ÇABUK

tez, yeyin, cəld, iti, çevik
cəld, çevik, iti, tez, yeyin
ÇABUCAK
ÇAÇARON
OBASTAN VİKİ
Seyid Əli Çabuk
Seyid Əli Çabuk və ya Seyid Əli Onbaşı (iyul 1889 – 1939, Balıkəsir) — Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə əfsanəvi qəhrəmanlıq göstərmiş türk əsgər. Seyid Əli Çabuk 1889-cu ildə Balıkəsirin Havran ilçəsinin Çamlıq (Manastır) kəndində Əbdürrəhman və Əminənin ailəsində dünyaya gəlmişdir. 1909-cu ildə Seyid Əli Osmanlı ordusuna qoşulmuş və Balkan müharibələrində (1912–1913) vuruşmuşdur. Savaşdan sonra Dardanel (Çanaqqala) boğazının girişi müdafiə edən qarnizona köçürülmüşdür. Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə qoşulmasından sonra Qara dəniz boğazlarının qorunması türklər üçün prioritet məsələyə çevrilmişdir. Boğazlara tərəf hərəkət edən böyük ingilis-fransız donanmasının əsas hücumu isə təyin olunduğu kimi 18 mart 1915-ci ildə başladı. Döyüş zamanı sıravi Seyid Çabuk Rumeli Məcidiyə fortunda sahil artilleriyasında xidmət edirdi. Müttəfiq donanmasının hücumu nəticəsində müdafiə qalaları dəhşətli atəşə məruz qaldı. Rumeli Məcidiyədəki top işlək vəziyyətda olsa da, ağır artilleriya mərmilərini qaldıran mexanizm zədələnmişdi. Belə olan halda, Seyid hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırdı və türk artilleriyası atəşi davam etdirdi.
Vaxtanq Çabukiani
Vaxtanq Mixayloviç Çabukiani (gürc. ვახტანგ ჭაბუკიანი; 12 mart 1910 — 6 aprel 1992) — gürcü balet artisti, baletmeyster və pedaqoqu. SSRİ xalq artisti (1950). Vaxtanq Çabukiani 12 mart 1910-cu ildə Tbilisidə anadan olub. Tbilisidə balet studiyasını bitirdikdən sonra Z.P. Paliaşvili adına Opera və Balet teatrının truppasına qəbul edilmişdir. 1926-cı ildə Leninqrad xareoqrafiya məktəbinə daxil olmuşdur. 1929 — 1941-ci illərdə Leninqrad Opera və Balet Teatrının solisti işləmişdir. Vaxtanq Çabukiani "Dağların qəlbi" (1938), "Laurensiya" (1939), "Otello" (1960) baletlərinə quruluş vermişdir. 1941-ci ildən Tbilisidə yaşamış, 1973-cü ilədək Z.P.Paliaşvili adına teatrın balet truppasına rəhbərlik etmiş, burada "Sinatle" (Q. Kiladze), "Qorda" (D. Toradze), "Demon" (S. Sinsadze), "Otello" (A.Maçavariani) və s. baletləri tamaşaya qoymuşdur.

Digər lüğətlərdə