksiyasında 798 eksponat var.[5]