YUSİF

Allahın göndərdiyi peyğəmbərlərdən bir olmuşdur. “Yusif” (12) surəsinin bütün məzmunu ona həsr edilmişdir. O, Yaqub peyğəmbərin Rəhilədən olan oğlu olmuşdur. Atası onu qardaşlarından çox istədiyinə görə onlar onu qısqanmışlar (Quran, 12: 8). Onlar Yusifi özləri ilə çölə apararaq onu öldürmək istəmiş, ancaq son anda qardaşların biri onun öldürülməsini deyil, bir quyuya atılmasını təklif etmişdir (Quran, 12: 10). Qardaşlar evlərinə qayıdınca Yaqub peyğəmbərə demişdilər ki, Yusifi canavar parçalamışdır. Bunun sübutu kimi onun heyvan qanına bulaşmış köynəyini ona göstərmişdirlər. Yusifi quyudan karvanla Misirə gedən insanlar qurtarıb onu özləri ilə aparmış, orada bir yüksək rütbəli məmura kölə kimi satmışdırlar. Yusif bir müddət onun evində yaşamışdır. O, yetkinlik yaşına çatdıqda isə, Allah ona peyğəmbərlik vermişdir. Ancaq, o məmurun həyat yoldaşı Züleyxa gözəlliyi ilə seçilən Yusifə vurulmuş, onunla yaxınlıq etməyin yollarını axtarmağa başlamışdır. Yusif onun təklifindən imtina edildikdən sonra Züleyxa onu onunla yaxınlıq etməyə cəhd etməkdə günahlandırmışdır (Quran, 12: 23-26). Onun əri isə Yusifin şərləndiyini bilmiş, ancaq bu məsələni ört-basdır etmək üçün onu zindana atdırmışdır. Orada uzun müddət qalan Yusif günlərini ibadətlərdə keçirmişdir. Allah ona yuxu yozmaq bacarığını vermişdir. Onunla zindanda Misir Fironunun keçmiş aşpazı və şərab paylayanı da olmuşdurlar. Gecələrin birində onların hər ikisi yuxu görüb, bu yuxuların yozulması üçün Yusifin yanına gəlmişdirlər (Quran, 12: 36). Yusif də birinin edam olunacağını, digərinin isə azadlığa çıxacağı və fironun qulluğuna qayıdacağı xəbərini vermişdir. Daha sonra Yusif buraxılacaq dustaqdan fironuna onun haqqında söhbət açmağı istəmişdir. Sonra Yusifin dedikləri gerçəkləşmişdir. Ancaq, sərbəst buraxılmış adam fironun sarayında qulluq etməsinə baxmayaraq Yusifin istəyini yerinə yetirməmişdir. Buna görə də o, daha bir neçə il zindanda qalmışdır. Gecələrin birində Misir fironu da qəribə bir yuxu görmüş, saraydakıları yanına toplayaraq onlardan bu yuxunun yozumunu tələb etmişdir. Ancaq, onlardan heç biri bunu edə bilməmişdir (Quran, 12: 44). Onda həmin o keçmiş dustaq Yusifi yada salaraq onun yuxuları yozma bacarığı haqqında firona məlumat vermişdir. Firon da Yusifin yanına gətirilməsini əmr etmiş, onu gətirdikdə ondan onun yuxusunun yozulmasını tələb etmişdir. Yusif də onun yuxusunun məzmunu ilə tanış olduqdan sonra bu ərazilərdə quraqlığın düşəcəyi haqqında xəbər vermişdir. Sonra o, Firona demişdir ki, quraqlıq dövründə aclıq düşməsin deyə bir neçə il boyu məhsul yığılıb anbarlarda tədarük edilməlidir (Quran, 12: 47-49). Bundan sonra Yusif azadlığa buraxılıb saraya gətirilmişdir. Orada o yüksək məmur olub məhsulun tədarük edilməsi işinin məsuliyyətini öz boynuna götürmüşdür. Bir neçə ildən sonra quraqlıq dövrü başlamış, ancaq görülən işlər və toplanan sərvətlərə görə Misir xalqı heç bir çətinliklə qarşılaşmamışdırlar. Tezliklə digər qonşu ölkələrdə quraqlıq səbəbi ilə aclıq başlamışdır. Aclıqdan qurtulmaq istəyən insanlar Misirə gəlib, taxıl, eləcə də digər yeyinti məhsulları alırdılar. Gələnlərin arasında Yusifin qardaşları da olmuşdurlar. Yusif onları tanıyandan sonra aralarında müəyyən hadisələr baş vermişdir. Ancaq, sonda Yusif onları bağışlamış, atası Yaqubla birlikdə onları Misirə dəvət etmişdir. Beləliklə, Yaqub peyğəmbərin oğullarının soyundan gələn İsrail oğulları uzun müddət Misirdə yaşamışdırlar. Ancaq, sonra misirlilər onlarla pis davranmış, onları kölə etmişdirlər. İsrail oğullarını köləlikdən isə Musa peyğəmbər qurtarmışdır.
