YEKƏXANA
YELƏK
OBASTAN VİKİ
Yelena
Yelena — Qadın adı. Yelena Lopez — İspaniyanı təmsil edən bədii gimnast. Yelena Stasova — Rusiya və SSRİ siyasi və dövlət xadimi. Yelena Dmitriyeva — Rusiyanı təmsil edən həndbolçu. Yelena Qrubişiç — Xorvatiyanı təmsil edən həndbolçu. Yelena Polyonova — Rusiyanı təmsil edən həndbolçu. Yelena Radçenko — Ukraynanı təmsil edən həndbolçu. Yelena Tsıqitsa — Ukraynanı təmsil edən həndbolçu. Yelena Yatsenko — Ukraynanı təmsil edən həndbolçu.
Monteneqrolu Yelena
Monteneqrolu Yelena (serb. Јелена Петровић Његош / Jelena Petrović Njegoš; 8 yanvar 1873[…], Çetinye, Monteneqro – 28 noyabr 1952[…], Monpelye, Fransa) — Montenqro şahzadəsi. Efiopiya İmperatoru III Viktor Emanuelin həyat yoldaşı, İtaliya və Albaniya kraliçası. == Bioqrafiyası == Monteneqro Kralı I Nikolanın və həyat yoldaşı Milena Vukotikin qızı. 1896-cı ildə İtaliyanın gələcək kralı Viktor III Emmanuel ilə evlənir. Evlənmək üçün Elena Pravoslavlıqdan Katolikliyə keçir. Elenanın anası Şahzadə Milena, etiraz olaraq Romadakı toyda iştirak etməyi rədd edir. Cütlüyün beş uşağı olur: Yolanda Marqarita (1901–1986), Berqolo qrafı Qiorqio Karlo Kalvi ilə evlidir; Mafalda (1902–1944), Fillip Hessen ilə evlənir, Buhenvald həbs düşərgəsində dünyasını dəyişir; II Umberto (1904–1983), Belçika Marie-Jose ilə evli olur; Covanna (1907–2000), Bolqarıstan Çarı III Borislə evli olur; Maria Franceska (1914–2001), Luiqi Bourbon-Parma ilə evlidir. 28 dekabr 1908-ci ildə Siciliyada bir zəlzələ Messina şəhərini demək olar ki, tamamilə məhv edir. Elena qurbanlara yardım göstərilməsində əhəmiyyətli bir rol oynayır.
Yelena (mifologiya)
Yelena (yun. Ἑλένη, lat. Helénē) yunan mifologiyasında Zevsin Ledadan olan qızı, Menalayın arvadı, Troya müharibəsinin səbəbkarı. Rəvayətə görə Plevrona çarının qızı Leda Evrota çayında yuyunarkən onun qucağına qartal təqibindən qaçan qu quşu pənah gətirir. Qu quşu cildinə girərək Zevs Ledanın könlünü almağa nail olur. Bu hadisədən sonra Ledanın Yelena adlı gözəllər gözəli bir qızı və əkiz qardaşlar: Kastor və Polidevk dünyaya gəlmiş olurlar. Yelena və Kastor Zevsdən dünyaya gəldikləri üçün ölməz olurlar, Polidevk isə Ledanın Tindareydan olan oğlu olduğu üçün ölməz olmur. Yelena on doqquz yaşına çatdıqda Tesey onu oğurlayaraq Afidn qalasında saxlayır. Lakin ağır mübarizədən sonra qardaşları Kastor və Polidevk onu azad edirlər. Bu hadisədən sonra Tindarey onu ərə verməyi qərara alır.
Yelena Amato
Yelena Amato (5 noyabr 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Yelena Amato İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Yelena Arifova
Yelena Arifova (d. 20 sentyabr 1972) — Azərbaycanı təmsil edən voleybolçu. Yelena Arifova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Yelena Arifova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Yelena Axvlediani
Yelena Dmitriyevna Axvlediani (gürc. ელენე დიმიტრის ასული ახვლედიანი, 5 aprel 1898, Telavi, Tiflis quberniyası – 30 dekabr 1975, Tbilisi) — Sovet gürcü rəssamı, qrafik rəssamı, teatr rəssamı. == Həyatı == Yelena Axvlediani 1901-ci ildə Telavi (Kaxeti) şəhərində həkim ailəsində anadan olmuşdur. 1910-cu ildə valideynləri ilə birlikdə Tbilisiyə köçmüşdür. Orada o, Yelizavetinskaya küçəsində (indiki Çinamjqvrişvili) yaşamışdır. Valideynləri onun musiqiçi olmasını arzulasa da, sonda Yelenanın istəyi ilə onun rəssam olmaq niyyəti ilə razılaşmaq məcburiyyətində qaldılar. Yelena Axvlediani hələ gimnaziyada ikən rəngarlıqla ciddi məşğul olmağa başlamışdı və 1919-cu ildə Tiflisdə rəsm sərgisində iştirak etmişdir. O, 1922-ci ildə Rəssamlıq Akademiyasına daxil olmuş və burada Georgi Gabaşvilinin sinfində oxumuşdur. Birinci kursun sonunda Akademiyanın elmi işçisi olaraq İtaliya və Fransaya göndərilmişdir. Bir neçə il Parisdə məskunlaşmış, burada 1924-1927-ci illərdə Kolarossi Sərbəst Sənət Akademiyasında oxumuşdur.
