1. YEKƏQARIN (qarnı həddindən artıq yekə, yoğun və i.) Karvanın qabağı həyətə çatar-çatmaz yekəqarın və təcrübəli lələ hay-küylə çölə çıxıb qışqırdı.. (S.Rəhimov); QARINLI Ağayar., yaşı təzəcə qırxı ötmüş qarınlı bir kişi idi.. (Ə.Əbülhəsən); QARNIŞİŞİK [Əmiraslan baba:] Bu kəndin qarnışişik Lələş adlı kəndxudası vardı (S.Rəhimov); QARNIYOĞUN Qəfəsin dalında bir qarnıyoğun.. oturub, yazıya məşğul idi (C.Məmmədquluzadə); BOÇKAQARIN (dan.), DAQQAQARIN, İRİQARIN, QARNI YEKƏ, LOPAGÖDƏN(Lİ) (dan.).
2. yekəqarın bax qarınqulu