YUNUS
YUŞA İBN NUN
OBASTAN VİKİ
III Yusif
III Yusif atasından sonra paşa olmuşdu. 1744-cü ildə II İrakli tərəfindən məğlub edilərək öldürülmüşdür. Yerinə qardaşı Hacı Əhməd paşa keçmişdir.
II Yusif
II Yusif - Ahalsıx paşası, I Aslanın böyük oğlu idi. 1679-cu ildə V Baqratın İmeretiya çarlığını geri almasında köməkçi olmuşdu. 1683-cü ildə isə XI Georginin xahişi ilə IV Aleksandrı İmeretiya taxtına gətirmişdi. Ölümündən sonra yerinə qardaşı Səlim paşa gəldi.
I Yusif
I Yusif - Səfər paşanın oğlu. 12 il paşalıq etmişdir. Mesxetiyanın müsəlmanlaşdırılması işi ilə məşğul olmuşdur. Yerinə Rüstəm paşa gəlmişdir.
Katolikos Yusif
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). == Həyatı == Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. == Şəxsi həyatı == Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Yusif
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. == Həyatı == Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. == Osarsif == Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.
Yusif Salman Yusif
Yusif Salman Yusif (ərəb. يوسف سلمان يوسف‎; təxəllüsü Fahid (ərəb. فهد‎; 19 iyul 1901, Bağdad – 14 fevral 1949, Bağdad) — İraq inqilabçısı. == Həyatı == Yusif Salman 1904-cü ildə Bağdadda kasıb, lakin nisbətən təmin olunmuş ailədə doğulmuşdur. Onun atası bütün uşaqlarının təhsil almasına çalışırdı. Lakin Yusif Bağdadda ancaq ibtidai məktəbi qurtardı. Atası öldü, işləməyə getməyə məcbur oldu. Bu hadisə 1917-ci ilə Rusiyada Böyük Oktyabr sosialist inqilabı baş verdiyi, İraqda isə türk müstəmləkəçilərinin yerinə ingilis müstəmləkəçilərinin gəldiyi zamana təsadüf etmişdi. Bağdadda Britaniya qoşunlarının komandanı general Mod çıxış edərək demişdi: "Biz bura istilaçı kimi yox, xilaskar kimi gəlmişik". Lakin tezliklə iraqlılara aydın oldu ki, bu sözlər alçaq boşboğazlıqdan başqa bir şey deyil.
Mirzə Yusif
Mirzə Yusif Qarabaği
Qara Yusif
Qara Yusif və ya Əbu Nəsr Qara Yusif Noyon ibn Məhəmməd Barani (tam adı : Cəmaləddin Qara Yusif ibn Məhəmməd), 1355, Ərciş — 13 noyabr, Təbriz, Saidabad — Qaraqoyunlu Tayfa ittifaqı başçısı (1388-1420) Qaraqoyunlu dövlətinin 2-ci sultanı (1418-1420), Azərbaycan şahı, Əcəm padşahı, dövlət xadimi və sərkərdə. Qaraqoyunlu tayfa birliyinin 2-ci başçısı Qara Məhəmmədin oğlu. Qaraqoyunlu Azərbaycan dövlətinin yaradıcısıdır. == Arxa plan == Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar, lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII–IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar.
Sami Yusif
Sami Yusuf (21 iyul 1980, Tehran) — Azərbaycan əsilli britaniyalı müğənni, bəstəkar, əsasən islami mahnılar müəllifi və ifaçısı. == Həyatı == Sami Yusuf, Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçilər. Doğuşdan musiqilə güclü bir bağa malikdir; imtiyazlı bir musiqi mənşəyinə əlavə olaraq Dünyanın ən prestijli musiqi institutlarında biri olan Londondakı The Royal Academy of Music də daxil olmaq üzrə bir çox tanınmış bəstəkarlar musiqi təhsili almışdır. "Musiqi onun taleyi" sözü sürpriz olmayan, inamla reallaşacaq bir öngörüydü. Sami, çox kiçik yaşda piano, skripka, tar, Tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrəndi. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış oldu. İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq vəziyyətə qədər gəldi. Albom yalnız 3 milyonun üzərində satılmaqla qalmadı ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir takipçi kütləsi qazandırdı. Pərəstişkarları arasındakı gənclər, gözəl və xoşuna gələn ədəbiylə təsirləndikləri Saminin gördükləriylə ona bir lider kimi qibtə edirlər. Pərəstişkarları Saminin musiqisinin onların həyatlarını daha yaxşıya doğru dəyişdiyini söyləməkdən də çəkinməməktələr.
