ŞAX
ŞAXƏLƏNMƏ
OBASTAN VİKİ
Virqasiya (şaxələnmə)
Virqasiya (rus. виргация, ing. svirgation) (lat. virga – budaq, qol, qədəm) — dağlıq ölkənin yelpikvari ayrılan silsilələr və qırışıqlar dəsti ilə parçalnması.
Yüksək şaxələnmiş polimer
Yüksək şaxələnmiş polimerlər — üç ölçülü dendrit quruluşa malik çoxşaxəli makromolekullardır. Dendrit quruluşlu yüksəkmolekullu birləşmələrin strukturu [1] altı sinifdən ibarətdir: (a) dendron və dendrimerlər; (b) hibrid dendritə oxşar polimerlər; (c) dendrit olunmuş, yaxud calaq polimerlər; (ç) hiper şaxələnmiş polimerlər; (d) ulduzvari polimerlər; (e) daraq tipli polimerlər (şək.1). İlk üç sinif şaxələnmə dərəcəsi 1.0 olan mükəmməl quruluşa malikdirlər, qalan üçü isə təsadüfi olan şaxələnmiş strukturu göstərir [2]. Klassik dendrimerlərin və hiper şaxələnmiş polimerlərin arasındakı prinsipial fərqlənmə - onların sintez üsüllarıdır [3]. Ədəbiyyatdan məlumdur ki, birinciləri yalnız seçilmiş ardıcıllıqla bir neçə dəfə təkrar olunan reaksiyalarla alırlar ki, bu da elementar fraqmentlərin nəsillərinin yeni qatlarının molekulun başlanğıc nüvə adlandırılan mərkəzi atom (yaxud molekul) ətrafında mərhələli artmasına imkan verir, (divergent sxem) və yaxud isə əks üsuldan istifadə olunur: molekulun formalaşması onun periferiyasından başlayır və şərti konus formalı olan intermediant-dendronların hər bir mərhələdə böyüməsi ilə gedir. Yalnız sonuncu mərhələdə dendronlar nüvəyə birləşir, bu da tam dendrit molekulun formalaşmasina gətirib çıxarır (kovergent sxem). Hiper şaxələnmiş polimerlər bir mərhələli üsulla alınır [4]. Qeyd olunduğu kimi, dendrimerlərin sintezinə iki cür yanaşma var: divergent və kovergent sintez sxemləri [5]. Dendrimerlərin divergent sintez sxemi reaksiyaların seçilmiş ardıcıllıqlarının dəfələrlə təkrarlanmasını təmsil edir, bu mərkəzi atom (yaxud molekul) ətrafında, yəni dendrit molekulun başlanğıc nüvəsinin ətrafında elementar fraqmentlərin nəsillərinin yeni qatlarının mərhələli artmasına imkan verir. Bu sxemin üstün cəhəti səth qatının yüksək funksionallıqlı olmasındadır və bu metod ilə ilk sintez 80-ci illərdə Tomaliya tərəfindən aparılmışdır [6].
Şaxəbığcıqlı xərçəngkimilər
Şaxəbığcıqlı xərçəngkimilər — (lat. Cladocera) Xərçəngkimilər sinfinə aid olan yarımdəstə. Şaxəbığcıqlı xərçənglərn bədəni şəffaf xitin kutikula ilə örtülür və baş, gövdə, postabdomen hissələrinə bölünür. Başda xitin kutikula bütöv zireh əmələ gətirir. Bir çox növlərdə bel hissə gövdə ilə birləşir, digərlərində (Sididae, bir çox Chydoridae) baş zirehi gövdədən ayrılır. Baş zirehinin ön kənarı çox vaxt dimdikvari dartılaraq rostrum əmələ gətirir. Şaxəbığcıqlıların çoxunun gövdəsində xitin kutikula ətraflarla birlikdə gövdəni örtən nazik ikitaylı çanaq əmələ gətirir. Bəzən başda əmziklər olur. Başın beş cüt çıxıntısı vardır. Ön antenalar birşaxəli olub duyğu orqanları kimi çıxış edir.
Şaxələnmiş dovşanalması
Şaxələnmiş dovşanalması (lat. Cotoneaster divaricatus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Yarpaqlı koldur. Çində yayılmışdır. Düz dayanan, çox sıx çətirşəkilli, enli, hündürlüyü 2-2,5 m, çətirinin diametri 4-5 m-dək olan bitkidir. Budaqları qırmızımtıl-qonur, zoğları çoxsaylı, enli, şaxələnmiş, nazikdir. Yarpaqların uzunluğu 0,8-2 sm, yumurtavari və ya ellipsvari, əsasən ucu biz, üstü parlaq tünd yaşıl, çılpaq, alt tərəfi göyümtül, payızda tünd narıncı və ya narıncı-qırmızı-qonurdur. Maydan iyunadək çiçəkləyir. Çiçəkləri xırda, ağ, çəhrayı çalarlı, ətirli, çox vaxt 3 ədəd qalxanvari dəstələrdə yerləşir. Ləçəkləri düz dayanan, xırda, əks yumurtavaridir.
Şaxəndan
Şaxəndan və ya Şahxəndan — Azərbaycanın Şamaxı şəhərinin cənub-qərb hissəsində yerləşən, şəhərdə qorunub saxlanan üç qədim qəbiristanlığının ən qədimi . XV əsrin məşhur şairi Nəsiminin qardaşı, şair Şahxəndan (Şah-i Xəndan) ehtimal ki, burada dəfn olunur və qəbiristanlıq onun adını daşıyır. Yerli sakinlərin dediklərinə görə, Şahxəndan (mənası yaraşıqlı, şən) Nəsiminin qardaşının ləqəbli idi və burada dəfn olunduğu üçün qəbiristanlıq onun adını daşıyır. Şaxəndanda səkkizbucaqlı bir məqbərənin qalıqları aşkar edilmişdir. Məqbərənin içərisində qəbir daşı yerə doğru bir qədər dərinləşən iki qəbir var. Atmosfer təsiri nəticəsində yazılar tamamilə silinib. Qəbir daşının arxa tərəfində XIV-XV əsrlərdə Azərbaycanın qəbir daşlarına xas bir təsvir var. Azərbaycan arxeoloqu Hüseyn Ciddi qeyd edir ki, bu, qəbir Şaxəndanın - Nəsiminin qardaşınındır. Ciddinin fikrincə bu doğrudursa, onda, XIV-XV əsrlərdə şəhərin qəbiristanlığı bu ərazidə yerləşirdi. Bunu qismən XV-XVI əsrlərə aid olan digər qəbirlər də təsdiqləyir.

Digər lüğətlərdə