ZÖV

ZÖV’

ə. bax zu’.

ZÖHRƏVİ
ZÖVİ
OBASTAN VİKİ
Deyr əz-Zövr
Deyr əz-Zövr (ərəb. دير الزور‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Deyr əz-Zövr vilayətinin inzibati mərkəzi idi.
Deyr əz-Zövr mühafəzəsi
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zövr vilayəti
Deyr əz-Zövr vilayəti — Osmanlı İmperiyası tərkibində, 1857–1917–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Deyr əz-Zövr şəhəri idi.
Dünyəvi zövqlər bağı
Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir ad. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir.
Molla Məhəmməd Zövi
Molla Məhəmməd Zövi (1843, Şamaxı, Kaspi vilayəti – 1910, Cavad, Cavad qəzası) — XIX əsr Azərbaycan şairi. Molla Məhəmməd Zövi 1843-cü ildə Şamaxıda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Muğana köçüb, uzun müddət müəllimlik etmişdir. Seyid Əzim Şirvaninin dərin rəğbətini qazanan Zövi "Beytüs-səfa" ədəbi məclisinin üzvlərindən olmuşdur. Onun şeirlər divanı AMEA Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
Zövcələr Və Qızlar
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Zövcələr və qızlar (roman)
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Zövlə
Zövlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Zövlə kəndi Separadi kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zövlə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin adı talış dilindən tərcümədə "kömürçülər" deməkdir. Kəndin əhalisi 2474 nəfərdir. Kəndin əsl əhalisi qədimdə İranın Mazandaran bölgəsindən gələnlər olub.
Zövlə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zövnə
Zövnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Zövnə kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Toponim olaraq "Zövnə" sözünün mənasının bəzi hallarda talış dilindən tərcümədə "su çox olan yer" kimi izah olunması yanlışdır. Belə ki, talışca Zövnə sözünün qurluşunda su anlamını ifadə edən kəlmə yoxdur. Həmçinin kəndin ərazisində su ehtiyatlarının az olması da bu cür izahın məntiqə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Zövnə sözü cənub bölgəsində Zuvand, Züvüc, Zövlə və Zevin kəndlərinin adlarını ifadə edən sözlərlə eyni kökdən olub "güclü", "qüvvətli" mənalarını bildirir. Zövnə kəndinin çox qədim tarixi vardır. Ərazidə tapılan küp qəbirlər, daşdan yonulmuş qədim qoç heykəlləri və qəbir abidələri bunu daha dəqiq sübuta yetirir. Hindona, Lara və sair yerlərdə belə qədim qəbir abidələrinə çox rast gəlinir.Kəndin əsasının kim tərəfindən və nə zaman qoyulduğu dəqiq bilinmir. Kəndin kiçik olmasına baxmayaraq bir neçə tayfa vardır.
Zövq
Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzab və ağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur. Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır.
Naməlum Zövqlər
Deyr əz-Zövr döyüşləri (2023)
2023-cü il Deyr əz-Zövr döyüşləri — 27 avqust 2023-cü il tarixindən başlayaraq Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətində silahlı toqquşmalar. Toqquşmalar Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (AANES) hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr əz-Zövr Hərbi Şurasının Əbu Xəvlə adlı hərbi komandirini korrupsiya və qeyri-qanuni fəaliyyət ilə ittiham edərək həbs etməsindən sonra başlamışdır. Əbu Xəvlə Deyr əz-Zövrdə bəzi ərəb qəbilələrinin dəstəyinə malikdir. Həbs qəbilə silahlılarının regionda SDQ-yə qarşı hücuma başlaması ilə artan zorakılığın spiral dövrünə gətirib çıxarmışdır. Davam edən toqquşmalar nəticəsində qəbilə döyüşçüləri bəzi şəhər və kəndlərə nəzarəti ələ keçirə bilmişdilər. Bununla belə, SDQ-nin əks hücumu 7 sentyabr 2023-cü ilə qədər bütün itirilmiş ərazilərə nəzarəti bərpa etmişdir. SDQ rəsmi olaraq əks-hücumü Təhlükəsizlik gücləndirilməsi əməliyyatı adlandırmışdır. Sentyabrın 25-dən 27-dək Suriya hökumətini dəstəkləyən silahlıların Fərat çayının o tayından hücumundan ilhamlanaraq qısamüddətli başqa bir üsyan baş vermişdir. Bu üsyan SDQ tərəfindən tez bir şəkildə məğlub edilmişdir. Suriyanın şimal-şərqində toqquşmalarda 118 nəfər həlak olmuşdur.
Əhməd Əfəndi Zövqi
Əhməd Əfəndi (tam adı: Molla İbrahimxəlil Məhəmməd oğlu, d. XIX əsr, Şəki, Baş Göynük k. - ö. 1867, Şəki) — şair. == Haqqında == Qazı Molla Əhməd Əfəndi XIX əsrdə Şəkinin Baş Göynük kəndində anadan olub və qazı seçilib. Əhməd Əfəndi şair kimi də tanınıb. Şəxsiyyəti və yaradıcılığı haqqında ilk məlumatı böyük ədəbiyyatşünas Salman Mümtaz vermişdir: Əhməd Əfəndi Zövqi 1867-ci ildə vəfat edib.
Zövq prinsipi
Zövq prinsipi (alm. Lustprinzip‎) — Ziqmund Freydin nəzəriyyəsindəki psixi aparatın sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrarlama prinsipi ilə yanaşı dörd prinsipindən biri, Zövq prinsipi psixikanın gərginliyi minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də, 1920-ci ildə "Zövq prinsipindən kənar" əsərində Freyd paradoksal bir nəticəyə gəlir və deyir ki, "zövq prinsipi ölüm instinktinə tabedir" - hər ikisi bədəni minimum səviyyəyə - ideal olaraq sıfıra - psixi yüklənməyə gətirib çıxarmağa çalışırlar.