Yelena Besesku
Yelena Besesku (rum. Elena Băsescu; 24 aprel 1980, Konstansa) — Rumıniya siyasətçisi; Rumıniyanın Demokratik Liberal partiyasının gənclər təşkilatının nümayəndəsi; həmçinin Avropa parlamentinin deputatıdır. Rumıniya prezidenti Trayan Beseskunun qızıdır. == Həyatı == 24 aprel 1980-ci ildə Konstansada anadan olub. İqtisadi sahədə təhsili var. Əvvəllər top-model olaraq çalışıb. 14 iyul 2009-cu ildən müstəqil namizəd kimi Avropa parlamentinə seçilib.
Yelena Blavatskaya
Yelena Petrovna Blavatskaya (31 iyul (12 avqust) 1831, Dnepr, Yekaterinoslav quberniyası, Rusiya imperiyası – 26 aprel (8 may) 1891, London) — rus okkultist, publisist, spiritualist,Teosofiya Cəmiyyətinin banisi. == Həyatı == Blavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra onu tərk etmişdir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək, Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət etmişdir. Səyahətlər zamanı ezoterik (gizli) dini məktəblərin təlimlərinə yiyələnmiş və onlar haqqında əsaslı məlumat əldə etmişdir. Çətin xasiyyətli olmasına baxmayaraq, o, nəzərə çarpan bacarığı ilə 1875-ci ilin 13 sentyabrında özünün iki pərəstişkarı – polkovnik Henri Olkottun və Uilyam Cacın köməkliyilə "Həqiqətdən üstün din yoxdur" şüarı altında Teosof cəmiyyətini yaratmışdır. Onun təqdim etdiyi teosof təliminin əsasında Brahmanizm, hinduizm və Buddizmin dini-fəlsəfi konsepsiyalarının, həmçinin okkultik və mqnostik elementlərin təsiri müşahidə edilmişdir. Təşkilat rəhbərləri dinlərin tarixi formalarını nəzərə almayaraq, bütün dini rəmzlərdəki gizli mənalarında oxşarlıq axtarmaq mövqeyindən çıxış edərək, müxtəlif inancları birləşdirib ehkamlarla bağlı olmayan universal din yaratmağa çalışmışdılar. İlk vaxtlar cəmiyyətin fəaliyyəti Avropa və Amerikanın bir çox ölkələrində sürətlə yayılmışdı. Onun ətrafında astrologiya və okkultizimlə maraqlanan çoxlu sayda insan toplaşmışdı Blavatskaya və Olkott 1879-cu ildə Hindistana gedərək Adyar şəhərində cəmiyyətin mərkəzi qərargahını açmışdılar.
Yelena Cilyi
Yelena Cilyi (9 iyul 1985) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Yelena Cilyi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Yelena Cilyi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Yelena Cilyi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Yelena Dmitriyeva
Yelena Dmitriyeva (d. 1 iyul 1984) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yelena Dmitriyeva Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yelena Dreyden
Elena Vladimirovna Dreyden (Zelenskaya) (d. 19 noyabr 1981) — rus aktrisası. == Həyatı == 19 noyabr 1981-də doğulub. Omskdakı 125 saylı məktəbi bitirmişdir. 1999-cu ildən 2000-ci ilədək Omsk şəhərində Studio Dram Teatrında aktyorluq kursunda oxumuşdur. 2005-ci ildə Sankt-Peterburq Dövlət Teatr İncəsənət Akademiyasını bitirmişdir.
