ŞİTƏNGİLİK

is. Nadinclik, dəcəllik, şuluqçuluq, üzlülük, şitlik.
□ Şitəngilik etmək – nadinclik etmək, şitlik etmək. [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər.
Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darıyım, elə şitəngilik edir. M.F.Axundzadə.
Biz uşaqlıqda çox şitəngilik elərdik. C.Məmmədquluzadə.

ŞİTƏNGİ
ŞİTƏNMƏ

Digər lüğətlərdə