ƏĞNİYA is. [ ər. “ğəni” söz. cəmi] köhn. kit. Zəngin adamlar, varlılar, dövlətlilər. Bu əğniyalərin üzün görüncə ehtiyacdan; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! M.Ə.Sabir. …Vaizlərimiz minbərə çıxıb əvvəl xanlarımıza, əğniyalarımıza, qolu çomaqlılarımıza və qocalarımıza rəhmət oxuyub axırda deyəcəklər. C.Məmmədquluzadə.