Xaçın qalası

Qaxaç qalası və ya Qaçalax qalasıAğdərə rayonunun KolatağXocalı rayonunun Almalı kəndləri arasında, Qaxaçdağın zirvəzində yerləşən tarix-memarlıq abidəsi. Qaxaç qalasının ən qədim tikililəri yaxınlıqdakı Böyük Arran monastırının inşa dövrünə aiddir. Sonradan Ərəblərin Azərbaycana yürüşləri zamanı yerli xristian əhalinin müdafiəsi üçün qalanın yerləşdiyi dağ qala divarları ilə daha da möhkəmləndirilmişdir.

Qaxaç qalası
Qala divarlarının dövrümüzə çatmış xarabalıqları
Xəritə
40°00′24″ şm. e. 46°35′57″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir KolatağAlmalı kəndləri arasında Qaxac dağının zirvəsində
Aidiyyatı Qafqaz Albaniyası
Xaçın knyazlığı
Tikilmə tarixi IX əsr
Material daş, əhəng məhlulu
Vəziyyəti xarabalıqları qalıb
Qaxaç qalası (Azərbaycan)
Qaxaç qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaxaç qalası təbii cəhətdən olduqca əlverişli xüsusiyyətə malik ərazidə inşa edilmişdir. Qalanın yerləşdiyi dağ hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş, yamac hissəsi isə sıx meşələrlə örtülmüşdür. Bu cür təbii landşaft qalanın uzaqdan görünməzliyini, yaxından isə əlçatmazlığını təmin edir.

Qaxaç qalasından Kəlbəcər və Xocalı rayonları ərazisinə açılan mənzərə

Qaladan Xaçın knyazlığının ərazisi olmuş ətraf kəndlərə, o cümlədən Böyük Arran monastırına yaxşı mənzərə açıldığına görə, son orta əsrlərə kimi Qaxaç qalası strateji əhəmiyyətə malik olmuşdur. Meşəni yerləşdiyi dağ zirvəsinin ətrafları, o cümlədən enişləri sıx meşələrlə örtülmüşdür. Mənbələrdə qala həm də Xaçın qalası adı ilə qeyd edilir.[1] Tarixçi Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" adlı əsərində Mehranilər sülaləsinin son üzvlərinin taleyindən bəhs edərkən yazır:

" O zaman, bu faciədən sonra Spram, öldürülmüş Varaz Trdatın həyat yoldaşı, kişi cəsarəti alaraq sağ qalan qızlarını da yanına aldı, gecə çətin yollardan keçərək Xaçın qalasında gizləndi. O, öz sülaləsinin gələcəyini düşünərək qızını Hayk nəslindən olan Sünik hakimi Səhlin oğıu Atrnersehə ərə verdi. Beləliklə o, ağıllı qadınla qarşılaşdı, onlar birlikdə Tanrı qorxusu ilə yaşadılar, ədalətli ömür sürdülər və öz ölkələrində sevimli oldular.
Kalankatlı, III kitab, XXIII fəsil[2]
"

Qaxaç qalasının ən qədim tikililəri yaxınlıqdakı Böyük Arran monastırının inşa dövrünə aiddir.[1] Sonradan Ərəblərin Azərbaycana yürüşləri zamanı yerli xristian əhalinin müdafiəsi üçün qalanın yerləşdiyi dağ qala divarları ilə daha da möhkəmləndirilmişdir.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Qaxaç qalasının uzaqdan görünüşü

Qaxaç qalası təbii cəhətdən olduqca əlverişli xüsusiyyətə malik ərazidə inşa edilmişdir. Qalanın yerləşdiyi dağ hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş, yamac hissəsi isə sıx meşələrlə örtülmüşdür. Bu cür təbii landşaft qalanın uzaqdan görünməzliyini, yaxından isə əlçatmazlığını təmin edir.

Bir qədər cənuba meyilli olan dağ sirvəzi qərb, şimal və şərq tərəfdən rəndələnmiş kimi düz formaya, 50–60 metr hündürlüyə malik sıldırım qayalarla əhatə olunub. Dağın cənub tərəfi bu baxımdan daha əlçatan olduğuna görə qalanın girişi də məhz bu tərəfdəndir.[1] M. Barxudaryan təbii baxımdan daha zəif müdafiə edilən cənub tərəfin qala divarları ilə daha yaxşı möhkəmləndirilməsindən bəhs edərək yazır: "Cənub tərəfin hündür olmayan qayalıqları daş və əhəng məhlulundan inşa edilmiş qala divarları ilə möhkəmləmndirilmişdir. Anoloji hörgü yamacın bütün perimetri boyunca davam etdirilmişdir."[3]

Uzaqdan dağ zirvəsi kiçik ərazi kimi görünsə də, qala, ətraf ərazilərin əhalisini sığındırmağa kifayət edərəck qədər geniş ərazini əhatə edir.[1] Burada müxtəlif dövrlərə aid çoxlu sayda tikililərin qalıqları, gizli qapılar və yeraltı yollar, qayalarda yonulmuş tunellər və mazqallar dövrümüzə çatmışdır.[1]

Dağ zirvəsində yerləşən və hücum zamanı əhalinin uzunmüddətli sığınacağı kimi nəzərdə tutulmuş qalanın su təchizatı mərkəzdə yerləşən iki iri hovuz vasitəsiylə həyata keçirilirdi. Qayanın içində yonulmuş bu hovuzlar yağış suyu ilə doldurulur və ehtiyat olaraq saxlanırdı. İçməli su isə dağın ətəyində yerləşən bulaqdan əldə edilirdi.[1]

  1. 1 2 3 4 5 6 7 Мкртчян, 1989. səh. 25
  2. Каланкатуаци, Мовсес. ИСТОРИЯ СТРАНЫ АЛУАНК (в 3-х книгах) (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984.
  3. Бархударянц, 1895. səh. 197
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
  • Бархударянц, Макар, Арцах, Баку, 1895