ÇƏT

(Şahbuz, Şərur, Zəngibasar)
taxılın içində olan zibil. – Aldığım dənin çəti çoxdu (Şahbuz)
ÇƏŞBƏND
ÇƏTDANQUŞ
OBASTAN VİKİ
Abbas Əli Çətin
Abbas Əli Çətin və ya Abbasəli Çətin (türk. Abbas Ali Çetin, 1 yanvar 1914, İrəvan – 26 avqust 1975) — Azərbaycan əsilli türk siyasətçi, dövlət xadimi, hüquqşünas, prokuror və hakim. == Həyatının erkən dövrü == 1914-cü ildə İrəvan şəhərind dünyaya gəlmişdir. Atasının adı Əbdüləli, anasının adı isə Gözəl olmuşdur. Təhsilini Ankara Universitetinin Hüquq fakültəsində almışdır. Birinci Dünya müharibəsinin gedişatında Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti nəticəsində ailəsinin Türkiyəyə (o dövrdə Osmanlı) köçməyə məcbur olduğu düşünülür. == Fəaliyyəti == Türkiyə Respublikasında müxtəlif dövlət qurumlarında çalışmışdır. Bunlara misal olaraq Maliyyə Təhsil Müfəttişliyini, Ankara və Qars Məhkəmələri katibliyini, Ulduzeli, Kağızman hakimi köməkçiliyini, Kağızman sorğu hakimliyini, Ərzincan prokuroru köməkçiliyini, Diyarbəkir Ağız Cinayətlər Məhkəməsi üzvlüyünü, Yozqat sülh prokurorluuğunu göstərmək olar. O, həmçinin sərbəst vəkil, xəzinə vəkili, Türkiyə Respublikası Sosial Fond İdarə Məclis rəhbəri, Dövlət Dəmiryolları Müdirliyində hüquq müşaviri olaraq da işləmişdir. CHP-dən IX çağırış və Ədalət Partiyasından XIII çağırış (10.10.1965–12.10.1969) Qarsdan TBMM üzvü olmuşdur CHP-nin millət vəkili olarkən, partiyasından ayrılaraq bir müddət müstəqil qaldıqdan sonra, yeni qurulan Demokrat Partiyaya keçmişdir.
Dolaşıq çətiryarpaq
Duran Çətin
Hindistan çətənəsi
Hindistan çətənəsi (lat. Cannabis indica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü.
Kənaf (Çətənə)
Mayakvari çətirgöbələk
Sərvət Çətin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. == Həyatı == Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. 30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb.
Tərcümə çətinlikləri (film, 2003)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir. Filmin premyerası 29 avqust 2003-cü ildə Tellurayd Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi). Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi.
Tərcümə çətinlikləri (film, 2004)

Təzə evlənənlər üçün çətir (film, 1986)
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. == Məzmun == Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Çətgün
Çətgün — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Çətgün oyk, sadə. Qusar r-nunun Zindanmuruq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Quba qəzasının Qrız icmasına məxsus oba kimi yaranmış, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir. Çetkün avar dilində "birəli" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır.
Çətin Məsələ (1988)
== Məzmun == Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. == Film haqqında == Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev === Filmi səsləndirən === Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Çətin hədəf (film, 1993)
Çətin hədəf (ing. Hard Target) — 1993-cü ildə Con Vu tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Çens Budro Nyu Orlendda iş axtararkən atası küçədə öldürülmüş Nataşa ilə rastlaşır. Nataşa ondan atasının qatilini tapmağa kömək etməsini istəyir. Lakin Nataşa bilmir ki, Çensdə qatillərin əsas hədəflərindən biridir... == Rollarda == == Maraqlı faktlar == Filmin final hissəsi gəmilərdə olmalı idi. Lakin Van Damm Con Vunu fikrindən daşındırır. Amma Con Vu bu hissəni başqa film üçün "Simasız" filmi üçün saxlayır. Final final hissəsində Lens Henriksenin paltosu yanmağa başlayır. Bu zaman onu bədəninə fikir verildikdə görülür ki, aktyor kaskadyorlar üçün nəzərdə tutulan xüsusi gel sürtmüşdür.
Çətin məsələ (film, 1988)
== Məzmun == Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. == Film haqqında == Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev === Filmi səsləndirən === Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Çətin olsa da, həyat davam edir
Çətin olsa da, həyat davam edir — Rövşən Abdullaoğlunun ilk dəfə 2013-cü ildə nəşr edilmiş motivasiya psixologiyası silsiləsindən olan kitabı. == Məzmun == Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir. == Nəşr == Kitab 2013-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 272 səhifədə 60x90 ölçüsündə çap edilib. 2022-ci ilə qədər əsər 15 dəfə təkrar nəşr edilib.
Çətin olsa da, həyat davam edir (kitab)

Çətin yol (film, 1975)
Çətin yol (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. == Atama deyərəm == === Məzmun === Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov === Rollarda === Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl === Xarici keçidlər === Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine == Çətin yol == === Məzmun === === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq === Xarici keçidlər === YouTubeda izlə == Əlamət == === Məzmun === Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq === Xarici keçidlər === YouTubeda izlə == Əziz dost == === Məzmun === Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor === Xarici keçidlər === Vimeo-da izlə == Hesab == === Məzmun === Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Çətindaq
Çətindaq Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimikası == Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Ləlvər dağının yaxınlığında, Qaraqaya ilə yanaşı, sıldırım yamaclı dağın adıdır. Azərbaycan dilində çətin ("zirvəsinə qalxmaq mümkün olmayan" mənasında) və dağ sözlərindəndir.
Çətindurax
Çətinliyə baş vurmaq (teleserial, 2008)
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Çətir fəvvarəsi
Çətir fəvvarəsi (rus. Фонтан Зонтик) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. == Tarixi == Çətir fəvvarəsi parka istirahət etməyə gələn qonaqları əyləndirmək və onlara zarafat etmək üçün yaradılmışdır. Bayram paltarlarını geyinmiş yorğun qonaqlar çətir damının altında yerləşən skamyalara otururdular. Birdən çətirin kənarlarından təzyiqlə su axmağa başlayır və qaçmağa çalışan qonaqların hamısı islanırlar. İndi fəvvarə bütün vaxt işləyir və beləliklə onu seyr etmək istəyən ziyarətçiləri duruxma və anlaşılmamazlıq halına salmır.
Çətir şəlaləsi
Çətir şəlaləsi — Şuşa rayonunda Daşaltı dərəsində yerləşir. Çətir şəlaləsi el arasında suyun yaratdığı nadir səsə görə “Şır-şır” şəlaləsi kimi də tanınır. Qarabağ separatçılarının rəsmisi Lusine Qaraxanyanın dediyinə görə İkinci Qarabağ müharibəsindən sonra, şəlalənin olduğu ərazi neytral zona sayılır.
Çətirdaşdərəsiçay
Çətirdaşdərəsiçay - Şahbuz rayonu ərazisində çay. Nursuçayın (Naxçıvançay hövzəsi) sol qolu. == Haqqında == Şahbulaq gölündən bir qədər aşağıdan, 2375 metr hündürlükdən başlanır. Uzunluğu 7 kilometrdir. Əsasən, bulaq və qar suları ilə qidalanır.