Soltan Yusif
Yusifov Soltan Sərdar оğlu (Soltan Yusif) (1935-2003) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Soltan Yusif 29 noyabr 1935-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olub. Erkən yaşlarından eşitmək qabiliyyəti itirib. Kərimbəyli kənd 7 illik orta məktəbi bitirib, bir müddət kənddə qalıb kolxozda işlədikdən sonra Bakıya gələrək karlara məxsus axşam fəhlə-gənclər məktəbinin 8-ci sinfində təhsilini davam etdirib, gündüzlər çəkmə tikməklə məşğul olaraq axşamlar dərsə gedib. Atasının vəfat etməsi, böyük qardaşının hərbi xidmətdə olmağı və sonra Neft Sənaye İnstitutunda oxumağı, anası Güllər xanımın evdar qadın olması onu işləmək məcburiyyəti qarşısında qoyub. Bununla belə 8-ci sinifdə dərslərindən əla qiymətlər aldığı üçün yanvar imtahanından sonra komissiyanın qərarı ilə onu 8-ci sinifdən 10-cu sinifə keçiriblər. Dərsliklər ayrı, fənnlər ayrı olsa da, çətinliyə baxmayaraq, o, əlaçı olaraq qalıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun qiyabi Mədəni-maarif şöbəsinə verib. Texnikumu bitirəndən sonra Karlar cəmiyyətinin Bakı şəhər şöbəsinin sədri, Azərbaycan Karlar Cəmiyyətinin mərkəzi idarə heyətinin sədri, sədr müavini, direktor müavini, direktoru, hüquqşünası vəzifələrində işləyib, özünün təşəbbüsü ilə nəşrə başlamış cəmiyyətin orqanı "Bizim həyat" qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru olub. Soltan Yusifin 7 şeirlər və poemalar kitabı nəşr edilib, şeirlərinin çoxu müxtəlif dillərə çevrilib.
Tofiq Yusif
Tofiq Yusif (azərb. Hüseynov Tofiq Yusif oğlu‎; 5 aprel 1950, Xoruzlu, Mirbəşir rayonu – 29 noyabr 2021, Tərtər) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatı, "Yeni Tərtər" qəzetinin redaktoru (2005–2021) == Həyatı == Tofiq Yusif 5 aprel 1950-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1957–1960-cı illərdə Xoruzlu kənd orta məktəbində oxuyub. Orta məktəbi Dərələyəz mahalının Qovuşuq kəndində medalla bitirib. 1967–1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyaraq mühəndis-elektrik, 1981–1983-cü illərdə Marksizm-Leninizm İnstitutunun fəlsəfə şöbəsində oxuyaraq ali siyasi təhsil alıb. 1970–1975-ci illərdə müəllim işləyib. 1977–1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib. Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarına nümayəndə seçilib. Tərtər bələdiyyəsinin üzvüdür.
Yusif (ad)
Yusif — Azərbaycanda oğlan uşaqlarına verilən ad. Təxəllüs. Yusif — Yəqub peyğəmbərin oğlu. Yusif Səmədoğlu — Azərbaycanın xalq yazıçısı. Yusif Nurullayev Yusif Süleymanov Yusif Əlizadə Yusif Çəmənzəminli — Azərbaycanlı yazıçı. Yusif Məmmədəliyev — Azərbaycanlı kimyaçı alim. Yusif Alıyev — fizika elmləri doktoru. Yusif Eyvazov — opera müğənnisi. Yusif Ziya Talıbzadə — pedaqoq, dramaturq. Yusif Nəbiyev — dövlət xadimi.
Yusif (peyğəmbər)
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. == Həyatı == Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. == Osarsif == Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.
Yusif Abdullayev
Yusif Mirzə oğlu Abdullayev (31 dekabr 1902, Bakı – 11 may 1979, Bakı) — Azərbaycan OADKYC komitəsinin sədri, Stepanakert seçki dairəsindən SSRİ Ali Sovetində Azərbaycan SSR deputatı.
