YUSİF

Ərəbcə “hüzn” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YURD
YUVA
OBASTAN VİKİ
II Yusif
II Yusif - Ahalsıx paşası, I Aslanın böyük oğlu idi. 1679-cu ildə V Baqratın İmeretiya çarlığını geri almasında köməkçi olmuşdu. 1683-cü ildə isə XI Georginin xahişi ilə IV Aleksandrı İmeretiya taxtına gətirmişdi. Ölümündən sonra yerinə qardaşı Səlim paşa gəldi.
I Yusif
I Yusif - Səfər paşanın oğlu. 12 il paşalıq etmişdir. Mesxetiyanın müsəlmanlaşdırılması işi ilə məşğul olmuşdur. Yerinə Rüstəm paşa gəlmişdir.
Katolikos Yusif
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Yusif
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.
Yusif Salman Yusif
Yusif Salman Yusif (ərəb. يوسف سلمان يوسف‎; təxəllüsü Fahid (ərəb. فهد‎; 19 iyul 1901, Bağdad – 14 fevral 1949, Bağdad) — İraq inqilabçısı. Yusif Salman 1904-cü ildə Bağdadda kasıb, lakin nisbətən tə'min olunmuş ailədə doğulmuşdur. Onun atası bütün uşaqlarının təhsil almasına çalışırdı. Lakin Yusif Bağdadda ancaq ibtidai məktəbi qurtardı. Atası öldü, işləməyə getməyə məcbur oldu. Bu hadisə 1917-ci ilə Rusiyada Böyük Oktyabr sosialist inqilabı baş verdiyi, İraqda isə türk müstəmləkəçilərinin yerinə ingilis müstəmləkəçilərinin gəldiyi zamana təsadüf etmişdi. Bağdadda Britaniya qoşunlarının komandanı general Mod çıxış edərək demişdi: "Biz bura istilaçı kimi yox, xilaskar kimi gəlmişik". Lakin tezliklə iraqlılara aydın oldu ki, bu sözlər alçaq boşboğazlıqdan başqa bir şey deyil.
III Yusif
III Yusif atasından sonra paşa olmuşdu. 1744-cü ildə II İrakli tərəfindən məğlub edilərək öldürülmüşdür. Yerinə qardaşı Hacı Əhməd paşa keçmişdir.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Mirzə Yusif
Mirzə Yusif Qarabaği
Qara Yusif
Qara Yusif və ya Əbu Nəsr Qara Yusif Noyon ibn Məhəmməd Barani (tam adı : Cəmaləddin Qara Yusif ibn Məhəmməd), 1355, Ərciş — 13 noyabr, Təbriz, Saidabad — Qaraqoyunlu Tayfa ittifaqı başçısı (1388-1420) Qaraqoyunlu dövlətinin 2-ci sultanı (1418-1420), Azərbaycan şahı, Əcəm padşahı, dövlət xadimi və sərkərdə. Qaraqoyunlu tayfa birliyinin 2-ci baçısı Qara Məhəmmədin oğlu. Qaraqoyunlu Azərbaycan dövlətinin yaradıcısıdır. Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar, lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII–IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar.
Sami Yusif
Sami Yusif (21 iyul 1980, Tehran) — Azərbaycan əsilli britaniyalı müğənni, bəstəkar, əsasən islami mahnılar müəllifi və ifaçısı. Sami Yusuf, Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçilər. Doğuşdan musiqilə güclü bir bağa malikdir; imtiyazlı bir musiqi mənşəyinə əlavə olaraq Dünyanın ən prestijli musiqi institutlarında biri olan Londondakı The Royal Academy of Music də daxil olmaq üzrə bir çox tanınmış bəstəkarlar musiqi təhsili almışdır. "Musiqi onun taleyi" sözü sürpriz olmayan, inamla reallaşacaq bir öngörüydü. Sami, çox kiçik yaşda piano, skripka, tar, Tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrəndi. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış oldu. İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq vəziyyətə qədər gəldi. Albom yalnız 3 milyonun üzərində satılmaqla qalmadı ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir takipçi kütləsi qazandırdı. Pərəstişkarları arasındakı gənclər, gözəl və xoşuna gələn ədəbiylə təsirləndikləri Saminin gördükləriylə ona bir lider kimi qibtə edirlər. Pərəstişkarları Saminin musiqisinin onların həyatlarını daha yaxşıya doğru dəyişdiyini söyləməkdən də çəkinməməktələr.
