ZƏNGİN
ZƏNGİNLƏŞMƏ
OBASTAN VİKİ
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Sefa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Zəngin mətn formatı
Zəngin mətn formatı (ing. Rich Text Format RTF) — əksər mətn redaktorlarının dəstəklədiyi fayl formatı. Müxtəlif platformalarda (məsələn, Apple Macintosh və IBM-uyumlu kompüterlərdə) işlədiyindən formatlanmış mətn sənədlərini tətbiqi proqramlar arasında ötürmək üçün bu formatdan istifadə edilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Trombositlərlə zənginləşmiş plazma
Trombositlərlə zənginləşmiş plazma, PRP (ing. platelet rich plasma) – xəstənin öz qanından alınmış plazma trombositlərlə zənginləşdirilir və trombositlərin sayı periferik qanla müqayisədə dəfələrlə artmış olur. Trombositlərin tərkibində olan inkişaf faktorları regenerasiya proseslərini gücləndirir. Oynağa yeridilən belə plazma iltihabi söndürür.
Zənginləri yeyin
"Zənginləri yeyin" (ing. Eat the rich) — antikapitalizm və solçu siyasətlə əlaqəli siyasi şüar. Bu, müxtəlif şəkildə sinfi mübarizə, sərvətin yenidən bölüşdürülməsi tələbi üçün metafora kimi istifadə edilir. Bu ifadə, adətən, siyasi filosof Jan-Jak Russoya aid edilir. O, ilk dəfə Fransa inqilabı zamanı populyarlaşan "Xalqın daha yeməyə heç bir şeyi qalmayanda onlar zənginləri yeyəcəklər" sitatını söyləmişdir. Paris Kommunasının prezidenti Pyer Qaspar Şomett 14 oktyabr 1793-cü ildə terror dövründə şəhərdə etdiyi çıxışda demişdir: Bu ifadə əvvəlcə Fransa zadəganlarının tənqidi idi, lakin sonralar Fransada ölkədə yoxsulluğu davam etdirən Fransa İiqilabının qəbul edilən uğursuzluqlarına cavab olaraq məşhurlaşmışdır. XXI əsrdə bu ifadə artan sərvət bərabərsizliyinə və qida təhlükəsizliyinə cavab olaraq istifadə olunur. Bu ifadə ABŞ-də bu ifadə 2019-cu ildə proqressiv Demokrat namizəd Elizabet Vorrenin mitinqində izdiham tərəfindən Vorrenin sərvət vergisi ilə bağlı mövqeyi də daxil olmaqla sərvətin yenidən bölüşdürülməsi haqqında çıxışlarını təsdiqləmək üçün istifadə edilmişdir. Cənubi Afrikada "zənginləri yeyin" ifadəsi Torpaq Partiyası tərəfindən 2021-ci il bələdiyyə seçkiləri üçün kampaniya şüarı olaraq istifadə edilmişdir. İfadə onlayn əsas sosial şəbəkələrdə trend olmuşdur.
Zənginləşdirilmiş uran
Zənginləşdirilmiş uran və yaxud uranın zənginləşdirilməsi (ing. Enriched uranium) - izotopların ayrılması prosesi ilə uran-235 izotopunun faiz tərkibinin artırıldığı zənginləşdirilmiş uran növü. Təbiətdə yaranan uran üç əsas izotopdan ibarətdir. Bunlar uran-238, uran-235 və uran-234 izotoplarıdır. Yer kürəsində bu üç izotopa rast gəlinsə də, təbii uranın 99 %-dən çoxunu u-238 izotopu təşkil edir. Bu izotop isə nüvə silahı və reaktorlarında istifadə üçün əlverişsiz hesab edilir. Bu məqsədlər üçün u-235 izotopu istifadə edilir. Bunun səbəbi uran-235-in nüvəsinin rahatlıqla parçalanaraq zəncirvari nüvə reaksiyasını başlatmasıdır. Mədənlərdən çıxarılan və ya təbiətdən əldə edilən və tərkibində u-235 və u-238 izotopu olan mineral kimyəvi reaksiyalardan istifadə edilərək qaz halına çevirilir daha sonra bu qaz yüksək sürətlə dönən slinderin içində hərəkət etdirilir. Nəticədə daha ağır olan u-238 izotopu slinderin divarına, daha yüngül olan u-235 izotopunu mərkəzi nöqtəyə toplanır.
Torpaq neft ilə zəngindir
Torpaq neft ilə zəngindir — Azərbaycan rəssamı Rasim Babayev tərəfindən 1976-cı ildə tamamlanmış rəsm əsəri. Əsər YARAT Müasir İncəsənət Məkanının kolleksiyasında saxlanılır. Torpaq neft ilə zəngindir adlı əsər abstrakt ekspressionizm üslubunda, qətiyyətli fırça hərəkətləri və qalın boya qatları ilə işlənib. Əsər, rəssam yaradıcılığının tünd boyalarla işlədiyi dövrə təsadüf edir və totalitarizmin bütün nöqsanlarının lənətlənməsinə istiqamətlənir. == Tarixi == Rasim Babayev müstəqil yaradıcılığına qrafik –rəssam kimi başlamışdır. Onun ilk linoqravürləri sənaye mənzərələrini, neft çənlərini, neft boruları ilə “cızılmış” və susuzluqdan çat-çat olmuş torpağı əks etdirirlər. Rəssam “neft və əmək poeziyasının” əvəzinə - torpağın ağrısını, ona yad olan insan fəaliyyətinin nəticələrini qabardır. Tədricən bu səpgili əsərlərdə rəssamın simpatiyası insan qüdrətinin tərənnümünə deyil, onun təbiət qüvvələri, torpaq, kainat, qarşısında acizliyinin vurğulanmasına yönəlir. Rəssam neft emalı ilə bağlı insan fəaliyyətinin nəticələrini poetik, bəzədilmiş şəkildə deyil, “sərt həqiqət” kimi təsbit edir. Rəssamın təsviri incəsənətə belə yanaşması onun sonrakı boyakarlıq əsərlərində də davam edir.

Digər lüğətlərdə