Yusif Akçura
Yusif Akçura (türk. Yusuf Akçura, tatar. Yosıf Aqçura, Yosıf Aqçurin; 2 dekabr 1876, Simbirsk – 11 mart 1935, İstanbul) — tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri. Türkçülük ideyasının öndə gedən təmsilçilərindən olan Yusif Akçura elmin müxtəlif sahələlərində çalışmışdır. Yazdığı elmi və publisistik əsərlərə görə qısa müddətdən sonra bir vaxtlar mühacirət etməli olduğu Türkiyədə yenidən sevilməyə başlamışdır. == Həyatı == Yusif Akçura 1876-cı ildə Rusiyanın Ulyanovsk vilayətinin Simbirsk şəhərində anadan olmuşdur. Y. Akçura iki yaşında olarkən çuxa istehsal edən fabriki olan atası Həsən Akçurin vəfat edir və ardınca anası Bibi Qəmər Banu xanımın xəstəliyi ilə əlaqədar olaraq ailə 1883-cü ildə İstanbula köçür. Yusifin anası burada dağıstanlı Osman bəylə evlənir və Osman bəy Y. Akçuranın təlim-tərbiyəsi ilə yaxından məşğul olmağa başlayır. Burada Y. Akçura 1883–1886-cı illərdə ibtidai məktəbi, 1886–1892-ci illərdə isə orta məktəbi bitirir. 1892–1896-cı illərdə isə İstanbul Hərbiyyə məktəbində təhsilini davam etdirir.
Yusif Allahverdiyev
Yusif Fərəc oğlu Allahverdiyev (24 dekabr 1949) — Aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Yusif Allahverdiyev 24 dekabr 1949-cu ildə doğulub. 1968-1972-ci illərdə N.Krupskaya adına Bakı mədəni-maarif məktəbində təhsil alıb. 1972-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Teatrda işlədiyi müddətdə S.Vurğun "Vaqif"də Vəzir,V.Səmədoğlu "Bəxt üzüyü"ndə Tanrıbəy, A.R.Çexov "Ayı"da Ayı, N.Dumbadze "Mən, nənəm, İliko və İllaroin"da Həkim, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da Rüstəm bəy, C.Məmmədquluzadə "Dəli yığıncağı"nda Cinni Mustafa, N.Nərimanov "Nadir şah"da Cavad, N.Həsənzadə "Atabəylər"də Bağban, "Pompeyin Qafqaza yürüşü"ndə Tiqran, Ə.Əsgərov "Qız atası"da Cavad kişi, Mir Cəlal "Dirilən adam"da Hacı Hüseyn, A.Məmmədov "Həmyerlilər"də Yaqub və s. rollar oynayıb. 1987-ci ildə Naxçıvan MR. Əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarına, 2007-ci ildə Prezident Mükafatına layiq görülüb. Hazırda təqaüddədir.
Yusif Alıyev
Yusif İmrayıl oğlu Alıyev (7 aprel 1979, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan alimi, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, fizika elmləri doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru. == Həyatı == Yusif Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini, 2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavriaturasını, 2002-ci ildə həmin universitetinin fizika fakültəsinin magistraturasını "optoelektronika" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən 2019-cu ilədək Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun "Quruluş və quruluş çevrilmələri" laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2011–2013-cü illərdə AMEA-nın Fizika İnstitutunun mətbuat xidməti rəhbəri olmuşdur. 2002–2004-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ehtiyatda olan baş leytenantdır. 2009–2020-ci illərdə Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) müqavilə əsasında imtahan rəhbəri kimi fəaliyyət göstərmişdir. 14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri; 15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ictimai əsaslarla Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi "Ən yaxşı müəllim" müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub.
Yusif Axundzadə
Axundzadə Yusif Yevgeniyeviç (rus. Ахундзаде Юсиф Евгеньевич, 1946, Bakı) — Azərbaycanın Xalq artisti (1998). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin sabiq rəisi. Professor. General-mayor. == Həyatı == 1946-ci il fevralın 6-da Bakı şəhərində anadan olub. 1969-ci ildə fleyta sinfi üzrə Bakı Musiqi Akademiyasını bitirir. Moskvada Qızıl meydanda hərbi paradlarda iştirak edib və Moskvada 1971 və 1983-cü illərdə 1989-ci ildən BMA-nın nəfəsli və zərb alətləri kafedrasında müəllimlik edib. 2008-ci ildə Bakı Musiqi Akademiyası nəfəs və zərb alətləri kafedrasının müdiridir. Əməkdar incəsənət xadimi polkovnik Rüfət Axundzadənin atasıdır.
Yusif Ağayev
Yusif Ağayev (aparıcı) — televiziya aparıcısı Yusif Ağayev (prokuror) — Azərbaycan siyasətçisi, hərbçisi, hüquqşünası, hərbi tarixçisi. O, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi (1991–1992), Qarabağ Qarnizonunun hərbi prokuroru (1992–1996), Tərtər rayonunun prokuroru (1996–2003).
Yusif Babanlı
Yusif Babanlı (tam adı: Babanlı Yusif Məmməd oğlu; 9 aprel 1984, Ordubad rayonu) — professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının ,Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Olimpiya" Boks İdman Klubu Ictimai Birliyinin təsisçisidir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvü olmuşdur. == Həyatı == Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə aprel ayının 9-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1990–2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil almış, 2001–2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005–2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdir. Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir. 2 övladı var. == Təşkilati fəaliyyəti == Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədridir.