Soltan Yusif
Yusifov Soltan Sərdar оğlu (Soltan Yusif) (1935-2003) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Soltan Yusif 29 noyabr 1935-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olub. Erkən yaşlarından eşitmək qabiliyyəti itirib. Kərimbəyli kənd 7 illik orta məktəbi bitirib, bir müddət kənddə qalıb kolxozda işlədikdən sonra Bakıya gələrək karlara məxsus axşam fəhlə-gənclər məktəbinin 8-ci sinfində təhsilini davam etdirib, gündüzlər çəkmə tikməklə məşğul olaraq axşamlar dərsə gedib. Atasının vəfat etməsi, böyük qardaşının hərbi xidmətdə olmağı və sonra Neft Sənaye İnstitutunda oxumağı, anası Güllər xanımın evdar qadın olması onu işləmək məcburiyyəti qarşısında qoyub. Bununla belə 8-ci sinifdə dərslərindən əla qiymətlər aldığı üçün yanvar imtahanından sonra komissiyanın qərarı ilə onu 8-ci sinifdən 10-cu sinifə keçiriblər. Dərsliklər ayrı, fənnlər ayrı olsa da, çətinliyə baxmayaraq, o, əlaçı olaraq qalıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun qiyabi Mədəni-maarif şöbəsinə verib. Texnikumu bitirəndən sonra Karlar cəmiyyətinin Bakı şəhər şöbəsinin sədri, Azərbaycan Karlar Cəmiyyətinin mərkəzi idarə heyətinin sədri, sədr müavini, direktor müavini, direktoru, hüquqşünası vəzifələrində işləyib, özünün təşəbbüsü ilə nəşrə başlamış cəmiyyətin orqanı "Bizim həyat" qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru olub. Soltan Yusifin 7 şeirlər və poemalar kitabı nəşr edilib, şeirlərinin çoxu müxtəlif dillərə çevrilib.
Tofiq Yusif
Tofiq Yusif (azərb. Hüseynov Tofiq Yusif oğlu‎; 5 aprel 1950, Xoruzlu, Mirbəşir rayonu – 29 noyabr 2021, Tərtər) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatı, "Yeni Tərtər" qəzetinin redaktoru (2005–2021) Tofiq Yusif 5 aprel 1950-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1957–1960-cı illərdə Xoruzlu kənd orta məktəbində oxuyub. Orta məktəbi Dərələyəz mahalının Qovuşuq kəndində medalla bitirib. 1967–1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyaraq mühəndis-elektrik, 1981–1983-cü illərdə Marksizm-Leninizm İnstitutunun fəlsəfə şöbəsində oxuyaraq ali siyasi təhsil alıb. 1970–1975-ci illərdə müəllim işləyib. 1977–1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib. Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarına nümayəndə seçilib. Tərtər bələdiyyəsinin üzvüdür.
Yusif Ələsgərov
Əli Yusif
Əli Yusifzadə, Əli Yusif (tam adı: Yusifzadə Əli Cəlal oğlu; 1 yanvar 1900, Şuşa – 18 avqust 1937, Daşkənd) — Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmağı və yazmağı bacaran görkəmli mütəfəkkir, repressiya qurbanı. Əli Cəlal oğlu Yusifzadə 1900-cü ilin yanvarın 1-də Şuşa şəhərində doğulub. Yusifzadələr ailəsi Şuşanın sayılıb-seçilən nəsilindən olub. Soyadlarını da İbrahim xanın sarayında işləmiş Mirzə Yusifin adıdan alıblar. Mirzə Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları Mirzə Ələkbər və Mirzə Abbas da şair və alim kimi tanınıb. Mirzə Ələkbərin Cavad, Cəlal, Camal, Cabbar, Səttar, Münəvvər və Sitarə adlı övladları olub. Onlardan Cəlal, Camal, Səttar müəllimlik edib. Ağaəlinin atası Cəlal qadaşlarından bədii, elmi yaradacılıqda, pedaqoji və ictimai-siyasi işlərdə fəallığı ilə seçilib. Əli Yusifin ziyası Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra daha da parlayır. Atası — hamının hörmət etdiyi maarifçi-ziyalı Mirzə Cəlal onu uşaqlıqdan çox savadlı şəxs kimi yetişdirmişdi.
