yayım təşkilatının verilişi

Efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş

yayım siqnalı
yayım zonası
OBASTAN VİKİ
Yayım
Yayım — audio və ya video məzmunun hər hansı bir elektron kütləvi kommunikasiya vasitəsilə elektromaqnit spektrindən istifadə edilərək auditoriyaya paylanması. Yayım ilk dəfə 1920-ci ildə vakuum borulu radioverici və qəbuledicilərin yayılması ilə populyarlaşaraq istifadəyə verilən AM radiosu ilə başladı. Bundan əvvəl, elektron rabitənin əksər tətbiqlərində (erkən radio, telefon və teleqraf) mesaj sadəcə tək bir alıcı üçün nəzərdə tutulmuşdu. "Yayım" termini əkinçilik üsulu kimi tarlaya toxum səpmək ifadəsindən ilhamlanaraq yaranmışdır. Daha sonra çap məhsulları və ya teleqraf vasitəsilə məlumatın geniş yayılmasını təsvir etmək üçün qəbul edildi. Fərdi stansiyanın çoxsaylı dinləyicilərə "birdən çox" radio ötürülməsi üçün tətbiqi nümunələri hələ 1898-ci ildə ortaya çıxmışdı. Hava üzərindən yayım adətən radio və televiziya ilə əlaqələndirilir, baxmayaraq ki, son zamanlar həm radio, həm də televiziya yayımları kabel (kabel televiziyası) vasitəsilə yayılmağa başlayıb. Qəbul edən tərəflərə geniş ictimaiyyət və ya nisbətən kiçik alt qrup daxil ola bilər. Məsələ ondadır ki, müvafiq qəbuledici texnologiya və avadanlıq (məsələn, radio və ya televizor) olan hər kəs siqnalı qəbul edə bilər. Yayım sahəsinə həm ictimai televiziya və radio və icma radiosu kimi hökumət tərəfindən idarə olunanlar, həm də özəl kommersiya radiosu televiziyası daxildir.
Rəqamsal yayım
Rəqəmsal distribusiya, həmçinin onlayn distribusiya və ya elektron proqram təminatının distribusiyası — audio, video, e-elektron kitablar, video oyunlar və digər proqram təminatı kimi rəqəmsal media məzmununun fiziki daşıyıcı olmadan çatdırılması və ya distribusiyası. Termin ümumiyyətlə kağız, optik disklər və VHS video kassetləri kimi fiziki distribusiya üsullarından yan keçərək internet kimi onlayn çatdırılma mühiti üzərində distribusiyanı təmin etmək üçün istifadə olunur. Şəbəkədə ötürmə qabiliyyətinin inkişaf etdirilməsi ilə XXI əsrdə onlayn distribusiya "Amazon Video" və "Netflix" kimi platformalarla məşhurlaşmışdır.
Yayım jurnalistikası
Yayım jurnalistikası — Köhnə metodlarla “yayımlanan” medianın əvəzinə müasir üsullar ilə translyasiya olunan qəzet və afişalar kimi xəbərlər və jurnallar sahəsidir. Yayım metodlarına radio (hava, kabel və İnternet vasitəsilə), televiziya (hava, kabel və İnternet vasitəsilə) və İnternet daxildir. Belə media şəkillər (statik və hərəkətli), vizual mətn və səslər vasitəsilə yayılır. == Təsvir etmə == Yayımlanan məqalələr “paketlər”, “oxucular”, “səsləri” (VO) və “lentdəki səs” (SOT) şəklində yazıla bilər. “Xülasə" xəbərlərin ümumi və qısa icmalı üçün düzəldilmiş bir video çarxdır və əsasən televiziyada işlədilir.Reortyor tərəfindən təqdim olunur. Səs, video,qrafika və effektlərdən istifadə olunur. "Qiraətçi" - video və ya səslə müşayiət olunmadan məqalə oxuyan şəxsə deyilir. Bəzən "ekranda rəqəmsal qrafik”-də təsvir olunur. Voice-over ya da VO, aparıcı tərəfindən təqdim edilən səsli və görüntülü yayımdır. Sound on tape ya da SOT, müsahibə səsidir.Ümumi bir müsahibəni və ya bir neçə müsahibənin önəmli hissələrini təşkil edir Radio yayım jurnalistikası üçün ilk vasitə idi.
