ŞİŞMƏK

f.
1. Xəstəlik, zədə və s. nəticəsində qalxmaq, köpmək, qabarmaq. Ayağı şişmək. Üzü şişmək.
– Gözün üstü şişib olubdu qovuq; Zahirən bu gecə dəyibdi soyuq. S.Ə.Şirvani.
Bayramın göz qapaqları şişib qırmızı olmuşdu. M.Hüseyn.

// İslanıb köpmək, böyümək, qabarmaq. Noxud suda şişir.
– Şeyxlər kişmişin bütöv olaraq xörəyə qatılmasını haram bilirdilər, çünki kişmiş şişdikcə içində dönüklük əmələ gəlib çaxır ola bilərdi. Çəmənzəminli.
Sulu qar yağdıqca yer təkinə qədər islanır, elə bil köpüb şişirdi. Ə.Əbülhəsən.

2. məc. Çox kökəlmək, piylənmək. Yaman şişmisən ha.
– Spekulyantlar tamam şişib filə dönmüşdülər. E.Sultanov.
[Xacə Firuz:] Amma bunlar yeyib şişirlər. Ə.Haqverdiyev.

3. məc. dan. Umsunmaq, tamarzı qalmaq, gözü qalmaq. Kabab iyindən qonşular şişə bilər.
– Bir tikə bozbaşdan ötrü ağlama! Umma, şişərsən, bala, sarsaqlama! Ə.Nəzmi.

◊ Başı şişmək – bax baş.
Ürəyi şişmək – bax ürək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİŞMƏK qabarmaq — qalxmaq — kökəlmək
  • ŞİŞMƏK kökəlmək — yoğunlaşmaq — koppuşlaşmaq — dolğunlaşmaq
  • ŞİŞMƏK lovğalanmaq — öyünmək — gəvəzlənmək
ŞİŞMƏ
ŞİŞPAPAQ

Digər lüğətlərdə

вы́прямить генеалоги́ческий Евра́зия кантиа́нец ло́цманство надкуса́ть общи́тельный опро́боваться полулега́льный се́мечки углепрово́д хо́жено-перехо́жено ла́йка олицетворе́ние полубо́г прице́ливание техни́чность шушлепень charactery nonpermissive shrimpish slung-shot trade-union задеваться экономистка