Yusif Məddah
Yusif Məddah (az-əbcəd. یوسف مداح‎) — Azərbaycan şairi. O, "Vərqa və Gülşa" əsəri ilə məşhurdur. Onun həyatı haqqında çox az şey məlumdur, lakin onun XIV əsrin əvvəllərində yaşadığı təxmin edilir. Məddah yaxşı təhsil almış, Azərbaycan, ərəb və fars dillərini mükəmməl bilirdi. Onun ən məşhur əsəri ərəb xalq nağılı əsasında yazılmış, 1,700-ə yaxın beytdən ibarət və əruz vəznində olan "Vərqa və Gülşa" məsnəvisidir. Məddahın "Vərqa və Gülşa"dan başqa "Xamuşnamə", "Dastan-ı İblis əleyhüllanə" və "Məqtəl-i Hüseyn" kimi əsərləri var. Şair əsasən Yusif Məddah təxəllüsündən istifadə etmişdir. Buna baxmayaraq, onun digər təxəllüsləri arasında "Yusifi" və "Yusuf-i Məddah" da var. Türk alim İ. Hikmət onun adını Yusifi Məddah kimi təqdim edir.
Yusif Əhmədzadə
Yusif Əhmədzadə (XIX əsr, Göyçay – 26 iyul 1938, Bakı) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Yusif Əhmədzadə Ticarət və Sənaye İttifaqının sədr müavini olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, ticarət-sənaye ittifaqından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. 1919 ilin fevralında ingilislər tərəfindən Batumidə həbs edilmiş Nuru Paşanı xilas etmək lazım idi. Bu mövzuda müxtəlif versiyalar irəli sürülməkdədir. Bu versiyaların birində qeyd olunur ki, İbrahim bəy Heydərov və silahdaşları Nuru paşanın xilasını çətinliklə də olsa təşkil etməyi bacarmış və onu azad edib Bakıya gətirmişdilər. Bu işin əsas təşkilatçısı isə Azərbaycan Parlamentinin üzvü Əhmədzadə idi. O, otuzuncu illərdə repressiyaya məruz qalmış, həbs olunaraq güllələnmişdi.
Dəli Yusif
Dəli Yusif filmi rejissor Ətif Yılmaz tərəfindən 1975-ci ildə ekranlaşdırılmışdır. Döyüş, macəra, sevgi janrında olan bu film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Cüneyt Arkın, Zərrin Arbaş, Qədir Qoru, Əli Şən, Ərol Kəsgin ifa edirlər. == Məzmun == Film kəndlilərə əziyyət edən, camaatın evini əlindən alan Abbas və cüssəli, dəli Yusifin oğlu Əlinin mübarizəsindən bəhs edir == Festivallar və mükafatlar == Antalya Film Festivalı. Ən yaxşı rejissor. Qızıl Portağal mükafatı — Ətif Yılmaz Antalya Film Festivalı. Ən yaxşı film.
Qisseyi-Yusif
"Qisseyi-Yusif" və ya "Yusif" dastanı — Qul Əlinin müəllifi olduğu əsər. Türkdilli bədii fikir tarixində "Yusif və Züleyxa" mövzusunu ilk dəfə qələmə alan şəxs məhz XIII əsrdə yaşamış Qul Əlidir. "Qisseyi-Yusif" maraqlı bir türkcədə yazılmışdır. Əsərdə oğuz, qıpçaq və qarluq türkcələrinin qovuşmasından, sintezindən ibarət qarışıq bir türkcə hakimdir. Onun konkret olaraq türk dilinin hansı qoluna və budağına aid olduğunu müəyyənləşdirmək çətindir. Burada oğuz türkcəsinin dil və üslub xüsusiyyətləri də qabarıq şəkildə özünü büruzə verir. Əsərin müəllifi Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair əsərin sonunda özü haqqında belə yazır "Bunu düzən zəif bəndə, adı Əli Yarlığağıl, əya rəhim, asi qul Yigirmi dörd rəqəm içrə saldı yılı Rəhmətindən mehribanlıq umar imdi." Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb.