Yusif Balasaqunlu
Yusif Balasaqunlu (təxəllüsü Yusif Has Hacib; təq. 1019, Balasaqun, Qaraxanilər dövləti – təq. 1077, Qaşqar, Qaraxanilər dövləti) — orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri, məşhur "Qutadqu-bilik" əsərinin müəllifi. == Həyatı == 1020-ci ildə anadan olmuş 1075-ci ildə vəfat etmişdir. Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Qutadqu-bilik"-"Səadət gətirən elm" ədəbiyyat tariximizdə xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemadır. XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Qaşqarlının müasiri və yerlisidir. Yusif Balasaqunlu türk milliyətinin ən böyük şairidir.Poemanın adını "Səadət biliyi", "Bəxtiyarlıq sənəti","Səadət gətirən elm" "Xoşbəxtliyə aparan elm" kimi çevirmək olar. "Qut" səadət, xoşbəxtlik deməkdir. Yusif Balasaqunlu 1020-ci illər arasında Doğu Türküstanın Balasaqun şəhərində dünyaya gəlib.
Yusif Bayramov
Yusif Bağırov
Yusif Məmməd oğlu Bağırov (20 yanvar 1924, Bakı – 15 avqust 1995, Gəncə) — Azərbaycan teatr və kino rejissoru, Gəncə Dövlət Dram Teatrının quruluşçu (1952–1956) və baş rejissoru (1966–1995), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982). == Həyatı == Yusif Bağırov 20 yanvar 1924-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda alıb. 1941-ci ildə Bakı Teatr Texnikumuna olsa da, cəbhəyə yollanaraq təhsilini yarımçıq qoyur. 1945-ci ildə müharibədən qayıtdıqdan sonra Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov və başqalarından dərs alaraq təhsilinə davam edir. Burada təhsil aldığı müddətdə Ağasadıq Gəraybəylidən səhnə texnikası, Kazım Ziyadan isə səhnə danışıqları istiqamətində məsləhətlər alır. Yusif Bağırov 1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur və buranı 1952-ci ildə başa vurur. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirmiş olduğu Mir Cəlal Paşayevin "Dirilən adam" əsərini tamaşaya hazırlayaraq ilk debütünü həyata keçirir. Yusif Bağırov təhsilini başa vurduqdan sonra fəaliyyətini Gəncə Dövlət Dram Teatrına bağlamış, 1952–1956-cı illərdə teatrın quruluşçu rejissoru, 1966–1995-ci illərdə isə baş rejissoru kimi fəaliyyət göstərmişdir. Yusif Bağırov 1956-cı ildən 1966-cı ilə qədər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib.
Yusif Bağırzadə
Yusif Qəzənfər oğlu Bağırzadə (19 fevral 1961, Kirovabad) — hüquqşünas, politoloq, Azərbaycan Milli Məclisinin I çağırışı deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü (2003–2006). == Həyatı == Yusif Bağırzadə 1961-ci il fevralın 19-da Gəncə şəhərində anadan olmuşdur. Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, özbək və fransız dillərini bilir. Evlidir, 3 övladı var == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 12-də 33 saylı Birinci Nizami (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyası sədrinin müavini olmuşdur. 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir. Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır.
Hacı Mirzə Əliqulu Yusifzadə
Hacı Mirzə Əliqulu Yusifzadə - (1808-?), xəttat, həkim, şair, alim. == Həyatı == Əliqulu Kərbəlayı Yusif oğlu 1808-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Ilk təhsilini atasından almışdı. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" adlı əsərində yazır: "Bu alimü amilü fəqihi-kamil təvəllüd еdibdir Şuşada və əvayili-sinnində tərbiyə tapıb əbəvisi Mirzə Yusif məhrumun və şəhərinin sair ülamalarının hüzurunda, sоnra ikilli təhsil üçün ətəbati-aliyyata müşərrəf оlub. Sеyidi Cəlil və aləmi-Nəbil cənab Hacı Sеyid Kazım Rəşti əl-allah məqamının hüzuri-pürnurlarında təhsilini tamama yеtirəndən sоnra vətəni-əslisi оlan Şuşa şəhərinə müraciət buyurub, əhkami-dini-nübin sеyid əl-Mürsəlin səməlla əlеyhə və məhunun pişrəftandə və çəhərdəh məsumun fəzayil və məqaqibini kəşf еtməkdə хadimi-şəriəti-qurra оlub fəzayili-ali Məhəmməd əlеyüsəlamda nеçə cild kitablar ərəb və fars dilində təsnif buyurub". Mirzə Əliqulu böyük alim və şair idi. Şərq dillərinin əksəriyyətini bilirdi və bu dillərdə sərbəst yazılar ərsəyə gətirirdi. Qasım bəy Zakir Şuşa qazısı Mirzə Əbdülqasım bəy Kəbirliyə bir nеçə həcv yazıb. Özünü böyük alim Hacı Mirzə Əliquludan yüksək tutan qazını qamçılayırdı. Kimdi yanında оnun Əliqulu Əbdürrəhim, Kühi-Əlbürsü yıхar çün tохunan dəm qazı… Hacı Mirzə Əliqulu Yusifzadənin şеirləri ərəb dilində оlduğundan yazımızda vеrməyi gərəkli bilmədik.
Hacı Yusif ağa Muğanlı
Hacı Yusif ağa Muğanlı (1769-1829) — Qarabağ əyanı, divanbəyi, quberniya katibi. == Həyatı == Hacı Yusif ağa Rəhim ağa oğlu 1769-cu ildə Qarabağın Dəmirçihəsənli mahalının Muğanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Şəhərə köçmüş, İbrahimxəlil xan Cavanşirin divanxanasında xidmət etmişdi. Üstün xidmətlərinə görə xandan mülk kimi oba və kənd almışdı. Şuşa şəhəırində və kəndlərdə rəiyyətlərə yiyələnmişdi. Hacı Yusif ağa Muğanlı rus üsul-idarəsi dönəmində divanbəyi işləmişdi. Quberniya katibi mülki çini almışdı. O, 1829-cu ildə vəfat edib.
Hacı Yusifli məhəlləsi
Hacı Yusifli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Məhəllə öz adını məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürüb. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.
Hacı Yusifli məscidi
Hacı Yusifli məscidi — Şuşanın Hacı Yusifli məhəlləsində yerləşir. XVIII-XIX əsrdə tikildiyi güman edilir. Memarı Memar Kərbalayi Səfixan Qarabağidir. == Haqqında == Məscid Şuşanın Hacı Yusifli məhəlləsinin Qasım bəy Zakir və Q. İsmayılov küçələrinin kəsişdiyi nöqtədə tikilmişdir. Hacı Yusifli məhəlləsi Şuşanın qədim məhəllələrindən biridir. Məscid XIX əsrdə Şuşada fəaliyyət göstərən 19 məsciddən biri olmuşdur. Şuşanın məşhur bulaq suyunu xalqın istifadəsinə təqdim edən məscidin yanında Hacı Yusifli bulağı vardır. Hacı Yusifli məscidi Şuşanın digər məşhur abidələrindən olan Yuxarı Gövhər Ağa Məscidi, Aşağı Gövhər Ağa Məscidi, Yeni Məhəllə, Mamay Məscidi, Saatlı Məscidi, Köçərli Məscidi, Ağa Qəhrəman karvansarası, Şirin Su hamamı, Mehmandarovların, Zöhrabbəyovların, Xurşudbanu Natəvanın evləri ilə birlikdə Şuşanın işğalından əvvəl ümumi restavrasiyadan keçmişdilər, lakin 2020 ilinə qədər davam edən işğal bu tarixi əsərlərin böyük təxribat görməsinə səbəb olmuşdur. Məscid Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ən dəyərli abidələri arasında idi. Lakin 30 illik erməni işğalı məscidin böyük ziyan görməsinə səbəb olmuşdur.
Halvaçı Yusif Paşa
Halvaçı Yusif Paşa (ö. 1715) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından xəzinədar kəndxudası olaraq xidmətə alınmışdır. 1691-ci ildə vəzir rütbəsi alaraq Sivas sancaqbəyliyinə gətirildi və Sultan İbrahimin qızlarından Gövhərxan Sultanla nigahlandı. Nigahın ardından kaptan-ı dəryalığa gətirildi. 1693-cü ildə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. Ancaq 1695-ci ildə bilinməyən səbəblə Midilli adasında həbs edildi. 2 illik həbsin ardından paytaxta çağırıldı və 1698-ci ildə taxt naibi oldu. Sultan Əhmədin taxta çıxmasının ardından Rumeli və Anadolunun müxtəlif əyalətlərinə təyin olunan Yusif Paşa 1715-ci ildə son vəzifə yeri olan Trabzonda vəfat etdi.
Hekayəti-Yusif şah
"Aldanmış kəvakib" ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İsgəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Hüseyn Yusifov
Həccac ibn Yusif
Həccac ibn Yusif (1 iyun 661, Taif, Hicaz, Əməvilər xilafəti – 1 iyun 714, Vasit, Əməvilər xilafəti) — Əməvilər xilafətinin sərkərdəsi. == Həyatı == Məsudi "Mürucuz-zəhəb" və İbn əl-Əsirin "əl-Kamilu fit-tarix" kitablarında yazılmışdır: "Elə ki Həccac ibn Yusif İraqın hakimi vəzifəsinə təyin olunaraq öz hakimiyyətinin qərargahı olan Kufəyə daxil oldu, ilk nitqini (müraciətini) bismillahsız, qorxutma, çoxlu hədə ilə başladı və bununla da özünün qaniçən olduğunu göstərdi. Ilk nitqində işlətdiyi cümlələrdən biri də bu idi: "Ey Iraq xalqı! Ey təfriqəçi, nifaqçı və ən pis sifətlərə malik olanlar! And olsun Allaha ki, mən sizin aranızda ucalmış boyunlar və biçilmək vaxtı yetişmiş çoxlu başlar görürəm! Və bu mənim işimdir! Ey Iraq əhalisi! Bilin, and olsun Allaha mən nə sizin səhvinizi bağışlayacağam, nə də sizin üzrünüzü qəbul edəcəyəm."; Sonra göstəriş verdi ki, gərək sizin hamınız şəhərin kənarında toplaşasınız və Bəsrədə hökumət əleyhdarları ilə döyüşən Məhləbə kömək etməyə tələsəsiniz. Hər kəs bu əmrdən boyun qaçırsa, boynunu vuracaq, evini viran edəcəyəm. Üç gün sonra Həccac şəxsən Kufə əhalisinin Bəsrəyə tərəf hərəkətini müşahidə etdiyi vaxt Kufə qəbilələrinin başçılarından olan Ümeyr ibn Zabi adlı bir qoca onun yanına gəlib dedi: Əmir!
Həmid bəy Yusifbəyli
Həmid bəy Yusifbəyli, Yusifbəyov və ya Usubbəyov (13 oktyabr 1873, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – ən tezi 1942, bilinmir) — azərbaycanlı siyasətçi, maarifçi, müəllim. Türk Sosial-Federativ İnqilabi Qeyrət Partiyası, Türk Ədəmi-Mərkəziyyət Partiyasının və Difai Partiyasının Gəncə komitəsinin yaradıcılarından biri. Qeyrət partiyasının sədri. Həm Rusiya İmperiyası həm də Sovet İttifaqı dövründə siyasi fəaliyyətlərinə görə dəfələrlə həbs olunub, sürgün edilib. Son dəfə SSRİ XDİK-ı tərəfindən həbs olunub. 1942-ci ildə sürgün edilməsi qərarı çıxarılıb, lakin ondan sonra taleyi haqqında məlumat yoxdur. Ehtimal edilir ki, həbsxanalarının birində dünyasını dəyişib. Hüquqşünas və saray müşaviri olan Yusif bəy Yusifbəylinin oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri, Müsavat Partiyasının Gəncə Təşkilatının ilk sədri Nəsib bəy Yusifbəylinin qardaşıdır. == Həyatı == === İlk illəri === Həmid bəy Yusifbəyli 1873-cü il oktyabrın 13-də Gəncə şəhərində anadan olub. 1895-ci ildə şəhərdəki Gəncə Kişi Gimnaziyasını bitirdikdən sonra 1898-ci ildən etibarən "Məktəbi-xeyriyyə"də müəllim işləməyə başlayıb.
Həzrəti Yusif (teleserial, 2008)
Həzrəti Yusif (fars. یوسف پیامبر‎, ing. Joseph, the Prophet, ing. Yousuf-e Payambar) – 2008-ci ildə çəkilən İran televiziya serialıdır. Serialda Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ilə görüşməsindən danışılır. Bu film Yusif peyğəmbərin qissəsinə tarixi-dini yanaşmaları əks etdirməklə, qədim Misirin Amarna tarixi dönəmində, IV Amenhotepin (Еxnaton, yaxud Axnatun) hakimiyyəti zamanı baş verən hadisələri canlandırır. Filmin çəkilib başa çatmasından sonra Həzrəti Yusif rolunu canlandıran Mustafa Zəmani TV kanalların mükafatlarını qazanmışdır. "Həzrəti Yusif" teleserialı Türkiyədə "Star TV" və "Kanal 7", Azərbaycanda isə Space TV və "İnterAz TV" kanallarında yayımlanmışdır. "Həzrəti Yusif" serialının istehsal müdiri Mühəmməd Sadiq Azildir. Serialın səs operatoru Əhməd Əmiri, səs rejissoru isə Rza Nərmizadədir.
I Yusifbəyli hökuməti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti. == Zəmin == Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. 1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır. == Tərkibi == 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: == Fəaliyyəti == Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: 1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.