Avropa Yayım Birliyi
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Avropa Yayım İttifaqı
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
UEFA Çempionlar Liqasının yayım siyahısı
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb. 1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi. Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİ və Çin), Mərkəzi Amerika və Karib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı. Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi. Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın Şərq və Afrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Katibliyi
Birləşmiş Millətlər Təşkilatının Katibliyi — Birləşmiş Millətlər Təşkilatının altı əsas qurumundan biridir. Bu təşkilatın icra hakimiyyətidir. Bununla yanaşı, təşkilatın qərar qəbul etmə orqanlarının (Baş Məclis, İqtisadi və Sosial Şura, Təhlükəsizlik Şurası) gündəliyini müəyyənləşdirir və qərarlarını həyata keçirir. Baş Məclisin təyin etdiyi Baş katib katibliyin rəhbəridir. == BMT Katibliyi ofislərinin yeri və quruluşu == BMT Katibliyi aşağıdakı əsas təşkilati bölmələrdən ibarətdir: Baş Katibliyinin İcra Aparatı; Baş Məclis və Konfrans İdarəetmə Şöbəsi; Siyasi və Barışıq İşləri şöbəsi; Silahsızlaşdırma İşləri İdarəsi; Sülhməramlı Əməliyyatlar İdarəsi; Sahə Dəstəyi şöbəsi; Hüquq İşləri İdarəsi; İqtisadi və Sosial Məsələlər şöbəsi; Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Katibliyi; Birləşmiş Millətlər Təşkilatının Ətraf Proqramının Katibliyi; Birləşmiş Millətlər Təşkilatının İnsan məskunlaşma proqramının Katibliyi; Narkotik və Cinayətkarlıq İdarəsi; Afrika İqtisadi Komissiyasının Katibliyi; Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya Katibliyi; Avropa İqtisadi Komissiyası Katibliyi; Latın Amerikası və Karib Denizi İqtisadi Komissiyasının Katibliyi; Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiya Katibliyi; Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisi; == BMT Katibliyinin heyəti == BMT Katibliyinin işçiləri Baş Assambleya tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq Baş Katib tərəfindən təyin edilir. Baş katib və katiblik işçiləri yalnız BMT-yə cavabdehdirlər və üzv dövlətlər heyətin vəzifələrinin icrasına təsir göstərməkdən çəkinməlidirlər. 31 dekabr 2018-ci il tarixində Katibliyin ümumi heyəti 172 ölkədən olmaqla 37.505 nəfərdən ibarət idi.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya BMT-nin Nizamnaməsi — beynəlxalq hökumətlərarası təşkilat olan BMT-nin 1945-ci ildə imzalanmış təsis sənədi. BMT Nizamnaməsi vətəndaşların əsas insan hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edərək, "daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək", "iqtisadi, sosial, sağlamlıq və əlaqədar problemləri həll etmək" və "irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər kəsin hüquqlarına və fundamental azadlıqlarına universal hörmət və rifahı təmin etmək" kimi ali prinsipləri nəzərdə tutur. Təsis sənədi olduğundan Nizamnamə bütün üzv dövlətlər üçün məcburidir. Həmçinin, Nizamnamənin 103-cü maddəsinə görə, onun hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür. Nizamnamə 26 iyun 1945-ci ildə imzalanmaq üçün açıq elan edilmişdir və elə həmin gün 51 həqiqi üzv dövlətin 50-si tərəfindən San-Fransiskoda, ABŞ-də imzalanmışdır (həqiqi üzv olan Polşa konfransda təmsil olunmamış və iki ay sonra sənədi imzalamışdır). Nizamnamə 24 oktyabr 1945-ci ildə müvafiq dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir. Həmin dövlətlərə BMT-nin Təhlükəsizlik Şurasının həqiqi beş daimi üzvü — Çin Respublikası (1949-cu ildən Çin Xalq Respublikası), Fransa Respublikasının Müvəqqəti Hökuməti (daha sonra onu Dördüncü və Beşinci Fransa Respublikası əvəz etmişdir), Sovet Sosialist Respublikaları İttifaqı (daha sonra Rusiya Federasiyası onu əvəz etmişdir), Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti daxildir. Bu vaxt, Hiroşima və Naqasakinin atom bombardmanı müvafiq olaraq 6 və 9 avqustda reallaşdı; bu yeni silah müharibəsinin tətbiqi BMT Nizamnaməsinin elan edildiyi təhlükəsizlik mühitini tamamilə dəyişdi. Hazırda dünyanın əksər dövlətləri Nizamanməni ratifikasiya etmişdir. Sonralar 24 oktyabr Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Birləşmiş Millətlər Təşkilatı Günü elan olunmuşdur.