Yusif Yılmaz
Yusif Yılmaz (1978, Güneysu[d], Rizə ili) — Türk alim, professor, həkim və Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru. Yusif Yılmaz 1978-ci ildə Rizə ilinin Güneysu ilçəsində anadan olub. 1996-2002-ci illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsil alıb. 2002-ci ildə Uludağ Universitetinin Tibb fakültəsinə qəbul olub. 2007-ci ildə məzun olduqdan sonra daxili xəstəliklər uzmanı adını alıb. 2008-ci ildə Mərmərə Universitetinin Tibb Fakültəsinin Qastroenterologiya kafedrasında subixtisas təhsilinə başlayıb. 2011-ci ildə məzun olaraq qastroenterologiya uzmanı adını alıb. Həmin il dosent imtahanını uğurla verən Yusif Yılmaz 2012-ci ildə Mərmərə Universitetinin Tibb Fakültəsində işə başlayıb. 2022-ci il iyulun 8-də Rəsmi Qəzetdə dərc olunan Prezidentin sərəncamı ilə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru vəzifəsinə təyin edilib. Webometrics 2006 məlumatlarına görə, Dr.
Yusif paşa
Qoca Yusif Paşa
Əbu Yusif
Əbu Yusif (ərəb. أبو يوسف‎, d.731 - ö.798) — Sünni fiqh məktəbinin yetirmələrindən İslam dünyasının məşhur alimlərindəndir. Yaqub ibn Yəsar əl-Ənsari Hənəfi məzhəbinin imamı Əbu Hənifədən sonrakı böyük hənəfi fəqihidir. İraq bölgəsinin fəqihi qəbul edilən Yaqub 113/731-ci ildə Kufədə doğulmuşdur. Yusif adlı bir oğlu olduğu üçün Əbu Yusif (Yusifin atası) ləqəbi ilə tanınmışdır. Ailəsi yoxsul olmuş, Əbu Hənifənin köməkliyi ilə elm öyrənməyə başlamışdır. Əta ibn əs-Saib, Məhəmməd ibn İshaq ibn Yəsar və Leys ibn Sad kimi böyük hədis alimlərindən hədis öyrənərək hədis hafizi olmuşdur. Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi, Yahya ibn Səid əl-Aməş kimi fəqihlərdən dərs almışdır. İbn əbu Ləvlanın əhəmiyyətli fiqhi problemlərin həlli zamanı Əbu Hənifənin ictihadlarından istifadə etdiyini gördükdə ondan ayrılaraq Əbu Hənifənin dərslərində davamlı olaraq iştirak etməyə başlamışdır. Onun üsulundan istifadə edərək "mütləq müctəhid" məqamına yüksəlmişdir.
Yusif Əlizadə
Əlizadə Yusif Ənvər oğlu - azərbaycanlı rəssam. Yusif Əlizadə 1964-cü il yanvarın 16-da Naxçıvan şəhərində anadan olmuşdur. O, qrafik və rəngkarlıq sahəsində bir çox əsərin müəllifidir. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəssamlıq fakültəsinə daxil olur. 1983-də məktəbi bitirir, 1985-ci ildə isə Azərbaycan Dövlət Rəssamlıq Universitetinin rəssamlıq fakültəsinə daxil olur. 1991-ci ildə Universiteti "fərqlənmə diplomu" ilə bitirir. O vaxtdan bu günə qədər bir sıra beynəlxalq sərgidə iştirak etmişdir. 1993-cü ildən Rəssamlıq Akademiyasının dossentidir.
Yusif Bunyatov
Yusif Bünyatov — azərbaycanlı voleybolçu və Azərbaycan millisinin üzvüdür. == Həyatı == Yusif Bunyatov 3 avqust 2004-cü ildə Bakıda anadan olub. Təhsili və İlk Addımları: O, voleybola maraq göstərərək uşaqlıqdan bu idman növü ilə məşğul olmağa başlayıb. Bunyatovun voleybol sahəsində ilk addımları Bakıdakı idman məktəblərində olub. == Peşəkar karyerası == Yusif Bunyatov Azərbaycan voleybol klublarında oynayıb və uğurlu çıxışları ilə tanınıb. O, həm hücumçu, həm də müdafiəçi kimi bacarıqlı oyunçudur. Milli Komanda: Bunyatov Azərbaycan milli voleybol komandasının üzvüdür və beynəlxalq yarışlarda ölkəsini təmsil edir. Onun milli komandadakı çıxışları Azərbaycan voleybolunun inkişafına və tanınmasına töhfə vermişdir. == Xüsusiyyətləri və bacarıqları == Yusif Bunyatovun hündür boyu və güclü sıçrayış qabiliyyəti onu həm hücumda, həm də blokda effektiv oyunçu edir. Oyun Stili: O, sürətli və taktiki düşüncəli oyun tərzi ilə seçilir, bu da onu komandasının əvəzolunmaz üzvünə çevirir.