Yelena Haqverdiyeva
Yelena Haqverdiyeva — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997). == Həyatı == Yelena Haqverdiyevanın yaradıcılığında qadınlar mövzusu, milli geyimlər, qurama, əsas yer tutur. Həmçinin Qacar üslubunun təsirdə duyulur. 1982-1987-ci illərdə Azərbaycan pedaqoji institutunda təhsil alıb. 1997-ci ildən başlayaraq Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri Azərbaycanda, Fransada, Almaniyada, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-də şəxsi sərgilərdə saxlanılır. Həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sərgilərin iştirakçısı olub. Muzeyimizdə nümayiş etdirilən “Günəşli xoş bir gün” əsərində rəssam soyuq bir qış günündə həsrətini çəkdiyi isti yayı təsvir edib. == Mükafatları == 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Yelena Jemayeva
Yelena Jemayeva (30 mart 1971, Dolqoprudnu) — Azərbaycanı təmsil edən qılıncoynadan, Dünya və Avropa Çempionatlarının qalibi, Azərbaycan idman tarixinin ən titullu qılıncoynadanı. == Həyatı == Yelena Jemayeva 1971-ci il martın 30-da Dolqoprudnu şəhərində anadan olub. İlqar Məmmədovla evlidir. Milena və Ayla adında qızları var. == Karyerası == Yelena Jemayeva 1999-cu ilin 22–28 iyununda İtaliyanın Boltsano şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Jemayeva sablya turnirinin final görüşündə Fransa nümayəndəsi Sesil Arjola qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bununla da Yelena Jemayeva Avropa çempionu olmağı bacaran birinci azərbaycanlı qılıncoynadan oldu. Daha sonra Yelena Jemayeva 1–8 noyabrda Cənubi Koreyanın Seul şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Jemayeva sablya turnirinin final görüşündə İtaliya nümayəndəsi İlariya Byanoya qalib gəldi və Dünya Çempionatının qalibi oldu. Bununla da Yelena Jemayeva Dünya çempionu olmağı bacaran birinci azərbaycanlı qılıncoynadan oldu.
Yelena Karleuşa
Yelena Karleuşa Toşiç (serb. Jelena Karleuša Tošić, Јелена Карлеуша Тошић) — Serbiyanın pop müğənnisi.
Yelena Krivoşey
Yelena Krivoşey (1 fevral 1977) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yelena Krivoşey Rusiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Yelena Kuzmina
Yelena Kuzmina (4 (17) fevral 1909, Tiflis – 15 oktyabr 1979, Moskva) — Aktrisa. == Filmoqrafiya == Mavi dənizin sahilində (film, 1935)-Mariya == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 44-46.
Yelena Lopez
Yelena Lopez (d. 4 oktyabr 1994) — İspaniyanı təmsil edən bədii gimnast. Yelena Lopez, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Yelena Lopez, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lidiya Redondo, Sandra Aguilar Navarro, Lordes Mohedano, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu. Yelena Lopez, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Artemi Qavezou, Sandra Aguilar Navarro, Lordes Mohedano və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Yelena Şabovta
Yelena Şabovta (d. 28 avqust 1969) — Azərbaycanı təmsil edən voleybolçu. Yelena Şabovta, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Yelena Şabovta, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu. Yelena Şabovta daha sonra, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasını 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Yelena Şabovta bir ildən sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Yelena Şalamova
Yelena Şalamova (4 iyul 1982) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yelena Şalamova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Yelena Mehrani
Yelena Mehrani — Varaz Qriqorun qızı, Qafqaz Albaniyasının şahzadəsi və Ermənistan knyaginyası. Qriqor Mamikonyanla evlənmişdi. Varaz Trdata kömək edərək Müqəddəs Qriqorinin çənəsini ona göndərmişdi. Övladı olmamışdır. Onun xahişi ilə Qriqor Aruç kilsəsini inşa etdirmişdir.
Yelena Murzina
Yelena Anatoliyevna Murzina (d. 15 iyun 1984; Yekaterinburq, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Yelena Murzina, 2004-cü ildə Rusiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Yelena Murzina, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olesya Beluqina, Olqa Qlatskix, Tatyana Kurbakova, Natalya Lavrova və Yelena Posevina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Yelena Parxomenko
Yelena Parxomenko (d. 11 sentyabr 1982; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən voleybolçu. Yelena Parxomenko, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub. == Həyatı == Yelena Parxomenko 11 sentyabr 1982-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Yelena Parxomenkonın bacısı, Oksana Kurt da voleybolçusur və Azərbaycan yığmasında çıxış edib. == Karyerası == Yelena Parxomenko, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Yelena Parxomenko daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu. Yelena Parxomenko bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı.
Yelena Pavlovna
Yelena Pavlovna (rus. Елена Павловна; 24 dekabr 1784, Sankt-Peterburq – 24 sentyabr 1803) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın ikinci qızıdır.
