ÖPÜŞ
ÖRÜŞ
OBASTAN VİKİ
Örnək (nüsxə)
Örnək (informatika)
Örnək (nüsxə)(ing. instance ~ ru. экземпляр ~ tr. örnek) – obyekt-yönlü proqramlaşdırmada: verilmiş sinfin obyektlər çoxluğu içərisində konkret obyekt; məsələn, List sinifinin mylist obyekti yaradılarkən (yəni onun üçün yaddaş ayrılarkən) List sinfinin örnəyi (nüsxəsi) əmələ gəlir. Sistemdə, adətən, müxtəlif obyektlərin çoxlu nüsxələri fəaliyyət göstərir. Bir sinfin bütün nüsxələri eyni əməliyyatlar toplusuna sahib olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Örnəkləmə
Örnəkləmə (sampling) –verilənlərin müəyyən mənbədən seçilməsi (arıdılması) prosesi. Statistikada: örnəkləmə, böyük qrupun (çoxluğun) göstərilmiş altçoxluğundan verilənlərin seçilməsi prosesidir. Analoq siqnalların rəqəmli formata çevrilməsində: örnəkləmə, müəyyən parametrin, məsələn, temperatur sensorundan, yaxud mikrofondan siqnalın qiymətlərinin dönəmli ölçülməsi və yazılması. Kompüterlərdə, adətən, gərginliklə ifadə olunan analoq siqnalların kompüterin işləyə bildiyi ikilik formaya çevrilməsində analoq-rəqəm çeviricilərdən istifadə olunur. Belə örnəkləmənin iki başlıca xarakteristikası: örnəkləmə sürəti (adətən, bir saniyədəki örnəkləmələrin sayıyla ifadə olunur) və örnəkləmə dəqiqliyidir (bitlə ifadə olunur; məsələn, 8-bitli örnəkləmələr giriş gərginliyini ölçmə aralığının 1/256 dəqiqliyi ilə ölçə bilər). Örnəkləmə sürəti (sampling rate)– fiziki kəmiyyətin, məsələn, səsin dəyişmə tezliyi. Örnəkləmə sürəti nə qədər böyük olarsa, orijinal siqnalı da rəqəmləşdirilmiş şəkildə bir o qədər dəqiq vermək olar. Örnəkləmə sintezatoru (sampling synthesizer) – yalnızca oxunabilən yaddaşa (ROM) yazılmış rəqəmləşdirilmiş səsi səsləndirmək üçün qurğu; məsələn, pianinoda ifa olunmuş, rəqəmləşdirilmiş və yaddaşa yazılmış musiqini sintezator pianino melodiyalarının səslənməsinə bənzər başqa melodiyaların yaradılması üçün istifadə edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Digər lüğətlərdə