Yusif Qədimov
Yuzef İslam oğlu Qədimov (7 yanvar 1928 – 8 yanvar 2012) — Azərbaycan memarı, Şərq Ölkələrinin Beynəlxalq Arxitektura Akademiyasının üzvü, Azərbaycan Respublikasının əməkdar memarı (2007). == Həyatı == Yuzef İslam oğlu Qədimov 7 yanvar 1928-ci ildə anadan olmuşdur. 1953-cü ildə Moskva Arxitektura İnstitutunu bitirmiş, həmin ildən Azərbaycan Dövlət Layihə İnstitutunda arxitektor və baş arxitektor vəzifələrində işləmişdir. 1984–1989-cu illərdə Bakı Yaşayış Evlərinin Layihələndirmə İnstitutunun ("Bakıdövlətşəhərlayihə") baş memarı işləmişdir. Bu müddətdə o, Heydər Əliyev adına idman-konsert kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin binasının, Azərbaycanın Partiya Arxivi və Partiya Tarixi İnstitutunun binasının, Nəsimi Rayon Partiya Komitəsinin, Aktyor Evinin, "Bakı Soveti" (hazırkı "İçərişəhər") metrostansiyasının layihə müəllifi və memarı olub. Eyni zamanda o, Bakıda Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun abidələrinin, Ağdamda Natəvanın qəbirüstü abidəsinin, Qazax rayonunun Şıxlı kəndində Vidadinin, Şuşada Vaqifin abidəsinin müəllifi və memarı olub. Yuzef 25 dekabr 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adına layiq görülmüşdür. Yuzef Qədimov 2012-ci il yanvarın 8-də 84 yaşında dünyasını dəyişib.
Yusif Bolat
Yusif Memət oğlu Bolat (krımtat. Yusuf Memet oğlu Bolat, Юсуф Мемет огълу Болат; 3 (16) mart 1909, Aluşta – 22 oktyabr 1986, Daşkənd) — Sovet Krım tatar yazıçısı, dramaturq və publisist, Özbəkistanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Yusif Memət oğlu Bolat Aluştada anadan olub. Kənd məktəbini bitirib. Yalta Tatar Pedaqoji Texnikumunda təhsil alıb, Yalta vilayət komsomol komitəsində işləyib. 1931-ci ildə Krım Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, daha sonra aspiranturada təhsil almışdır. Müharibələrarası dövrdə Krım Dövlət Tatar Dram Teatrının səhnəsində Bolatın yeddi pyesi tamaşaya qoyulub. 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1937-ci ildə Krım Yazıçılar İttifaqının iclasında o, məruzə ilə çıxış edərək, digər məsələlərlə yanaşı, Krım yazıçılarının yaşlı nəslinin sovet ölkəsinin mənafeyinə xəyanət etdiyini, sovet sisteminə nifrət və oxucuları bu cür ruhda tərbiyə etdiyini bildirib. Ardınca bir sıra yazıçılar, o cümlədən İrqat Qədir həbs edilib.
Dəli Yusif (film, 1975)
Dəli Yusif filmi rejissor Ətif Yılmaz tərəfindən 1975-ci ildə ekranlaşdırılmışdır. Döyüş, macəra, sevgi janrında olan bu film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Cüneyt Arkın, Zərrin Arbaş, Qədir Qoru, Əli Şən, Ərol Kəsgin ifa edirlər. == Məzmun == Film kəndlilərə əziyyət edən, camaatın evini əlindən alan Abbas və cüssəli, dəli Yusifin oğlu Əlinin mübarizəsindən bəhs edir == Festivallar və mükafatlar == Antalya Film Festivalı. Ən yaxşı rejissor. Qızıl Portağal mükafatı — Ətif Yılmaz Antalya Film Festivalı. Ən yaxşı film.
Elman Yusifov
Elman Fərhad oğlu Yusifov (20 oktyabr 1959, Qaracallı, Qubadlı rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. == Bioqrafiya == Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999–2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983–1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984–1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B. Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008–2010-cu illərdə "AzGerneft" müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir.