Türk Dövlətləri Təşkilatının bayrağı
Türk Dövlətləri Təşkilatının bayrağı – Türk Dövlətləri Təşkilatı tərəfindən istifadə olunan bayraq. 22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının II Zirvə görüşündə qəbul edilmişdir. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır. == Dizaynı == Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.
2018 FİFA Dünya Kuboku yayım hüquqları
FİFA bir neçə şirkətin aracılığı ilə 2018 FİFA Dünya Kubokunun yayım haqlarını çeşidli yerli kanallara satdı.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası — BMT-nin əsas orqanlarından biri. BMT üzvü olan bütün dövlətlərdən ibarətdir. BMT üzvlərinə və ya BMT Təhlükəsizlik Şurasına hər cür məsələlərə və işlərə tövsiyələr vermək səlahiyyəti var. Baş Məclisin qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Məclisin hər il növbəti sessiyası olur. Baş Məclisin nəzdində onun funksiyalarını həyata keçirmək üçün 7 əsas komitə var. == Baş Assambleyanın funksiyaları və səlahiyyətləri == Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə, BMT Baş Məclisi aşağıdakı funksiya və səlahiyyətlərə malikdir: tərksilah məsələləri də daxil olmaqla beynəlxalq sülhün və təhlükəsizliyin qorunması sahəsində işbirliyinin ümumi prinsiplərini nəzərdən keçirir və müvafiq tövsiyələr verir; beynəlxalq barışıq və təhlükəsizliyin qorunması ilə əlaqəli hər hansı bir məsələni müzakirə etmək və hər hansı bir mübahisənin və ya vəziyyətin Təhlükəsizlik Şurasında baxılması halları istisna olmaqla, bu kimi məsələlərdə tövsiyələr vermək; beynəlxalq siyasi əməkdaşlığı təşviq etmək, beynəlxalq hüququ inkişaf etdirmək və kodlaşdırmaq, insan hüquqları və əsas azadlıqlarını həyata keçirmək, iqtisadi, sosial və humanitar sahələrdə və mədəniyyət, təhsil və səhiyyə sahələrində beynəlxalq əməkdaşlığı təşviq etmək üçün tədqiqatlar təşkil etmək və tövsiyələr hazırlamaq; millətlər arasındakı dostluq münasibətlərini poza biləcək hər hansı bir vəziyyətin sülh yolu ilə həlli üçün tədbirlər tövsiyə etmək; Təhlükəsizlik Şurasından və digər BMT qurumlarından hesabat almaq və nəzərdən keçirmək; Birləşmiş Millətlər Təşkilatının büdcəsini nəzərdən keçirir və təsdiq edir və Üzv Dövlətlərin qiymətləndirilmiş töhfələrini müəyyən edir; Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərini və digər BMT şura və orqanlarının üzvlərini seçir və Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Katibi təyin edir. Baş Assambleyanın 3 noyabr 1950-ci il tarixli "Sülh üçün Birlik" qətnaməsinə (377 (V) saylı qətnaməyə görə, Təhlükəsizlik Şurası daimi üzvlərdən birinə qarşı səs verməsi vəziyyətində hərəkət edə bilməyəcəyi təqdirdə, Məclis də hərəkətə keçə bilər) barışıq üçün təhdid, sülhün pozulması və ya təcavüz aktı üçün əsaslar varsa, Assambleya bu məsələni beynəlxalq sülhün qorunması və ya bərpası üçün kollektiv tədbirlər barədə Təşkilat üzvlərinə lazımi tövsiyələr vermək və təhlükəsizlik üçün dərhal nəzərdən keçirə bilər. Məclis öz səlahiyyətləri daxilində beynəlxalq məsələlərdə dövlətlərə yalnız məcburi olmayan tövsiyələr vermək səlahiyyətinə malik olsa da, bütün dünyada milyonlarla insanın həyatını təsir edən siyasi, iqtisadi, sosial və hüquqi tədbirlərə başladı. 2000-ci ildə qəbul edilən əlamətdar Minilliyin Bəyannaməsi, üzv dövlətlərin Bəyannamədə sülh, təhlükəsizlik və tərksilah üçün göstərilən xüsusi hədəflərə çatmaq öhdəliyinə şahidlik edir; yoxsulluğu inkişaf etdirmək və aradan qaldırmaq, ortaq mühitimizi qorumaq, Afrikanın xüsusi ehtiyaclarını ödəmək və Birləşmiş Millətlər Təşkilatını gücləndirmək.
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası — BMT-nin əsas orqanlarından biri. BMT üzvü olan bütün dövlətlərdən ibarətdir. BMT üzvlərinə və ya BMT Təhlükəsizlik Şurasına hər cür məsələlərə və işlərə tövsiyələr vermək səlahiyyəti var. Baş Məclisin qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Məclisin hər il növbəti sessiyası olur. Baş Məclisin nəzdində onun funksiyalarını həyata keçirmək üçün 7 əsas komitə var. == Baş Assambleyanın funksiyaları və səlahiyyətləri == Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə, BMT Baş Məclisi aşağıdakı funksiya və səlahiyyətlərə malikdir: tərksilah məsələləri də daxil olmaqla beynəlxalq sülhün və təhlükəsizliyin qorunması sahəsində işbirliyinin ümumi prinsiplərini nəzərdən keçirir və müvafiq tövsiyələr verir; beynəlxalq barışıq və təhlükəsizliyin qorunması ilə əlaqəli hər hansı bir məsələni müzakirə etmək və hər hansı bir mübahisənin və ya vəziyyətin Təhlükəsizlik Şurasında baxılması halları istisna olmaqla, bu kimi məsələlərdə tövsiyələr vermək; beynəlxalq siyasi əməkdaşlığı təşviq etmək, beynəlxalq hüququ inkişaf etdirmək və kodlaşdırmaq, insan hüquqları və əsas azadlıqlarını həyata keçirmək, iqtisadi, sosial və humanitar sahələrdə və mədəniyyət, təhsil və səhiyyə sahələrində beynəlxalq əməkdaşlığı təşviq etmək üçün tədqiqatlar təşkil etmək və tövsiyələr hazırlamaq; millətlər arasındakı dostluq münasibətlərini poza biləcək hər hansı bir vəziyyətin sülh yolu ilə həlli üçün tədbirlər tövsiyə etmək; Təhlükəsizlik Şurasından və digər BMT qurumlarından hesabat almaq və nəzərdən keçirmək; Birləşmiş Millətlər Təşkilatının büdcəsini nəzərdən keçirir və təsdiq edir və Üzv Dövlətlərin qiymətləndirilmiş töhfələrini müəyyən edir; Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərini və digər BMT şura və orqanlarının üzvlərini seçir və Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Katibi təyin edir. Baş Assambleyanın 3 noyabr 1950-ci il tarixli "Sülh üçün Birlik" qətnaməsinə (377 (V) saylı qətnaməyə görə, Təhlükəsizlik Şurası daimi üzvlərdən birinə qarşı səs verməsi vəziyyətində hərəkət edə bilməyəcəyi təqdirdə, Məclis də hərəkətə keçə bilər) barışıq üçün təhdid, sülhün pozulması və ya təcavüz aktı üçün əsaslar varsa, Assambleya bu məsələni beynəlxalq sülhün qorunması və ya bərpası üçün kollektiv tədbirlər barədə Təşkilat üzvlərinə lazımi tövsiyələr vermək və təhlükəsizlik üçün dərhal nəzərdən keçirə bilər. Məclis öz səlahiyyətləri daxilində beynəlxalq məsələlərdə dövlətlərə yalnız məcburi olmayan tövsiyələr vermək səlahiyyətinə malik olsa da, bütün dünyada milyonlarla insanın həyatını təsir edən siyasi, iqtisadi, sosial və hüquqi tədbirlərə başladı. 2000-ci ildə qəbul edilən əlamətdar Minilliyin Bəyannaməsi, üzv dövlətlərin Bəyannamədə sülh, təhlükəsizlik və tərksilah üçün göstərilən xüsusi hədəflərə çatmaq öhdəliyinə şahidlik edir; yoxsulluğu inkişaf etdirmək və aradan qaldırmaq, ortaq mühitimizi qorumaq, Afrikanın xüsusi ehtiyaclarını ödəmək və Birləşmiş Millətlər Təşkilatını gücləndirmək.