Kamal Yusif oğlu Axundov
Kamal Axundov (tam adı: Axundov Kamal (Hüseyn) Yusif oğlu; 1924 - 1986) — görkəmli azərbaycanlı dövlət xadimi. Azərbaycanın Sumqayıt şəhərinin icra katibi vəzifəsində çalışmışdır. Saray qəsəbəsində anadan olmuşdur. Babası Fətullah əslən İranın Xoy şəhərindəndir. İkinci Dünya Müharibəsi zamanı 18 yaşı tamam olmadığından mərhum qardaşı Hüseynin sənədləri ilə 18 yaşı olduğunu iddia edərək cəbhəyə yollanır. Berlinə qədər getmişdir. Dneprin forslanması əməliyyatı zamanı faşist təyyarəsini yerdən pulemotla güllələyib iki güllə yarası almışdır. Buna görə fərqlənmə və təşəkkür almışdır. Kamal Axundovun Sumqayıt şəhərinin salınmasında müstəsna xidmətləri var. Böyük qardaşı Vəli Axundov Sovet Azərbaycanının rəhbəri olmuşdur.
Közbəkçi Yusif Paşa
Közbəkçi Yusif Paşa (ö. 1678) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Bostançı ocağında yetişdikdən sonra 1662-ci ilin iyulunda bostançıbaşı, 1666-cı ilin mayında Silistrə sancaqbəyi və vəzir oldu. Bu vəzifədə ikən 1667-ci ilin sentyabrında Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından Temeşvar sancaqbəyi, 1670-ci ilin avqustunda Yanova, 1671-ci ilin martında isə Ərzurum bəylərbəyi olub, divan vəzirliyini davam etdirdi. Ardından paytaxta çağrıldı və 1677-ci ilin fevralında İstanbulda taxt naibi təyin edildi. Həmin ilin sonunadək bu vəzifədə qalan Yusif Paşa ardından orduya əsgər toplamaq məqsədilə Rumeliyə göndərildi. Ancaq 1678-ci ildə Vidin yaxınlığında vəfat etdi. == Mənbə == Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
Lalə Yusifova
Lalə Yusifova 16 oktyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın təqaüdçü bədii gimnastıdır. == Karyera == Yusifova 2009-cu ildə azyaşlılar üçün Beynəlxalq yarışlarda iştirak edib. 2010-cu ildə Yeniyetmələr arasında Avropa çempionatında topla hərəkətlərdə gümüş medal qazanıb və qısa müddətdə Minsk qrupunun Minskdə keçirilən 2011 Avropa Gənclər Çempionatında bürünc medal qazanıb. 2012 Bədii gimnastika üzrə Berlində keçirilən "Qran-pri" turnirində iki medal qazanıb. Gürz ilə hərəkətlərin finalında 27,4 xal toplayaraq ikinci, lent ilə kombinasiyanı finalda yerinə yetirəndən sonra isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 2013 Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb. O, təsnifat mərhələsini aşaraq finalda halqa ilə hərəkətlərdə 3-cü olub. Digər finalda - topla o 7-ci, çoxnövçülükdə isə 8-ci yeri tutub. 2014-ün sentyabrın 3-də , hələ 18 yaşı tamam olmamış karyerasını bitirib.
Mikayıl Yusifov
Mikayıl Yusifov (d. 24 aprel 1982, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı sabiq futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Bir neçə Azərbaycan klubu ilə yanaşı xaricdə Türkiyənin "Qartalspor" klubunda da oynamışdır. == Həyatı == Mikayıl Yusifov 24 aprel 1982-ci ildə Bakıda anadan olub. == Ailəsi == Əkiz qardaşı Rafael Yusifov da futbolçu olmuş, amma zədə səbəbindən karyerası tez başa çatmışdır. == Karyerası == Mikayıl dövrünün ən istedadlı qapıçılarından biri hesab olunsa da, karyerası uğurlu alınmamışdır. === Klub karyerası === O, peşəkar futbola "Şəfa"da 1998-ci ildə başlayıb. "Şəfa"da oynadıqdan sonra hərbi xidmətlə əlaqədar MOİK-də çıxış edib. Ardınca, 2005-ci ildə “Xəzər-Lənkəran”a keçib, 2 il Lənkəran təmsilçisinin uğurları üçün çalışıb.
Miri Yusif & Nigar Camal (konsert)
== Konsert haqqında == 22 iyun 2012-ci ildə "Sea Breeze" otelində Miri Yusifin Nigar Camalla birgə keçirilən konserti. Konsertin təşkilatçısı SS Production şirkəti olub.
Miri Yusif bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. == Həyatı == Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Miri Yusif diskoqrafiya
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Miri Yusifin diskoqrafiyası
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Molla Yusif (Mərənd)
Molla Yusif (fars. ملايوسف‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 511 nəfər yaşayır (164 ailə).

Digər lüğətlərdə