Elxan Yusifov
Evlilərin kitabı (Yusif Qulami)
Evlilərin kitabı — Yusif Qulaminin sosioloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi məsələləri üzrə mütəxəssis və psixoloq Dr. Yusif Qulaminin 14 illik araşdırma, rəy sorğusu və konsultasiya nəticəsində yazdığı bu kitab əksər evlilərin qarşılaşdığı, lakin həya hissinin və ya məlumat azlığının bu barədə kiminləsə danışmaq icazəsi vermədiyi məsələləri əhatə edir. Kitabda qadınlarda cinsi istəksizlik probleminin psixoloji amilləri və onun müalicəsi, ər-arvad arasındakı cinsi məsələlərə münasibətdə yanlış təsəvvürlərin araşdırılması, seksual həzzin düzgün təmin edilməsi yolları və s. kimi məsələlərə aydınlıq gətirilir.
Fikrət Yusifov
Fikrət Hüseyn oğlu Yusifov (20 avqust 1957, Danzik, Noraşen rayonu) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının maliyyə naziri (1994–1999), "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri. == Həyatı == Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də Naxçıvan MR-in Şərur rayonunun Danzik kəndində ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi bitirmiş və həmin ildə də Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuş, sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirmişdir. Nazirliyin büdcə idarəsində baş iqtisadçı, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. Ailəlidir, dörd övladı vardır. == Elmi fəaliyyəti == Nazirlikdə işlədiyi müddətdə təhsilini qiyabi aspirantura şöbəsində davam etdirərək 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya müdafiəsindən sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir. 2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir.
Fərhad Yusifov
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri. == Həyatı == Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb.
Fərhad Yusifov (aktyor)
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri. == Həyatı == Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb.
Fərhad Yusifov (alim)
Fərid Yusifli
Fərid Yusifli (20 fevral 2002, Azərbaycan) — Azərbaycan Premyer Liqasında çıxış edən Turan Tovuz klubunun yarımmüdafiəçisi. == Karyerası == === Neftçi === Neftçinin heyətində ilk matçına 20 sentyabr 2020-ci ildə keçirilən Qarabağ-Neftçi matçının 90+2-ci dəqiqəsində çıxıb. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb. Neftçidə ilk dəfə 90 dəqiqə meydanda 9 aprel 2022-ci ildə keçirilən Şamaxı-Neftçi matçında qalıb. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb. 2024-cü ilin avqustunda "Neftçi" ilə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib və futbolçu klubdan ayrılıb. Yusifli bundan sonra 2020–2024-cü il sezonunda icarə əsasında oynadığı Turan Tovuz klubu ilə 3 illik müqavilə imzalayıb.
Fərid Yusifoğlu
Fərid Yusifoğlu — vizual effekt mütəxəssisi (VFX Supervisor) == Həyatı == Fərid Yusifoğlu 1983-cü il avqust ayının 3-də Mingəçevir şəhərində anadan olub. 2005-ci ildə İqdisad universitetinin Türk Dünyası İşlətmə fakultəsini bakalavr dərəcəsində bitirib. Reklam üçün animasiyalar hazirlamaqla başlayan 'freelancer' iş həyatı, peşəkar animatorluqla əvəz olunur. 3D və Matte Painting həvəsi sonradan filmlərə tədbiq olunur. Rejissor Samir Kərimoğlu-nun 'Sirat Körpüsü' filmi ilə başlayan filmoqrafiya siyahısı artıq 6 film ilə sıranı artırır. Hal hazırda 'Samir Kərimoğlunun "Mən Evə Qayıdıram" filmində VFX supervayzer vəzifəsində debütə imza atır. Ən son işi tanınmış Azərbaycanın tanınmış rejissoru Fikrət Əliyevin "Polkovnikin xəzinəsi" filmi olub. Filmdə həm Vizual Effekt Supervayzer kimi həm də Matte Paint Artist kimi çalışmışdır. Son zamanlar Azərbaycan kinomatoqrafiyasının inkişafı Vizual Effektlər industriyasına da təsir edib. Bir çox işlərdə yeniliklər tələb etdiyi üçün yeni texnologiyaların kinomatoqrafiyada tədbiqi də başlanıb.
Fərəc Yusifbəyli
Fərəc Adil oğlu Yusifbəyli (19 sentyabr 1956) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin II çağırış üzvü. == Həyatı == Fərəc Yusifbəyli 19 sentyabr 1956-cı ildə anadan olmuşdur. 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1979-cu ildə Babək rayonu Yuxarı Ozanoba kənd orta məktəbində müəllim olaraq çalışmağa başlamışdır. Daha sonra eyni məktəbdə riyaziyyat müəllimi olaraq işləməyə davam etmişdir. == Siyasi fəaliyyəti == Fərəc Yusifbəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədr müavini və Babək Rayon Təşkilatının sədri olmuşdur. Fərəc Yusifbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq 2000-ci il Naxçıvan Ali Məclisinə seçkilərə 23 saylı Şıxmahmud seçki dairəsindən qatılmışdır. Seçkiləri birinci tamamlayaraq II çağırış Naxçıvan Ali Məclisinin deputatı seçilmişdir. Fərəc Yusifbəyli 2004 tarixində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunsa da partiya rəsmi qeydiyyata 2005-ci ilin avqust ayında qeydiyyata alındığı üçün çağırış sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü sayılmışdır.
Hacı Mirzə Əliqulu Yusifzadə
Hacı Mirzə Əliqulu Yusifzadə - (1808-?), xəttat, həkim, şair, alim. == Həyatı == Əliqulu Kərbəlayı Yusif oğlu 1808-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Ilk təhsilini atasından almışdı. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" adlı əsərində yazır: "Bu alimü amilü fəqihi-kamil təvəllüd еdibdir Şuşada və əvayili-sinnində tərbiyə tapıb əbəvisi Mirzə Yusif məhrumun və şəhərinin sair ülamalarının hüzurunda, sоnra ikilli təhsil üçün ətəbati-aliyyata müşərrəf оlub. Sеyidi Cəlil və aləmi-Nəbil cənab Hacı Sеyid Kazım Rəşti əl-allah məqamının hüzuri-pürnurlarında təhsilini tamama yеtirəndən sоnra vətəni-əslisi оlan Şuşa şəhərinə müraciət buyurub, əhkami-dini-nübin sеyid əl-Mürsəlin səməlla əlеyhə və məhunun pişrəftandə və çəhərdəh məsumun fəzayil və məqaqibini kəşf еtməkdə хadimi-şəriəti-qurra оlub fəzayili-ali Məhəmməd əlеyüsəlamda nеçə cild kitablar ərəb və fars dilində təsnif buyurub". Mirzə Əliqulu böyük alim və şair idi. Şərq dillərinin əksəriyyətini bilirdi və bu dillərdə sərbəst yazılar ərsəyə gətirirdi. Qasım bəy Zakir Şuşa qazısı Mirzə Əbdülqasım bəy Kəbirliyə bir nеçə həcv yazıb. Özünü böyük alim Hacı Mirzə Əliquludan yüksək tutan qazını qamçılayırdı. Kimdi yanında оnun Əliqulu Əbdürrəhim, Kühi-Əlbürsü yıхar çün tохunan dəm qazı… Hacı Mirzə Əliqulu Yusifzadənin şеirləri ərəb dilində оlduğundan yazımızda vеrməyi gərəkli bilmədik.
Hacı Yusif ağa Muğanlı
Hacı Yusif ağa Muğanlı (1769-1829) — Qarabağ əyanı, divanbəyi, quberniya katibi. == Həyatı == Hacı Yusif ağa Rəhim ağa oğlu 1769-cu ildə Qarabağın Dəmirçihəsənli mahalının Muğanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Şəhərə köçmüş, İbrahimxəlil xan Cavanşirin divanxanasında xidmət etmişdi. Üstün xidmətlərinə görə xandan mülk kimi oba və kənd almışdı. Şuşa şəhəırində və kəndlərdə rəiyyətlərə yiyələnmişdi. Hacı Yusif ağa Muğanlı rus üsul-idarəsi dönəmində divanbəyi işləmişdi. Quberniya katibi mülki çini almışdı. O, 1829-cu ildə vəfat edib.
Hacı Yusifli məhəlləsi
Hacı Yusifli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Məhəllə öz adını məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürüb. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.