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir. Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin preambulası
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin preambulası — Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin giriş mətni (preambula). == Tarixi == Cənubi Afrikadan Yan Smets ilk olaraq preambulanın açılış sözlərini aşağıdakı kimi yazmışdı: "Razılığa gələn Yüksək Tərəflər, nəslimizdə iki dəfə baş vermiş və bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar və itkilər gətirmiş qardaş qırğınının təkrar baş verməsinin qarşısını almaq üçün müəyyən edirlər..." Bu da Millətlər Liqası Paktının giriş sözlərinə oxşar idi. BMT-nin San-Fransisko konfransında aparılan çoxsaylı müzakirələrdən sonra ABŞ-dən Virciniya Gildersliv preambulanın dəyişməsinə və qısalmasına nail oldu, lakin ən sonda Smetsin orijinal mətni yenidən saxlanıldı. ABŞ Konstitusiyasını əks etdirən "Biz Birləşmiş Millətlər Təşkilatının xalqları" adlı açılış sözü, ABŞ konqresmeni və konfransdakı nümayəndəsi Sol Blum tərəfindən təklif edilmişdir. Preambuladakı "daha artıq azadlıq şəraitində" ifadəsi BMT-nin 7-ci Baş katibi Kofi Annanın təklifi ilə BMT islahatının sərlövhəsi olmuşdur. == Mətni == Preambulanın mətni aşağıdakı kimidir: (Tərcümə Lətif Hüseynova məxsusdur) BİZ, BİRLƏŞMİŞ MİLLƏTLƏRİN XALQLARI, gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və ədalətin və müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək, VƏ BU MƏQSƏDLƏRİ DƏ mehriban qonşular kimi səbirlilik nümayiş etdirmək və birlikdə, bir-biri ilə dinc yaşamaq və beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək və prinsiplər qəbul etmək və metodlar müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək ƏZMİNDƏ OLARAQ, BU MƏQSƏDLƏRƏ NAİL OLMAQ ÜÇÜN ÖZ SƏYLƏRİMİZİ BİRLƏŞDİRMƏK QƏRARINA GƏLDİK. Buna uyğun olaraq, bizim müvafiq hökumətlərimiz. San-Fransisko şəhərində toplaşmış və özlərinin, yaxşı və lazımi formada olduğu müəyyən edilmiş səlahiyyətlərini təqdim etmiş nümayəndələr vasitəsilə. Birləşmiş Millətlərin hazırkı Nizamnaməsinə razılıq verdik və bununla Birləşmiş Millətlər adlanmalı olan beynəlxalq təşkilat yaradırıq.
Birləşmiş Millətlər Təşkilatının Parlament Assambleyası
Birləşmiş Millətlər Təşkilatında Parlament Assambleyası (qısa BMT Parlamenti və ya Dünya Parlamenti, ingiliscə Birləşmiş Millətlər Təşkilatı Parlament Assambleyası üçün UNPA) bir çox beynəlxalq təşkilatların, beynəlxalq qeyri-hökumət təşkilatlarının iradəsinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının yeni orqanı kimi yaradılacaqdır.
