Yafəs
Yafət və ya Yafəs (ivr. יָפֶֿתֿ,יֶפֶֿתֿ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir.
== Doğulması haqqında fikirlər ==
Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir.
Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır.