Hüseyn İsaq oğlu Yusibov (12 iyul 2002; Poylu, Ağstafa, Azərbaycan — 02 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Hüseyn Yusifov | |
---|---|
Hüseyn İsaq oğlu Yusibov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Poylu, Ağstafa, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2021 2020 |
Hüseyn Yusifov 12 iyul 2002-ci il tarixində Ağstafa rayonunun Poylu kəndində dünyaya gəlib.[2][3] 2009-cu ildə Ağstafa rayon Poylu kəndində yerləşən Sirəcəddin Məmmədov adına tam orta məktəbinə gedib. 2014-cü ildən isə 6-sinifdən isə təhsilini Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbində davam etdirib. 2020-ci ildə Hüseyn orta məktəbi bitirib. 2020-ci ildə hərbi xidmətə çağırılmışdır.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hüseyn Yusifov Suqovuşan və Ağdərə döyüslərində savaşıb. 2020-ci il oktyabrın 2-də isə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 88 gün itkin düşmüş sayılan əsgərimizin nəşi dekabrın 26-da aşkarlanıb. Hüseyn Yusifov Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Yusifov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]