Hacı Yusifli məscidi
Hacı Yusifli məscidi — Şuşanın Hacı Yusifli məhəlləsində yerləşir. XVIII-XIX əsrdə tikildiyi güman edilir. Memarı Memar Kərbalayi Səfixan Qarabağidir. == Haqqında == Məscid Şuşanın Hacı Yusifli məhəlləsinin Qasım bəy Zakir və Q. İsmayılov küçələrinin kəsişdiyi nöqtədə tikilmişdir. Hacı Yusifli məhəlləsi Şuşanın qədim məhəllələrindən biridir. Məscid XIX əsrdə Şuşada fəaliyyət göstərən 19 məsciddən biri olmuşdur. Şuşanın məşhur bulaq suyunu xalqın istifadəsinə təqdim edən məscidin yanında Hacı Yusifli bulağı vardır. Hacı Yusifli məscidi Şuşanın digər məşhur abidələrindən olan Yuxarı Gövhər Ağa Məscidi, Aşağı Gövhər Ağa Məscidi, Yeni Məhəllə, Mamay Məscidi, Saatlı Məscidi, Köçərli Məscidi, Ağa Qəhrəman karvansarası, Şirin Su hamamı, Mehmandarovların, Zöhrabbəyovların, Xurşudbanu Natəvanın evləri ilə birlikdə Şuşanın işğalından əvvəl ümumi restavrasiyadan keçmişdilər, lakin 2020 ilinə qədər davam edən işğal bu tarixi əsərlərin böyük təxribat görməsinə səbəb olmuşdur. Məscid Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ən dəyərli abidələri arasında idi. Lakin 30 illik erməni işğalı məscidin böyük ziyan görməsinə səbəb olmuşdur.
Hekayəti-Yusif şah
"Aldanmış kəvakib" ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İsgəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Hüseyn Yusifov
II Yusif Tamğaç xan
Yusif bin Məhəmməd xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1180. ildə atası III Məhəmməd Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Yusifbəyli hökuməti
II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti. == Zəmin == 22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi. == Tərkibi == 1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. == Fəaliyyəti == Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı. 1920-ci ilin əvvəllərində Şimali Qafqaz və Dağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı.
I Yusifbəyli hökuməti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti. == Zəmin == Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. 1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır. == Tərkibi == 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: == Fəaliyyəti == Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: 1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.
Kamal Yusif oğlu Axundov
Kamal Axundov (tam adı: Axundov Kamal (Hüseyn) Yusif oğlu; 1924 - 1986) — görkəmli azərbaycanlı dövlət xadimi. Azərbaycanın Sumqayıt şəhərinin icra katibi vəzifəsində çalışmışdır. Saray qəsəbəsində anadan olmuşdur. Babası Fətullah əslən İranın Xoy şəhərindəndir. İkinci Dünya Müharibəsi zamanı 18 yaşı tamam olmadığından mərhum qardaşı Hüseynin sənədləri ilə 18 yaşı olduğunu iddia edərək cəbhəyə yollanır. Berlinə qədər getmişdir. Dneprin forslanması əməliyyatı zamanı faşist təyyarəsini yerdən pulemotla güllələyib iki güllə yarası almışdır. Buna görə fərqlənmə və təşəkkür almışdır. Kamal Axundovun Sumqayıt şəhərinin salınmasında müstəsna xidmətləri var. Böyük qardaşı Vəli Axundov Sovet Azərbaycanının rəhbəri olmuşdur.
Közbəkçi Yusif Paşa
Közbəkçi Yusif Paşa (ö. 1678) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Bostançı ocağında yetişdikdən sonra 1662-ci ilin iyulunda bostançıbaşı, 1666-cı ilin mayında Silistrə sancaqbəyi və vəzir oldu. Bu vəzifədə ikən 1667-ci ilin sentyabrında Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından Temeşvar sancaqbəyi, 1670-ci ilin avqustunda Yanova, 1671-ci ilin martında isə Ərzurum bəylərbəyi olub, divan vəzirliyini davam etdirdi. Ardından paytaxta çağrıldı və 1677-ci ilin fevralında İstanbulda taxt naibi təyin edildi. Həmin ilin sonunadək bu vəzifədə qalan Yusif Paşa ardından orduya əsgər toplamaq məqsədilə Rumeliyə göndərildi. Ancaq 1678-ci ildə Vidin yaxınlığında vəfat etdi. == Mənbə == Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.

Digər lüğətlərdə