Kiçik Zeyvə
Kiçik Zeyvə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. Zеyvə (sonra Yuxarı Zеyvə) kəndindən yaranmış məntəqədir.
== Tarixi ==
Kiçik Zeyvə rayon mərkəzindən 5 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Türk Zeyvəsi, Tatar Zeyvəsi olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 234 nəfər, 1873-cü ildə 492 nəfər, 1886-cı ildə 516 nəfər, 1897-ci ildə 580 nəfər, 1904-cü ildə 550 nəfər, 1914-cü ildə 598 nəfər, 1916-cı ildə 491 nəfər, 1919-cu ildə 2174 nəfər yalnız azərbaycanlı yaşamışdır. Azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur.
Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən kiçik sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.