ŞƏLƏLƏMƏK

f. Şələ bağlayıb arxasına götürmək, dalına qoymaq, yükləmək (bəzən “dalına” sözü ilə).
[Niyaz:] A kişi, sarsaq olma, gəl odunu şələlə dalına, itil cəhənnəmə. Ə.Haqverdiyev.
Arvadlar və iri qızlar bu palçıqdan qazıb, torbalarda dallarına şələlər, satmaq üçün aparardılar. Ə.Əbülhəsən.
Məsmə, Səkinə, Pəri çəkillikdə ipək qurdu üçün budaq qırır, şələləyərək daşıyırdılar. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏLƏLƏMƏK yükləmək
ŞƏLƏLƏMƏ
ŞƏLƏLƏNMƏ

Digər lüğətlərdə