ŞAPALAQ

is.
1. Əlin içi ilə vurulan zərbə, şillə. Üzünə bir şapalaq çəkdi.
– Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə Məmmədə bir şapalaq vurdu. T.Ş.Simurq.
[Çobanların] çomaqları ki əlindən düşdü kütləşdilər, yəni yumruqla, şapalaqla bir şey eləyə bilmirdilər. İ.Əfəndiyev.

2. Ovuc, əliçi.
Qoca yemə cumdu, … iki şapalaqda payının yarısını ötürdü. M.Hüseyn.

□ Şapalaq vurmaq – ovcu ilə, əlinin içilə götürmək, ovuclamaq.
Bəziləri, xüsusən kişilər sol əllərini yerə verib, sağ əli ilə aşa iri şapalaqlar vururdular. Ə.Əbülhəsən.

◊ Şapalaqla üz qızartmaq – bir şeyi süni yolla gizlətməyə, yaxşı göstərməyə çalışmaq.
[Hacı:] Mən şapalaqla üz qızardıram, xaricilər elə bilirlər ki, Hacının qızılı daşır. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞAPALAQ şapalaq bax şillə
  • ŞAPALAQ şillə
  • ŞAPALAQ təhqir — həqarət

Etimologiya

  • ŞAPALAQ Şappıltı kəlməsi göstərir ki, bu, təqlidi sözdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞAP-ŞUP
ŞAPALAQLAMA

Digər lüğətlərdə

монокриста́лл перемори́ть по-коммуни́стски предвзя́тость гури́йский моти́в насчи́тываться паниро́вочный перекрести́ть портпле́д я́щичек hackney coach lamb's-lettuce oximeter tippler unicycle zoographic лоскутный межпородный нажива насмотреться обидчивый однозарядный перекувырнуться худо-бедно