Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anar Kazımov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Anar İbrahimov
Anar Adil oğlu İbrahimov (14 avqust 1976, Böyükdüz, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sabiq sədri, Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru, Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədr müavini. == Həyatı == Anar İbrahimov 1976-cı ilin avqust ayının 14-də Naxçıvan rayonunun Böyükdüz kəndində doğulmuşdur. Orta təhsilini 1983–1993-cü illərdə Naxçıvan şəhər Vəli Zeynalov adına 3 nömrəli rus orta məktəbində almışdır. 1993–1997-ci illərdə ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi münasibətlər — Politologiya fakültəsində təhsil almışdır. İxtisasca politoloqdur. 2017-ci ildə Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsində Dövlət İdarəetməsi üzrə magistraturanı bitirmişdir. Anar İbrahimov 1996-cı ildə leytenant rütbəsi almışdır, ehtiyatda olan zabitdir. Anar İbrahimov 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində aparıcı mütəxəssis, 1998-ci ildə həmin komitədə şöbə müdiri vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == Anar İbrahimov 1999–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır. O, 2000–2001-ci illərdə bu vəzifəsinə paralel olaraq Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru vəzifəsini də daşımışdır.
Anar Axundov
Anar Ədalət oğlu Axundov (1975, Bakı) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini == Həyatı və təhsili == 1975-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb. 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib. 2004–2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006–2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub. 2009–2014-cü illərdə "Bank Standart" QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib. 2014–2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub. Ailəlidir, 2 övladı var.
Anar Allahverdiyev
Anar Xanlar oğlu Allahverdiyev (10 mart 1975) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (1997). Məşqçi. Azərbaycan Respublikasının Əməkdar məşqçisi. Azərbaycan Respublikasının əməkdar idman ustası. == Şahmat karyerası == Anar Allahverdiyev 10 mart 1975-ci ildə şahmatçı Xanlar Allahverdiyevin ailəsində anadan olub. 1980-ci ildə — 5 yaşında ikən atası onu şahmatla tanış edib. 9 yaşında olarkən 1-ci şahmat dərəcəsini, 11 yaşında olarkən isə idman ustası namizədi adını almışdır. Uşaqlıqda həm şahmatçı, həm də şəxsiyyət kimi kumiri altıncı dünya çempionu Mixail Botvinnik olub. Anar, müxtəlif yaş kateqoriyalarında dəfələrlə Respublika çempionu olmuş, həmçinin bir sıra açıq turnirlərin qalibi və mükafatçısı olmuşdur. 1994-1998-ci illərdə kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının üzvü olub.
Anar Turan
Anar Turan (tam adı:Anar Əliheybət oğlu Əliyev; 13 oktyabr 1984, Bakı, Azərbaycan) — Azərbaycan jurnalisti, Newsmedia.az, 1875.az xəbər portallarının təsisçisi və baş redaktoru, “Milli Fikir və İnkişaf” İctimai Birliyinin sədri, Xalq TV-nin aparıcısı, “Azəriqaz İstehsalat” Birliyi İctimai Şuranın üzvü, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi. Həsən bəy Zərdabi Mükafatı laureatı. == Həyat və fəaliyyəti == Anar Əliyev 1984-cü ilin 13 oktyabrında Bakı şəhərində doğulub. 2005-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika fakültəsində magistr pilləsini bitirib. 2005-ci ildə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və gənclər siyasəti” ixtisasartırma kursunu bitirmişdir. Anar Turan 2003—2008-ci illərdə “Respublika gəncləri” qəzetində müxbir, xüsusi müxbir, sosial-həyat şöbəsinin müdiri, “Gənclik news” gənclər və idman jurnalında baş redaktorun müavini işləmişdir. 2008-2010-cu ildə “Haqqın nuru” qəzetində işləmişdir. 2011-ci ilə 105-fm-də “Gizli tarixin pıçıltıları” verilişinin müəllifi və aparıcısı olmuşdur. 2012-ci ildən Prezident Administrasiyasının mətbu orqanı olan “Xalq qəzeti”ndə çalışır.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır.
Anar (ad)
Anar — kişilərə verilən şəxsi ad. Bu ad Azərbaycanda daha çox yayılmışdır. Anar (yazıçı) — Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist. Anar Abbasov — Avropa çempionu, qara kəmər ustası, idman ustası. Anar Ağakişiyev — Azərbaycan stilisti, qrimçi. Anar Cəbrayıllı — jurnalist. Anar Heybətov — Azərbaycan teatr və kino aktyoru. Anar Əliyev (müavin) - hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru. Anar Qarazadə — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilən şəhid. Anar Qədirli — jurnalist.
Anar (dəqiqləşdirmə)
Anar (ad)
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır.
Anar Atayev
Anar Axundzadə
Anar Axundzadə (6 iyul 1972, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990–1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakültəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996–1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997–2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000–2005).. == Fəaliyyəti == Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000–2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr müavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
Anar Ağakişiyev
Anar Ağakişiyev (21 iyul 1984, Tbilisi) — Azərbaycan stilisti, qrimçi. == Həyatı == Stilist Anar 21 iyul 1984-cü ildə Gürcüstannın Tiflis şəhərində anadan olub. Uşaqlıqdan rəsm dərnəyində rəssamlığın sirrlərini öyrənməyə başlayıb. 1999-cu ildən saç ustası kimi fəaliyyətə başlayib. Bu illər ərzində make-up sənətinə də yiyələnib. Hər iki sahədə Moskvada xüsusi dərslər alıb. Almaniya, İspaniya və İtaliyada təkminləşdirmə kursları və seminarlarda iştirak edib. Azərbaycanın Ruhi, Aygün Kazımova, Röya Ayxan, Nigar Camal və bir çox mügənnilərin imici üzərində çalışıb. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin core time grupunda müsabiqə iştirakçiları ilə çalışıb.
Anar Babaşov
== Siyahı ==
Anar Bahadurov
Anar Bağırov
Anar Ramiz oğlu Bağırov (19 iyun 1976, Azərbaycan) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı və təhsili == Anar Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Rus, ingilis və türk dillərini bilir. Ailəlidir. Üç övladı vardır. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2014-cü ildən AMEA-nın AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.
Anar Bürcəliyev
Anar Cavadzadə
Anar Cəbrayıllı
Anar Cəfərov
Anar Dosiyev
Anar Dosiyev (Dosiyev Anar Adıgözəl oğlu; d. 1972. Bakı, Azərbaycan SSR, SSRİ) — Türkiyə alimi; Fizika‑riyaziyyat elmləri doktoru (2012), professor (2006). Yaxın Şərq Texniki Universitetinin riyaziyyat kafedrasının professoru. == Həyatı == Dosiyev Anar Adıgözəl oğlu 1972-ci il oktyabrın 10-da Bakıda anadan olub. 1990-cı ildə Novosibirsk Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1993-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) keçirilib və 1995-ci ildə oranı bitirib. 1995-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb. “Li cəbrinin Banaxov təsvirində Teylor spektri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz şöbəsində elmi işə başlayıb. 1998-2001-ci illərdə institutda kiçik elmi işçi, 2002-2004-cü illərdə böyük elmi işçi vəzifələrində işləyib.
Anar Eyvazov
Anar Məhəmmədəli oğlu Eyvazov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi. == Hərbi xidməti == 2023-cü il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat Katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Bu barədə məlumatı Azərbaycan cəmiyyətinə canlı yayında məhz Anar Eyvazov çatdırmışdır. Anar Eyvazov Vətən müharibəsi zamanı mütamadi olaraq brifinqlərdə cəbhədə baş verən hadisələri Azərbaycan cəmiyyətinə bildirib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Eyvazov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 17 sentyabr 2024-cü ildə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyində struktur dəyişikliyi edilərək Mətbuat xidməti ləğv edilmiş və əvəzində Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
Anar Fərəcbəyli
Anar Fərəcov
Anar Heybətov
Anar Mithət oğlu Heybətov (25 sentyabr 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Anar Heydərov
Günel Anarqızı
Günel Anarqızı — Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur. 2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür. 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur. == Ailəsi == 2 qızı var (Sezen Məmmədli, Dəniz Məmmədli). Yazıçı Anarın qızıdır. Akademik Zemfira Səfərovanın qızıdır. Şair Rəsul Rza və şairə Nigar Rəfibəylinin nəvəsidir.
Qırmızı qar (Anar İsmayıl)
Qırmızı Qar — Anar İsmayıl tərəfindən 2016-cı ildə yazılmış tarixi-detektiv altjanrında roman. Roman satışa çıxdığı ilk ayda Qanun nəşriyyatının yayımladığı məlumata əsasən 2017-ci ilin noyabr ayında Azərbaycan Ədəbiyyatı üzrə ən çox satılan kitab olmuşdur. XVII əsrdə Səfəvilər dövlətinin hökmdarı II Şah Abbasın zamanında xalqın şikayətlərini dinləmək üçün müstəsna səlahiyyətləri olan Ədalət Divanı qurulur. Bu Divan insanların şikayətlərini qəbul edir və araşdırmaq üçün bir nəfər şah qulamı və bir nəfər də katib (mirzə) göndərir. Romandakı hadisələr bu araşdırmaların birindən bəhs edir. Vərəsəlik şikayəti ilə bağlı Savə şəhərinə göndərilən qulam Barsoğlu Yunis və mirzə İman Zülqədər mülk bölgüsünü həll etmək istəsələr də tezliklə bir cinayəti ortaya çıxarırlar. Qatili məlum olmayan bu cinayət tam aydınlanmamış başqa qətl hadisələri baş verir. Qədim ipək ticarəti, gizli təşkilatlar, siyasi mübarizələrlə dolu romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır.
Anar Məmmədov (1972)
Anarsia
Meyvə güvəsi (lat. Anarsia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Anarsia lineatella
Zolaqlı meyvə güvəsi (lat. Anarsia lineatella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinin meyvə güvəsi cinsinə aid heyvan növü. == Xarici quruluşu == Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11–14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8–12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6–7 mm olub, qəhvəyi-sarı rəngdədir. == Həyat tərzi == Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir.
Anarxo-primitivizm
Anarxo-primitivizm — sivilizasiyanın mənşəyi və nailiyyətlərinin anarxist tənqididir. Primitivistlər iddia edirlər ki, ovçuluq və yığıcılıqdan əkinçiliyə keçid məcburiyyət, sosial yadlaşma və sosial təbəqələşmə ilə nəticələndi. Onlar deindustrializasiya, əmək bölgüsü və genişmiqyaslı texnologiyaların ləğv edilməsi yolu ilə sivilizasiyanın rədd edilməsinin tərəfdarıdırlar. Anarxo-primitivizmlə yanaşı, primitivizmin bir çox başqa istiqamətləri də var. Teodor Kaçinski kimi bəzi primitivistlər problemin kökünü Sənaye inqilabında görürlər. Digərləri tövhid, yazı, metal alətlərdən istifadənin başlanğıcı kimi sivilizasiyanın müxtəlif qədim nailiyyətlərində görürlər. == Konsepsiyalar == Primitivistlər kənd təsərrüfatının gəlişindən əvvəl insanların sosial, siyasi və iqtisadi bərabərliyin mövcud olduğu kiçik, köçəri kollektivlərdə yaşadıqlarını iddia edirlər. Onların fikrincə, bu kollektivlərdə iyerarxiya yox idi. Primitivistlər hesab edirlər ki, kənd təsərrüfatı bəşəriyyətin əmək bölgüsü və iyerarxiya əsasında yaranan texnoloji proseslərə və mücərrəd güc strukturlarına əbədi bağlı olmasına səbəb oldu. Bəzi alimlər indi qədim insanın nisbi sülh və firavanlıq içində yaşadığına inanırlar.
Anar Vəlizadə (musiqiçi)
Anar Əlizadə (alim)
Anar Əlizadə (23 sentyabr 1951, Bakı - 2012) ― mexanika sahәsindә Azәrbaycan alimi, riya­ziyyat üzrə elmlər doktoru (1986), professor (1990), AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Anar Əlizadə 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. == Əmək fəaliyyəti == Anar Əlizadə 1974-1978-ci ildə qazın emalı və nəqli üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunda mühəndis kimi çalışıb, 1978-1990-cı illərdə isə AEA RMİ XKB-da baş konstruktor vəzifələrini icra edib. == Pedaqoji fəaliyyəti == Anar Əlizadə 1990-2000-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında professor, Azərbaycan Texniki Universitetində Riyaziyyat kafedrasının müdiri, 2000-2010-cu illərdə Elm və Texnika üzrə prorektor, Azərbaycan Dövlət Dəniz Akademiyasının Elm və Beynəlxalq əlaqələr üzrə prorektoru və 2010-2012-ci illərdə Dəqiq elmlər kafedrasının müdiri vəzifələrində çalışıb. == Akademik fəaliyyəti == Anar Əlizadə 1978-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 1986-cı ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1990-cı ildə professor adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Anar Əlizadənin elmi fəaliyyəti əsasən deformasiya olunan bərk cisim me­xani­kası sahəsində nəzəri tədqiqatlara və nəticələrin müxtəlif mühəndis mə­sələ­lərinə tətbiqinə həsr olunub. O, "Mexanika və Maşınqayırma" beynəlxalq jurnalının redak­toru olub. Alim 3 monoqrafiya, 6 kitab, 100-dən çox elmi işin, o cümlədən maşınqayırma sahəsin­də 3 patentin müəllifidir.
Ekspropriativ anarxizm
Ekspropriativ anarxizm (isp. anarquismo expropiador) — Argentina və İspaniyada bəzi anarxist qrupları tərəfindən həyata keçirilən və oğurluq, soyğunçuluq, fırıldaqçılıq və valyuta saxtakarlığını ehtiva edən təcrübəyə verilən addır. Həyata keçirilən quldurluqlar "burjuaziyaya qarşı zəbt" adlanırdı. Bu hərəkat 1920–1935-ci illər arasında zirvəyə çatdı və onun ən məşhur praktikantları arasında Buenaventura Durruti, Fransisko Askaso, Severino Di Ciovanni, Miquel Arkangel Roşinya və Lusio Urtubia var idi. Fransız qeyri-leqalizmindən onunla fərqlənirdi ki, o, həyat tərzi kimi deyil, inqilabi fəaliyyətləri maliyyələşdirmək, anarxist təbliğatını dəstəkləmək və anarxist məhbusların azad edilməsini təmin etmək kimi siyasi məqsədlərə nail olmaq məqsədi daşıyırdı. == Nümunələr == Miquel Arkangel Roşinya və Andres Vazkez Paredes Argentinada olarkən Buenaventura Durruti və Los Solidarios ilə əməkdaşlıq etmişdilər; lakin sonra onlar Sakko və Vanzettinin edamına cavab olaraq Birləşmiş Ştatların maraqlarına qarşı bir sıra bombalı hücumlar təşkil etdilər. Bu kampaniyada məşhur italyan qulduru Severino Di Ciovanni də iştirak etdi. Onlar Antonio Moretti və Visente Moretti ilə birlikdə 1927-ci ilin oktyabrında Buenos-Ayresdəki Rouson xəstəxanasına qarət təşkil etdilər və 141.000 peso məbləğində pul ələ keçirdilər. Tarixçi Osvaldo Bayerin sözlərinə görə, Roşinya bu pulu Argentina valyutasının saxtalaşdırılmasını maliyyələşdirmək üçün istifadə etdi. Moretti qardaşları və Durruti tərəfindən məsləhət görülən üç katalon qarətçi Montevideoda Kambio Messinanı soymağa qərar verdi.
Ekzistensial anarxizm
Ekzistensial anarxizm — Bəzi müşahidəçilər hesab edir ki, ekzistensializm anarxizmin fəlsəfi bazasını təşkil edən ən bir ünsürdür. Anarxist tarixçi Peter Marshall (1946 —) iddia edir ki, "ekzistensialistlərin fərdi, azad seçim və mənəvi məsuliyyətə vurğu etməsi ilə anarxizmin əsas prinsipləri arasında sıx əlaqə var".
Eqoist anarxizm
Anarxo-eqoizm fərdi anarxizmin təsirli formasıdır. Fərdiyyətçi anarxizmin ən qədim tanınmış müdafiəçilərindən biri olan Maks Ştirnerin 1844-cü ildə yazdığı Uniqueness and Property" əsəri anarxo-eqoist fəlsəfəsinin əsas mətnidir. Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey əslində mövcud deyil; "Fərdlər onun reallığıdır." O, mülkiyyəti hüquqlara deyil, gücə və gücə malik olan varlıqlar kimi görür. Stirner eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür.
Fəlsəfi anarxizm
Fəlsəfi anarxizm — anarxizmdə intellektual tənqidə, xüsusən də siyasi hakimiyyətin və hökumətlərin legitimliyinə diqqət yetirən bir düşüncə məktəbi. Amerikalı anarxist və sosialist Benjamin Taker dinc təkamül anarxizmini inqilabi törəmələrdən ayırmaq üçün fəlsəfi anarxizm terminindən istifadə edirdi. Fəlsəfi anarxizm mütləq hər hansı bir hərəkət və ya hakimiyyətin ləğvi istəyini nəzərdə tutmasa da, fəlsəfi anarxistlər hər hansı bir hakimiyyətə tabe olmaq üçün heç bir öhdəlik və ya vəzifəyə inanmırlar və eyni zamanda dövlətin və ya hər hansı bir şəxsin əmr vermək hüququna malik olduğuna təkzib edirlər. Fəlsəfi anarxizm konkret olaraq fərdiyyətçi anarxizmin tərkib hissəsidir. Tədqiqatçı Maykl Friden fərdiyyətçi anarxizmin dörd geniş növünü müəyyən etmişdir. Birinci növ, başqalarına yaxşılıq etməyi nəzərdə tutan "proqressiv rasionalizm" ilə özünüidarəni müdafiə edən Uilyam Qodvin ilə əlaqəlidir. İkinci növ, ən çox Maks Stirnerlə əlaqəli eqoizmdir. Üçüncü növə Herbert Spenserin ilkin proqnozlarında və onun bəzi davamçılarının, məsələn, Uordsvort Donistorp kimi, "dövlətin sosial təkamülün mənbəyində artıqlıq olduğunu" proqnozlaşdırdığı düşüncələrində rast gəlinir. Dördüncü növ eqoizmin zəifləmiş formasını özündə ehtiva edir və sosial əməkdaşlığı bazarın müdafiəçisi kimi izah edir, amerikalı individualist anarxist Benjamin Taker və ekoloq anarxist Henri Devid Toro kimi davamçıları vardır. == Ümumi baxış == === Növləri === Uilyam Qodvin tərəfindən yaradılmış fəlsəfi anarxizm fərdlərdən öz mühakimələrinə uyğun hərəkət etmələrini və hər bir fərdə eyni azadlığı vermələrini tələb edir.
Fərdiyyətçi anarxizm
Fərdiyyətçi anarxizm — fərdi şüur və fərdi marağa heç bir kollektiv orqan və ya dövlət orqanı tərəfindən əngəl törədilməməli olduğunu müdafiə edən anarxizm modeli. Fərdi anarxizm, sosialist, kollektivist və kommunalist hərəkatların ümumi mülkiyyət ideyasına qarşı mülkiyyətin fərdlərin əlində olmasını müdafiə edir. Qodvin xeyriyyəçilik ideyasını müdafiə edərkən hər bir fərdin öz əməyi və əmlakı üzərində fərdi söz sahibi olmaq hüququnu da ifadə edirdi və zamanla hökumətin kiçilməsinə səbəb olacaq mütərəqqi rasionalizmə inanırdı ki, bu da son nəticədə dövlətin ləğvinə səbəb olmalı idi. Bu fəlsəfənin tanınmış adlarından biri olan Maks Stirner həm də ilk fərdiyyətçi anarxistdir. Ştirnerin fəlsəfəsi fərdiyyətçi anarxizmin eqoist formasıdır; Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey yoxdur; "Fərdlər onun reallığıdır." O, mülkiyyəti hüquqlara deyil, gücə malik olan varlıqlar kimi görür. Stirner, mərhəmətsizliyə hörmət ediləcəyi eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür. Boston anarxistləri fərdiyyətçi anarxizmin fərqli, daha az radikal formasını müdafiə edirdilər. Onlar azad bazarları və xüsusi mülkiyyəti dəstəkləyirdilər. Onlar azadlığın və mülkiyyətin qorunmasının şəxsi müqavilələrlə təmin edilməsinin tərəfdarı idilər.
Sintez anarxizm
Sintez anarxizmi, sintezçi anarxizm və ya sintez federasiyaları öz iştirakçılarında müxtəliflik axtaran və anarxizm prinsipləri altında müxtəlif təmayüllü anarxistlərə qoşulmağa çalışan anarxist təşkilatın formasıdır. 1920-ci illərdə bu forma özünün əsas tərəfdarları kimi üç əsas tendensiyanın anarxistləri olan anarxo-kommunistlər, individualist anarxizm və anarxo-sindikalizm tərəfindən formalaşdırıldı. Beynəlxalq Anarxist Federasiyalar ətrafında qruplaşdırılmış anarxist federasiyaların əsas prinsipidir. "Sifətsiz anarxizm " ifadəsinin yaradıcıları Kuba əsilli Fernando Tarrida del Marmol və Rikardo Melladır . 1880-ci illərdə mutualist, fərdiyyətçi və kommunist anarxistlər arasında gedən gərgin mübahisələr onu narahat edirdi. Onların "sifətsiz anarxizm" ifadəsini işlətmələri anarxist meyllər arasında daha çox tolerantlıq nümayiş etdirmək və anarxistlərin nəzəri cəhətdən belə heç kimə qərəzli iqtisadi plan tətbiq etməməli olduqlarını aydınlaşdırmaq cəhdi idi. Sifətləri olmayan anarxistlər ya müəyyən anarxist iqtisadi modelləri səhv olaraq rədd etməyə, ya da bir-birlərini nəzarətdə saxlaya bilmələri üçün onların hamısını məhdud dərəcədə əhatə etmək üçün plüralist mövqe tutmağa meyil edirdilər. Bu anarxistlər üçün iqtisadi seçimlər bütün məcburi hakimiyyətin aradan qaldırılması üçün "ikinci dərəcəli əhəmiyyət kəsb edir" və azad təcrübə azad cəmiyyətin yeganə qaydasıdır. Bu münaqişə tezliklə İspaniyanın hüdudlarından kənarda yayıldı və müzakirələr Parisdəki La Revolte jurnalının səhifələrində öz yerini tapdı. Bu, bir çox anarxistləri Erriko Malatestanın "sadəcə fərziyyələr üzərində çəkişmələr aparmaq bizim üçün doğru deyil" arqumenti ilə razılaşmağa sövq etdi.
Üsyançı anarxizm
Üsyançı anarxizm və ya qiyamçılıq — hədəfləri inqilabi zorakılıq, silahlı mübarizə, hərəkət və təbliğat yolu ilə dövlətin təxribatçı tənqidini irəli sürməkdir. Üsyançı anarxizm həm fərdiyyətçi, həm də daha az dərəcədə sosial anarxizmdən təsirlənir. Bununla belə, Müasir qiyamçı anarxistlərin əksəriyyəti fərdiyyətçi, Eqoizm və ya inqilabdan çox qeyri-qanunilikdən üsyana və akselerasiyaçılığa qədər post-sol anarxist inanclar toplusu ilə əlaqələndirilir.
Anarxiyanın oğulları
Anarxiyanın oğulları (ing. Sons of Anarchy) — Kart Satter tərəfindən yaradılmış ABŞ teleserialı. 3 oktyabr 2008-ci ildən 9 dekabr 2014-cü ilədək FX telekanalında nümayiş olunub. Serial Kaliforniyanın uydurma şəhəri Çarminqdə qanunsuz fəaliyyətlərlə məşğul olan bayker klubundan bəhs edir. Kluba Ceks Teller (Çarli Hannem) rəhbərlik edir.
Anar Məmmədov (20 Yanvar şəhidi)
Anar Məmmədov (polkovnik-leytenant)
Anar İbrahim oğlu Məmmədov (25 aprel 1991, Yarımca, Naxçıvan Muxtar Respublikası) — Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Anar Məmmədov 1991-ci il aprelin 25-də Naxçıvan MR Babək rayonun Yarımca kəndində anadan olub. 1997–2008-ci illərdə Babək rayon Yaqub Seyidov adına Yarımca kənd orta məktəbində təhsil alıb. Ailəlidir, 1 oğlu var. == Hərbi xidməti == Anar Məmmədov orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub. 2012-ci ildə akademiyanı bitirdikdən sonra ilkin zabit "leytenant" hərbi rütbəsi almış və DSX-nin artilleriya bölmələrində xidmətə başlayıb. 2013-cü ildə təhsilini artırmaq məqsədilə Türkiyə Respublikasında Çoxlüləli Reaktiv Artilleriya sisteminin kurslarında iştirak edib. 2015–2018-ci illərdə DSX-nin Çevik Hərəkət Qüvvələrində Bölük komandiri vəzifəsində xidmət edib. 2018-ci ildə xüsusi təyinatlı kursu keçərək DSX-nin "N" saylı Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirib. 2020-ci ildə 44 günlük vətən müharibəsində, 2022-ci ildə sentyabr əməliyyatlarında və 2023-cü ildə Laçın körpü əməliyyatında iştirak edib.
Anar Quliyev (əsgər)
Anar Tağıyev (siyasətçi)
Anar Aqil oğlu Tağıyev (25 mart 1981, Bakı) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı (2019). == Həyatı == Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008–2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010–2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011–2019-cu illərdə isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Ailəsi == Ailəlidir, 3 övladı var.