ŞÜVƏRƏN

is. bot. Çəmənlərdə bitən, sarıləçəkli, buynuzşəkilli meyvələri xalq təbabətində dərman kimi istifadə edilən ikiillik bitki.
Dəllək Usta Cəfər xəstənin başının üstünü kəsib qan aldı, Gülsüm xala da şüvərən bişirdi, gətirdi… C.Məmmədquluzadə.

ŞÜVƏRƏ
ŞÜVÜL
OBASTAN VİKİ
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. == Tibbdə istifadəsi == Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.Dərman məqsədilə daha çox şüvərənin toxumlarından istifadə edilir.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Dərman şüvərəni
Dərman şüvərəni (lat. Sisymbrium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Sinonimləri == * Chamaeplium officinale (L.) Wallr. Crucifera sisymbrium E.H.L.Krause Erysimum officinale L. Erysimum officinale var. leiocarpum (DC.) Farw. Erysimum runcinatum Gilib. [Invalid] Erysimum vulgare Rupr. Hesperis officinalis (L.) Kuntze Kibera officinalis (L.) Calest. Sisymbrium officinale var. genuinum Briq.
Lezeli şüvərəni
Lezeli şüvərəni (lat. Sisymbrium loeselii) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi budaqlanan, sıx yarpaq və tükcüklərlə əhatə olunmuş ikillik ot bitkisidir. Yarpaqları qayıqvari-lələkvari daraq şəklindədir. Ləçəkləri sarımtıldır. Qını 2-3 sm uzunluğunda düz, azca əyilən haldadır. Toxumları ellipsvari açıq sarımtıl rəngdədir. Lezel şüvərəninə demək olar ki, == Azərbaycanda yayılması == Azərbaycanın bütün ərazilərində rast gəlmək olar. Buna düzənlikdən tutmuş dağlıq zonalarına qədər sahələrdə təsadüf etmək olar. Ən çox zibilliklərdə təsadüf edilir.

Digər lüğətlərdə

вы́кувырнуть мале́ц обла́яние персонифици́ровать поско́льку затума́ненно нагромозди́ться обобра́ть штанги́ст Наум base becalm congress dust-louse forgeable latria nundinal obdure storm surpassingly главнокомандование ломовой однородный ребристость эмпирический