Yelena Pavluxina
Yelena Pavluxina (1 mart 1989) — Ukraynanı və Azərbaycanı təmsil edən velosipedçi. == Karyerası == Yelena Pavluxina 1999-cu ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Stanislav Solovyovdur. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qızıl medallarına sahibi olan Yelena Pavluxina beynəlxalq turnirlərdə də bir sıra uğurlara imza atdı. Yelena Pavluxina 2015-ci ildə Birinci Avropa Oyunlarında mübarizə apardı. Yelena Pavluxina 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 7-də fərdi turnirdə çıxış edən Yelena Pavluxina finiş həddinə 3 saat 58 dəqiqə 5 saniyəyə çatdı və nəticədə Rio-de-Janeyro Olimpiadasını 68 velosipedçi sırasında 35-ci pillədə başa vurdu.
Yelena Polenova
Yelena Polyonova (d. 20 avqust 1984) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yelena Polyonova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ceymstaun (Müqəddəs Yelena adası)
Ceymstaun (ing. Jamestown, 15°55′ c. e. 5°43′ q. u.) — Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunya Britaniya dəniz ərazisinin paytaxtı, şəhər, liman. == Mənbə == "Ceymstaun (Müqəddəs Yelena adası)". 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
Mariya Yelena Kalle
Mariya Yelena Kalle (25 iyul 1975) — Ekvadorlu marafonçu. Mariya Yelena Kalle Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mariya Yelena Kalle birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 39 saniyəyə qət edərək 157 marafonçu sırasında 99-cu yeri tutdu.
Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya (ing. Saint Helena, Ascension and Tristan da Cunha) — Böyük Britaniyanın Müqəddəs Yelena və Yüksəliş adalarından, eləcə də Tristan-da-Kunya arxipelaqından ibarət olan, Afrika sahillərindən qərbdə, Cənubi Atlantikada yerləşən dəniz əraziləri. 2009-cu il sentyabrın 1-nə - hər bir ada qrupunun bərabər statusunu müəyyənləşdirən yeni konstitusiya qüvvəyə minənə qədər Müqəddəs Yelena adası və Ərazilər (ing. Saint Helena and Dependencies) adını daşıyıb.
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya (ing. Saint Helena, Ascension and Tristan da Cunha) — Böyük Britaniyanın Müqəddəs Yelena və Yüksəliş adalarından, eləcə də Tristan-da-Kunya arxipelaqından ibarət olan, Afrika sahillərindən qərbdə, Cənubi Atlantikada yerləşən dəniz əraziləri. 2009-cu il sentyabrın 1-nə - hər bir ada qrupunun bərabər statusunu müəyyənləşdirən yeni konstitusiya qüvvəyə minənə qədər Müqəddəs Yelena adası və Ərazilər (ing. Saint Helena and Dependencies) adını daşıyıb.
Müqəddəs Yelena adası
Müqəddəs Yelena adası (ing. Saint Helena) — Atlantik okeannında Afrika qitəsindən 2800 km qərbdə yerləşmiş Böyük Britaniyaya məxsus ada. Adanın Napoleon Bonapart sürgündə olan zaman yaşadığı iki ev və dəfn olunmuş kiçik bir ərazisi Fransaya aiddir. Müqəddəs Yelena adası ətrafındakı digər Merac adası (ing. Ascension Island), Tristan da Kunya (ing. Tristan da Cunha)arxipelaqına daxil olan (ing. Inaccessible Island), (ing. Nightingale Island), Bülbül adaları kimi Böyük Britaniyanin Dənizaşırı ərazisinə daxildir. Süveyş kanalı tikilənə qədər bu adalar Hind okeanına üzən gəmilər üçün strateji əhəmiyyət daşımışdır. Azsaylı əhalisi Böyük Britaniyaya loyal olaraq qalmaqdadır.
Yelena (film, 2011)
Yelena (rus. Елена) — 2011-ci ildə Rusiyada çəkilmiş film. == Məzmunu == Andrey Zvyaginsevin filmlərinə baxanlar yəqin ki, artıq bilirlər ki, bu rejissor öz dəst-xətti ilə Rusiya sərhədlərini aşmış bir rejissordur. "Qayıdış", "Sürgün" kimi gözəl sənət əsərlərinin yaradıcısı bu dəfə də heyran etməyi bacardı. İmkanlı təqaüdçü Vladimir 8 il ona baxıcılıq etmiş Yelena adlı qadınla nikaha girir. Və artıq bu nikahdan 2 il keçir. Yelena Vladimirlə 10 il əvvəl tibb bacısı işlədiyi xəstəxanada tanış olub və onların hər ikisinin ilk evliliklərindən övladları var. Yelenanın oğlu ailəli və iki uşaq atasıdır. İşləmir. Onun ailəsini Yelena, daha dəqiq desək Yelenanın Vladimirdən aldığı pullar dolandırır.

Значение слова в других словарях