YORULMAQ

YORULMAQ [Zübeydə:] Ağagül, qadası, yorulmuşam yaman.. (Elçin); AYAQDAN DÜŞMƏK (fr.v.) Yardan xali görüb bəzmi ayaqdan düşdüm (S.Ə.Şirvani); ƏLDƏN DÜŞMƏK (dan.) Səkinə: Yazıq balam, lap əldən düşdü (A.Şaiq); ƏLDƏN-DİLDƏN DÜŞMƏK (fr.v.) Qəndab: ..Şirin dayı, özüm də lap əldən-dildən düşmüşəm (B.Bayramov); GÜCDƏN DÜŞMƏK Qızım, torpaq da insan kimi yorulur, gücdən düşür, gərək ona qulluq eləyəsən... (M.İbrahimov); TABDAN DÜŞMƏK (fr.v.) Odunçuoğlu tabdan düşmüş halda.. uzaqlaşmağa başladı (Ə.Məmmədxanlı); ÜZÜLMƏK (məc., dan.) Qurban Qəndaba: Sən yorularsan, üzülərsən (B.Bayramov); NƏFƏSİ KƏSİLMƏK (fr.v.).

YORUCU
YOVUQLAŞMAQ

Digər lüğətlərdə