Birləşmiş Millətlər Təşkilatının Qəyyumluq Şurası
Birləşmiş Millətlər Təşkilatının Qəyyumluq Şurası (fr. Conseil de tutelle des Nations unies) — Birləşmiş Millətlər Təşkilatının beynəlxalq qəyyumluq sisteminə daxil olan Etibar Bölgələrinin rəhbərliyinə nəzarət etmək üçün qurulmuş əsas orqanlarından biridir. 11 qəyyumluq bölgəsi müstəqillik qazandıqdan sonra Qəyyumluq Şurası 1 noyabr 1994-cü ildə fəaliyyətini dayandırdı, ən son 1 oktyabr 1994-cü ildə Palau oldu. Bundan sonra Kofi Annan bu BMT qurumuna kollektiv ətraf mühitin qorunması forumu olmağı təklif etdi. Qəyyumluq Şurası, yeddi üzv dövlət tərəfindən idarə olunan 11 etibar bölgəsinə beynəlxalq nəzarəti təmin etmək və hökumətlərinin bu əraziləri öz-özünə idarə etmə və ya müstəqillik üçün hazırlamaq üçün lazımi səyləri göstərmələrini təmin etmək üçün qurulmuşdur. 1994-cü ilə qədər bütün Etibar Bölgeleri ya müstəqil dövlətlər olaraq ya da qonşu müstəqil dövlətlərə qoşulmaqla özünüidarəyə keçdi və ya müstəqil oldu. Özünüidarəetməyə son olaraq Birləşmiş Ştatların nəzarəti altında olan və BMT-nin 185-ci üzv dövləti olan Pasifik Adalarının Etibar Bölgəsi (Palau) gəldi. Qəyyumluq Şurasının işi tamamlandığından, hazırda Təhlükəsizlik Şurasının beş daimi üzvü var. İclas qaydalarına müvafiq olaraq dəyişiklik edilmişdir ki, iclaslarını yalnız şərtlər tələb edə biləcəyi hallarda keçirə bilsin. == Status == Qalan son Birləşmiş Millətlər Təşkilatının Etibar Bölgəsi olan Palau, 1 oktyabr 1994-cü ildə müstəqil olduqdan sonra Qəyyumluq Şurası 1 Noyabr 1994-cü ildə işini dayandırdı.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Vyana Ofisi
Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisi (ing. United Nations Office at Vienna (UNOV)) Birləşmiş Millətlər Təşkilatının dörd əsas ofisindən biridir. Ofis kompleksi Avstriyanın paytaxtı Vyanada olan Vyana Beynəlxalq Mərkəzində (VIC) yerləşir. == Tabeliyində olan təşkilatlar == Beynəlxalq Atom Enerjisi Agentliyi Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu Hərtərəfli Nüvə Sınağının Qadağan edilməsi Müqaviləsinə Hazırlıq Komissiyası Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyası Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Avstriya ofisi Beynəlxalq Dunayı Mühafizə Komissiyası == Ziyarətlər == Bazar ertəsindən cümə gününə qədər Vyana Beynəlxalq Mərkəzində türk dili də daxil olmaq şərti ilə bələdçilərin rəhbərliyi altında turlar təklif olunur.
Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisi
Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisi (ing. United Nations Office at Vienna (UNOV)) Birləşmiş Millətlər Təşkilatının dörd əsas ofisindən biridir. Ofis kompleksi Avstriyanın paytaxtı Vyanada olan Vyana Beynəlxalq Mərkəzində (VIC) yerləşir. == Tabeliyində olan təşkilatlar == Beynəlxalq Atom Enerjisi Agentliyi Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu Hərtərəfli Nüvə Sınağının Qadağan edilməsi Müqaviləsinə Hazırlıq Komissiyası Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyası Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Avstriya ofisi Beynəlxalq Dunayı Mühafizə Komissiyası == Ziyarətlər == Bazar ertəsindən cümə gününə qədər Vyana Beynəlxalq Mərkəzində türk dili də daxil olmaq şərti ilə bələdçilərin rəhbərliyi altında turlar təklif olunur.
Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu
Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu (ing. United Nations Office for Outer Space Affairs (UNOOSA)), kosmosun dinc məqsədlərlə istifadəsi üçün beynəlxalq əməkdaşlıqdan məsul olan Birləşmiş Millətlər Təşkilatının bürosudur. Bu şöbə, Birləşmiş Millətlər Təşkilatının Katibliyinin beynəlxalq kosmik hüquqa dair öhdəliklərini yerinə yetirməklə yanaşı, beynəlxalq əməkdaşlıqda xüsusi maraq göstərən Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin (COPUOS) katibliyi vəzifəsini də yerinə yetirir. Mərkəzi, Avstriyanın Vyana şəhərindəki Birləşmiş Millətlər Təşkilatının binasında yerləşir. UNOOSA, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platformasını (UN-SPIDER) idarə edir.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəsli
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəsli– Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəslində Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvlükdən bəhs olunur. Üzvlük Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş şərt və öhdəlikləri qəbul edən original imza edənlərə və Təşkilatın mühakiməsinə görə, bu öhdəlikləri yerinə yetirməyə qabil və hazır olan bütün digər sülhsevər dövlətlərə açıqdır. BMT Nizamnaməsinin II fəslinə görə, BMT-yə qəbul olmaq üçün ölkə əvvəlcə BMT Təhlükəsizlik Şurası tərəfindən tövsiyə olunmalı və sonra BMT Baş Məclisinin səsverməsi ilə təsdiqlənməlidir. Əlavə olaraq, qəbula bəzən Daimi Beş və ya D5 olaraq da adlandırılan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən (Çin, Fransa, Rusiya, İngiltərə və ABŞ), heç biri tərəfindən etiraz edilməməlidir. BMT üzvlüyünə qəbul xüsusilə mikro dövlətlər üçün suverenliyin və qanuni dövlətçiliyin əsas göstəricisi hesab olunur. Bəzi dövlətlərdə Tayvana dair Çin Respublikası kimi qeyri-rəsmi olaraq müstəqil tanınan, ancaq daimi üzv tərəfindən tətbiq edilən veto hüququna görə BMT-yə üzv olmayan hökumətlər var. Soyuq müharibə ərzində Birləşmiş Ştatlar və Sovet İttifaqı rəqib blokların BMT üzvlüyünə qəbuluna icazə vermədi. Onlar bu ölkələrin üzv olmasına icazə verməyə başladıqda, xüsusilə müstəqillik qazanan koloniyaların sayı artdıqca bu BMT üzvlüyünün genişlənmə dövrünə gətirib çıxardı. Həmçinin II fəsil Təşkilata üzvlükdən irəli gələn hüquq və imtiyazları dayandırılmış üzv dövlətlərin Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis tərəfindən onların öz hüquq və imtiyazlarını həyata keçirməsini təmin edir. Çin Respublikası hökuməti, Çin Millətçi Heyətinin BMT Təhlükəsizlik Şurasının təqdimatı olmadan xaric edilməsindən bəri Çin Xalq Respublikasını Çin kürsüsünün qanuni sahibi elan edən BMT Baş Assambleyasının 2758 saylı qətnaməsinin qanuniliyini şübhə altına alır (ÇR-ın təsisçi üzv olduğu).
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli — BMT Təhlükəsizlik Şurasının sülhü qorumaq səlahiyyətlərini müəyyən edir. Nizamnamənin bu fəsli "barışıq üçün hər hansı bir təhdidin, sülhün pozulması və ya təcavüz aktının mövcudluğunu müəyyənləşdirməyə" və "beynəlxalq sülhü və təhlükəsizliyi bərpa etmək" üçün hərbi və hərbi olmayan tədbirlər görməyə imkan verir. VII fəsil, həmçinin Hərbi Qərargah Komitəsi üçün BMT Təhlükəsizlik Şurasının sərəncamına verilmiş qüvvələrin strateji əlaqələndirilməsinə görə məsuliyyət müəyyən edir; Komitə Şuranın beş daimi üzvünün qərargah rəhbərlərindən ibarətdir. BMT Nizamnaməsinin BMT üzv dövlətlərinin digər BMT üzv ölkələrinə hücum etməsini qadağan etməsi, BMT-nin İkinci Dünya müharibəsi bitdikdən sonra yaradılmasının əsas məqsədinə, yəni müharibənin qarşısını almağa xidmət edir. Həddindən artıq narahatlıq yaradan bu hal Nürnberq prosesində "bir dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya suverenliyinə qarşı müharibə aparmaq, ya da beynəlxalq müqavilələri və ya razılaşmaları pozmaq" kimi qeyd olunan sülh əleyhinə cinayət konsepsiyasında da əks olunur. == Tarixi inkişaf == Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən və Birinci və İkinci Dünya müharibəsi arasındakı illərdə Millətlər Liqasının mövcud olmasına baxmayaraq, diplomatiyanın son uğursuzluğundan sonra qurulmuşdur. Buna görə də Liqanın uğursuzluğuna reaksiya olaraq, Təhlükəsizlik Şurasına VII Fəsil vasitəsilə geniş səlahiyyətlər verilmişdir. Beləliklə, bu geniş səlahiyyətlər Təhlükəsizlik Şurasına tarix ərzində mövcud olan digər beynəlxalq təşkilatlarla müqayisədə daha çox funksiyanı yerinə yetirməyə imkan vermişdir. Belə bir mübahisə mövcuddur ki, Şuraya verilmiş bu geniş səlahiyyətlər onu "beynəlxalq birliyin icraçısı" və ya hətta "beynəlxalq hökumət" edir. Millətlər Liqasının Razılaşması tarixdə ilk dəfə iqtisadi və hərbi sanksiyalar yolu ilə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etdi.
Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı
Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO)(ing. United Nations İndustrial Development Organization (UNİDO) — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi. 1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014 == YUNİDO-nun rəsmi məqsədləri == YUNİDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. YUNİDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il). Rusiyada (Moskva) YUNİDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. YUNİDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir. == İcraedici başçılar == == Mənbə == Böyük İqtisadi Ensiklopeiya Bakı 2012.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsi
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi (ing. United Nations Human Rights Committee) — Birləşmiş Millətlər Təşkilatının Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı tərəfindən qurulan 18 üzvlü bir qurumdur. Komitə, ildə üç dəfə; 4 həftəlik iclaslarda toplanır və 172 dövlətin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına uyğunluğu və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının Birinci Seçki Protokoluna əsasən 116 dövlət partiyasının fərdi müraciətləri ilə əlaqəli hesabatlar hazırlayır Komitə, BMT-dəki 10 insan hüquqları təsisatından biridir, hər biri ayrıca bir razılaşma yerinə yetirməlidir. BMT-nin İnsan Haqları Komitəsi daha yüksək səviyyəli BMT-nin İnsan Hüquqları Şurası və ya onun sələfi olan BMT İnsan Haqları Komissiyası ilə qarışdırılmamalıdır. İnsan Hüquqları Şurası (2006-cı ilin iyun ayından bəri) və İnsan Hüquqları Komissiyası (bu tarixdən əvvəl) "BMT-nin siyasi qurumları" dır: onların üzvləri BMT Baş Assambleyasının qətnaməsi və BMT Müqaviləsi ilə qurulmuş və insan hüquqları məsələlərini müzakirə edən dövlətlərdir; İnsan Hüquqları Komitəsi "BMT ekspert orqanı" dır: üzvləri KSHUS tərəfindən təsis edilmiş şəxsdir və yalnız bu razılaşma ilə bağlı məsələləri müzakirə edirlər. == Yeni üzvlər == Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt İnsan hüquqları komitəsinin üzvləri üçün əsas qaydaları müəyyən edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının 28-ci maddəsinə əsasən, Komite söz mövzusu sazişdə iştirak edən ölkələrdən "yüksək əxlaqi xüsusiyyətlərə malik, insan hüquqları sahəsində bacarıqlarına görə tanınan insanlar" olan 18 üzvdən ibarət olmalıdır; Bununla yanaşı, "hüquqi təcrübəsi olan bəzi insanların iştirakının faydalılığı" da nəzərə alınmalıdır.Mənbə, 28-ci maddəyə görə üzvlər ölkələrinin nümayəndəsi kimi deyil, fərdi imkanları daxilində xidmət edirlər. 29 və 30-cu maddələrdə göstərildiyi kimi, üzvlər Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına üzv dövlətlərin BMT-nin Baş Qərargahında keçirdiyi iclasda seçilirlər. 32-ci maddəyə görə onlar 4 il müddətinə xidmət edir və bütün üzvlərin dörddə biri hər iki ildən bir seçilir. Mövcud üzvlər aşağıdakılardır.